22 Oktyabr 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada gənclərin idmana cəlbi və idmanın kütləviliyinin artırılması sahəsində tədbirlər bu ilin ikinci rübündə də davam etdirilmişdir. Rayonlarda idman federasiyalarının yerli bölmələrinin yaradılması istiqamətində işlər aparılmış, fəaliyyət göstərən bölmələrin işinə nəzarət gücləndirilmişdir.

İdman yarışlarının, xüsusilə ölkə və beynəlxalq səviyyəli yarışların keçirilməsi ilə bağlı verilmiş tapşırıqlar icra olunmuşdur. Belə ki, qeyd olunan dövrdə peşəkarlararası reytinq və kəmər müdafiəsi döyüşləri, pauerliftinq və benchpress idman növü üzrə beynəlxalq turnir, futbol üzrə “Qarabağ” və “Qəbələ” komandaları arasında Azərbaycan kubokunun final oyunu, “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalı, boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turniri və futbol üzrə “Heydər Əliyev kuboku” yarışı keçirilmişdir. Həmçinin federasiyadaxili yarışlar təşkil olunmuş və qalib idmançılar mükafatlandırılmışdır. Muxtar respublikadan olan 37 idmançı isə müxtəlif idman növləri üzrə keçirilən ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirak etmişdir.
Naxçıvan Dövlət Universitetinin bədən tərbiyəsi və idman, fiziki tərbiyə və çağırışa­qədərki hazırlıq müəllimliyi ixtisaslarında təhsil alan tələbələr arasında intellektual oyun keçirilmiş, gənclərlə iş və idman sahəsini əhatə edən tədbirlərdə həmin tələbələrin iştirakı təmin olunmuşdur. Qızların idmana cəlb olunması istiqamətində də işlər davam etdirilmiş, hərtərəfli şərait yaradılmışdır.

Məhdud fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası sahəsində tədbirlər görülmüş, bədən tərbiyəsi və idmanın bu kateqoriyadan olan şəxslərin reabilitasiyasına təsiri ilə bağlı təbliğat işləri genişləndirilmişdir. Belə ki, fiziki imkanları məhdud şəxslər arasında armreslinq üzrə Naxçıvan Muxtar Respublika birinciliyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda paralimpiyaçılar arasında futzal idman növü üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilmişdir. Həmçinin aztəminatlı ailələrdən olan uşaq, yeniyetmə və gənclərin ödənişsiz idmanla məşğul olmaları üçün şərait yaradılmış, federasiyalardan bu qəbildən olan idmançılar haqqında məlumatlar toplanmış, idman geyim və ləvazimatları ilə təmin olunmuşlar.
Muxtar respublikada mövcud Olimpiya­-İdman komplekslərinin fəaliyyətlərinin gücləndirilməsi, yerlərdə yaradılmış şəraitdən, o cümlədən idman qurğu və avadanlıqlarından səmərəli istifadəyə nail olunması üçün işlər davam etdirilmiş, eləcə də Şərur rayonunun Dəmirçi kəndində yeni stadion istifadəyə verilmişdir. 2017-ci ilin ikinci rübündə Şərur rayonunda 14, Babək rayonunda 10, Ordubad rayonunda 8, Culfa rayonunda 13, Kəngərli rayonunda 9, Şahbuz rayonunda 23, Sədərək rayonunda 6 idman tədbiri keçirilmişdir. Ali təhsil müəssisələri və idman federasiyaları ilə birgə hazırlanmış proqrama əsasən Uzunoba Su Anbarının ətrafında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ekstremal yürüş üzrə Naxçıvan Muxtar Respublika birinciliyi və “Heydər Əliyev kuboku” uğrunda peyntbol idman növü üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarının idman növləri üzrə yığma komandaları yaradılmış və ölkə səviyyəli yarışlarda iştirakı təmin olunmuşdur. Ümumilikdə, bu ilin ikinci rübündə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 80 tədbir keçirilmişdir. Hesabat dövründə muxtar respublika idmançıları 462 medal qazanmışlar ki, bunlardan 410-u Naxçıvan Muxtar Respublika birinciliyi, 24-ü Azərbaycan birinciliyi, 26-sı Beynəlxalq turnir, 1-i Dünya çempionatı, 1-i isə IV İslam Həmrəyliyi Oyunlarında olmuşdur.
Muxtar respublikada idman növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idmanın kütləviliyinin artırılması sahəsində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4786927
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1307
13401
95502
321987
4786927

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter