11 Dekabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, idmanın inkişafına da dövlət qayğısı ən yüksək səviyyədədir. Təsadüfi deyil ki, uşaq və yeniyetmələrin bu sahəyə cəlbi, onların idmanla məşğul olmaları üçün yeni idman obyektləri tikilib istifadəyə verilir. Bu da idmanla məşğul olan insanların həm sağlamlığı, həm də asudə vaxtlarını səmərəli keçirmələri üçün mühüm əhəmiyyət kəsb edir.
Hazırda muxtar respublikada şəhər və rayonlarla yanaşı, kəndlərdə də idmanın kütləviliyinə nail olunması üçün mühüm addımlar atılır. Yeni istifadəyə verilən idman zalları, stadionlar kəndlərdə uşaq, yeniyetmə və gənclərin bu sahəyə marağını xeyli artırıb.
Ötən dövr ərzində istifadəyə verilən bu idman obyektlərindən biri də Şərur rayon Aralıq kənd stadionu­dur. Müasir standartlara cavab verən stadionda gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün bir sıra idman tədbirləri keçirilir. Bu tədbirlərdən biri də “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında futbol üzrə Şərur rayon birinciliyidir. İyunun 22-də start verilən rayon birinciliyinə artıq yekun vurulub. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 14 kənd komandasının mübarizə apardığı birincilik olimpiya sistemi üzrə keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən birinciliyin final görüşündə Aralıq və Çomaxtur kənd komandaları üz-üzə gəliblər. Oyunun ilk hissəsində iki dəfə önə keçən Aralıq kənd komandası hesabı sonadək qoruya bilməyib. İkinci hissədə daha əzmkar mübarizə aparan Çomaxtur futbolçuları hesabı bərabərləşdirməklə yanaşı, önə keçməyə müvəffəq olublar. Lakin son dəqiqələrdə meydan sahiblərinin qolu (3:3) görüşü penalti zərbələrinə aparıb. Bu seriyada zərbələri daha dəqiq yerinə yetirən Çomaxtur kənd komandası 5:4 hesabı ilə qalib gəlib və birinciliyin baş mükafatını qazanıb. Daşarx kənd komandası isə birinciliyi üçüncü pillədə başa vurub.

Sonda qalib komandalara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplom və kubokları təqdim edilib.
Qeyd edək ki, final görüşünü 300-ə yaxın azarkeş izləyib.
Aralıq kəndində keçirilən birincilik kənd sakinləri tərəfindən böyük sevinclə qarşılanıb. Birinciliyin bütün oyunlarını izləyən Akif Həsənov bizimlə söhbətində bildirdi ki, bu gün muxtar respublikanın bütün kəndlərində idmanın inkişafı mühüm əhəmiyyət daşıyır. Bunun da səbəbi yaradılan şəraitdir. Şərur rayonunun əksər kəndlərində gənclərin idmanla məşğul olmaları üçün idman obyektləri fəaliyyət göstərir. Təbii ki, bunlar gənclərimizin zərərli vərdişlərdən uzaq durmasında, onların sağlam fərd kimi cəmiyyətimizə qazanılmasında böyük rol oynayır. Bu gün Aralıq kəndində də gənclərin idmanla məşğul olmaları üçün hər bir şərait yaradılıb və onlara daim diqqət göstərilir. Keçirilən birinciliyin bütün görüşlərini izlədim və sevindirici haldır ki, gənclərimizin idmana olan marağı gündən-günə artır.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5631151
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14603
18377
14603
177042
5631151

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter