26 Sentyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinə yekun vurulub. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Boks federasiyalarının birgə təşkil etdikləri turnirdə Rusiya, İran, Gürcüstan, Ukrayna, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan, o cümlədən Naxçıvan Muxtar Respublikasının boksçuları da mübarizə aparıblar.

 Dörd gün davam edən yarışın dünən keçirilən final görüşlərindən sonra qaliblər müəyyənləşib. 13 çəki dərəcəsində keçirilən turnirin 9 final görüşündə azərbaycanlı dəri əlcək sahibləri mübarizə aparıblar. Maqsud Xasmetov (46 kiloqram), Rüfət Fətəliyev (48 kiloqram), Elşən Cəbizadə (57 kiloqram) və Rüfət Nəbiyev (66 kiloqram) həlledici qarşılaşmalarda qalib gəlsələr də, Əzrək Bəbirov (52 kiloqram), Ağasəlim Mustafazadə (54 kiloqram), İbrahim Cəfərzadə (63 kiloqram), Cavid Qurbanov (70 kiloqram) və Vüqar Səmədov (+80 kiloqram) məğlub olaraq beynəlxalq turniri ikinci pillədə başa vurublar. 

Ümumiyyətlə, turnirə 2 komanda – Azərbaycan və Naxçıvan boksçuları ilə qatılan yığma­mız 4 qızıl, 5 gümüş və 10 bürünc medal əldə edərək turnirin baş mükafatını qazanıb. Komandamızı 4 qızıl və 5 bürünc medalla Qazaxıstan yığması izləyib. İran yığmasının mükafat qazanmadığı turnirdə Özbəkistan komandası 6 (3 qızıl, 1 gümüş, 2 bürünc), Gürcüstan 6 (1 qızıl, 4 gümüş, 1 bürünc), Ukrayna 6 (1 gümüş, 5 bürünc), Qırğızıstan 4 (1 qızıl, 3 bürünc), Macarıstan 1 (1 gümüş), Rusiya 1 (1 gümüş) medala sahib olub.
Naxçıvan komandası isə turnirdə 4 müxtəlif əyarlı medal əldə edib. Ən uğurlu nəticəni 63 kiloqram çəki dərəcəsində mübarizə aparan İbrahim Cəfərzadə qazanıb. Final görüşünə kimi məğlubiyyətsiz irəliləyən boksçumuz həlledici qarşılaşmada Qazaxıstan təmsilçisi Əzəmət Bekşata məğlub olub. Digər üç idmançımız – Kənan Səfiyev (50 kiloqram), Əhməd Rzayev (52 kiloqram) və Yusif Allahverdiyev (70 kiloqram) isə bürünc medal qazanıblar.
Sonda qaliblər medal və diplomlarla mükafatlandırılıblar. Mükafatları Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədri Məhərrəm Talıbov, Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti, Milli Məclisin deputatı Ağacan Əbiyev və Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov təqdim ediblər.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4399061
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
12336
13363
25699
387425
4399061

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter