22 Oktyabr 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Ulu öndər Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılıb, gələcək inkişaf perspektivləri müəyyənləşdirilib. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülüb, bir çox idman kompleksləri, qurğuları, zalları tikilib, meydançalar salınıb, böyük idman-sağlamlıq mərkəzləri yaradılıb. Ötən əsrin ­69-82-ci illərində ümummilli liderin təşəbbüsü ilə ölkənin 36 rayonunda 59 Uşaq-gənclər idman məktəbi fəaliyyətə başlayıb. Bu illərdən etibarən bütün respublikada, paytaxt Bakı ilə yanaşı, bölgələrdə də idmanın inkişafına diqqət artırılıb, muxtar respublikamızın kəndlərində gənclərin ixtiyarına sadə meydançalar, idman salonları və kompleksləri, şahmat məktəbləri verilib, uşaq, yeniyetmə və gənclərin idmanla məşğul olmaları üçün mühüm addımlar atılıb.

Bu gün Naxçıvan Muxtar Respublikasında idmanın kütləvi hal alması, gənclərin bu sahəyə cəlbi və onların asudə vaxtlarının səmərəli təşkili üçün hər bir şərait yaradılıb. Hazırda regionun şəhər və rayonları ilə yanaşı, kəndlərində də idmanın inkişafı üçün mühüm addımlar atılır. Təbii ki, belə addımlar istedadlı gənclərin üzə çıxmasına, onların bu sahədə yüksək nəticələr əldə etməsinə və üçrəngli bayrağımızı beynəlxalq arenalarda dalğalandırmasına səbəb olur.

İdmanın inkişafı infrastrukturun geniş, çoxşaxəli olmasından asılıdır. Yəni idman obyektləri, zalları, kompleksləri nə qədər çox olarsa, qazanılan uğurların sayı da bir o qədər çox olacaq. Naxçıvan bu baxımdan ölkədə tanınan regiondur. Demək olar ki, hər bölgəsində tikilən, yenidən bərpa olunan idman obyektlərinin qapıları bu gün muxtar respublika sakinlərinin üzünə açıqdır.
Yeni istifadəyə verilən idman obyektləri arasında futbol meydançalarını xüsusi qeyd etmək lazımdır. Niyəsinə gəlincə, bu stadionların kəndlərdə olması diqqəti daha çox cəlb edir. Xüsusilə yeni tikilən stadionların müasir standartlara cavab verməsi yeniyetmə və gənclərin futbola marağını birə-beş artırır. Bəs yeni istifadəyə verilən stadionlardan gənc­lər necə yararlanırlar?
İlk olaraq Şərur rayonunda istifadəyə verilən stadionlar barədə. Aralıq kəndində yenidən tikilən futbol meydançasının uzunluğu 96, eni isə 51 metrdir. Bu stadionun ot örtüyü xüsusi toxum vasitəsilə yaradılıb. 156 tamaşaçı tutumu olan stadionda paltardəyişmə otaqları, hakim otağı idmançıların ixtiyarındadır. Hazırda bu meydançada 11, 12, 13 və 14 yaşlı uşaqların məşqləri keçirilir. Eyni zamanda gənclərin də ixtiyarında olan arenada kəndlərarası çempionat oyunları da təşkil olunur. Mahmudkənd stadionu da öz görüntüsü ilə kəndə xüsusi gözəllik verir. Uzunluğu 106, eni 60 metr olan stadion 104 tamaşaçı tutumuna malikdir və burada gənclərin məşq keçmələri üçün hər bir şərait yaradılıb. Təsadüfi deyil ki, bu stadion kəndlərarası çempionat oyunlarına ev sahibliyi edir. Bundan başqa futbol üzrə muxtar respublika çempionatının bəzi oyunları da burada keçirilir. Şərur Rayon Gənclər və İdman İdarəsinin rəisi Ramil Dadaş­ov bizimlə söhbətində bildirdi ki, bu stadionların istifadəyə verilməsi rayonda futbola olan marağı xeyli artırıb, istedadlı gənclərin üzə çıxmasına imkan verib. Təsadüfi deyil ki, bu stadionların ­tikilişindən sonra gənclər mütəmadi olaraq rayonun futbol komandasının heyətinə cəlb olunurlar.
Şərur rayonunda yeni bərpa olunan stadionlardan biri də Aşağı Yaycı kənd stadionudur. Meydançanın uzunluğu 96, eni isə 52 metrdir. 84 nəfərlik tutuma malik olan stadionun ot örtüyü də yenidən salınıb. Bu stadiondan kənd sakinləri ilə yanaşı, qonşu kəndlərin də idmançıları ­yararlanırlar.
Rayonda idmançıların ixtiyarına verilən stadionlardan biri də Arbatan kəndindədir. Stadion 120 tamaşaçı tutumuna malikdir. Uzunluğu 60, eni isə 40 metr olan meydançada rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulub. Uzunluğu 105, eni 60 metr olan təbii ot örtüklü Dəmirçi kənd stadionunun ərazisində isə 118 nəfərlik oturacaqlar quraşdırılıb. Həmçinin stadionun ərazisində 50 tamaşaçı tutumlu voleybol meydançası inşa edilib və idman qurğuları ilə təmin olunub. Stadionun kənarları hasarlanıb.
Bu stadionlarda mütəmadi olaraq futbol yarışları, həmçinin digər idman növləri üzrə turnirlər, birinciliklər təşkil olunur. Ramil Dadaşov bildirdi ki, stadionlarda məşqlərin təmini üçün ilk olaraq, yeni istifadəyə verilən meydançalar diqqətdə saxlanılır. Stadionların ot örtüklərinin ideal qalması üçün meydançalar sulanır, həmçinin xüsusi otbiçən maşınla ­biçilir. Əsas məqsədimiz uşaq və yeniyetmələrdə bu idman növünə olan marağı daha da artırmaq, eyni zamanda kənd əhalisinin asudə vaxtını səmərəli təşkil etməkdir. Demək olar ki, yeni stadionlarda hər gün məşqlər aparılır və mütəmadi olaraq kəndlərarası futbol birincilikləri ­keçirilir. Bu yaxınlarda Aralıq kənd stadionunda başa çatan birincilik bir daha göstərdi ki, bu meydançalar kəndlərin futbol komandaları arasında rəqabəti xeyli artırıb. Təbii ki, bu rəqabət istedadlı futbolçuların da üzə çıxmasına zəmin yaradır.
Yeni bərpa olunan futbol meydançasından biri də Culfa rayonundakı Bənəniyar kənd stadionudur. Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümüd Həsənli deyir ki, stadion idmançıların ixtiyarına verildikdən sonra Bənəniyarla yanaşı, qonşu kəndlərin futbolçuları da meydançadan yararlanırlar. Həmçinin futbol meydançası məktəbə yaxın olduğundan şagirdlər də buradan istifadə edirlər. Rayonun futbol komandası stadion yenidən bərpa olunduqdan sonra məşqlərini və bəzi oyunlarını bu arenada keçirir. Təbii ot örtüyünə malik olan stadionun uzunluğu 90, eni 65 metrdir.
Göründüyü kimi, idmanın inkişafı üçün muxtar respublikada şəhər və rayonlarla yanaşı, kəndlərdə də idman obyektləri yeniyetmə və gənc­lərin ixtiyarına verilib. Bunları qorumaq və idman obyektlərindən maksimum yararlanmaq isə hamımızın borcudur.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4787005
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1385
13401
95580
322065
4787005

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter