23 İyun 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə XV muxtar respublika çempionatına yekun vurulub.
Çempionatın son turunda “Araz-Naxçıvan” və “Batabat” komandaları üz-üzə gəliblər. İlk hissəsi qolsuz başa çatan görüşün ikinci hissəsində daha üstün oyun sərgiləyən “qırmızı-ağlar” Amil Həsənovun qolu sayəsində meydanı qələbə ilə tərk ediblər. Bununla, üç tur öncə çempionluğunu təmin edən “Araz-Naxçıvan” ardıcıl olaraq üçüncü dəfə muxtar respublika çempionatının qalibi adını qazanıb.
Görüşdən sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının gənc­lər və idman naziri Azad Cabbarov Milli Qurtuluş Günü münasibətilə yarış iştirakçılarını təbrik edib. Bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev bütün sahələrlə yanaşı, idmana da xüsusi diqqət göstərirdi. Bu diqqət sayəsində idman respublikamızda yüksək sürətlə inkişaf etdi. Ulu öndərin yolunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin məqsədyönlü, uğurlu siyasəti nəticəsində bu inkişaf daha da sürətləndi. Artıq Azərbaycan beynəlxalq miqyasda idman sahəsində tanınan ölkələr sırasındadır. İdmançılarımız beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Bu da gənc­lərin bu sahəyə marağını gündən-günə artırır.

Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlərin görüldüyünü vurğulayan nazir gənclərin fiziki və mənəvi hazırlığı, asudə vaxtlarının səmərəli təşkilinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. Qeyd edib ki, muxtar respublikada müasir idman infrastrukturunun, olimpiya-idman komplekslərinin, digər obyektlərin qurulması, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənclərin idmana kütləvi şəkildə cəlb olunmasına imkan verib. Bu gün Naxçıvan Muxtar Respublikasının Futbol Federasiyası muxtar respublikada yeniyetmə və gənclərin idmanın bu növü ilə məşğul olmasında əhəmiyyətli rol oynayır.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov isə çıxışında futbolçulara gələcək karyeralarında uğurlar arzulayıb. Rektor gənclərin idmanın müxtəlif sahələrinə olan maraqlarının və potensiallarının aşkarlanıb düzgün istiqamətləndirilməsində mühüm rol oynayan məşqçi-müəllimlərin fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Yekun nəticələrə əsasən, “Araz-Naxçıvan” komandası çempionatın qalibi olub. Şahbuzun “Batabat” komandası ikinci, Naxçıvan Dövlət Universitetinin komandası isə üçüncü olub.
Sonda qalib komandalara diplom, kubok və hədiyyələr təqdim edilib.

Ceyhun MƏMMƏDOV