27 İyun 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalı xarici ölkələrdən gələn iştirakçıların yaddaşında dərin iz buraxıb. Həmsöhbət olduğumuz zəka sahibləri bundan sonra da ənənə halını alan festivalın daim iştirakçısı olmaq arzusundadırlar.
Valeri QRİNEV (beynəlxalq usta, Ukrayna): “Festivalda uğurlu nəticələr əldə etdim. Yarışa başlamazdan əvvəl “A” qrupunda əmsalına görə 17-ci sırada mən idim və belə güclü zəka sahibləri arasında qalib olmağım gələcək karyeram üçün əhəmiyyətlidir. Onu da deyim ki, şahmatçı üçün əsas məsələ sakitlik və rahatlığın təmin olunmasıdır. Naxçıvanda bu baxımdan heç vaxt əziyyət çəkmədik. 10 günə yaxın burada qaldım, Naxçıvandakı sabitlik, şəhərin daim təmiz olması məni çox təəccübləndirdi. Təşkilatçılığa isə söz ola bilməz. Hər kəs bizimlə maraqlanırdı. Bu işdə əməyi olan, bizə bu şəraiti yaradan, vətənini sevən və idmana dəyər verən insanlara minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, gələn il keçiriləcək festivalda yenidən iştirak edəcəyəm”.

İqor XENKİN (beynəlxalq qrossmeyster, Almaniya): “Deyə bilərəm ki, Naxçıvan bizim üçün artıq doğma məkana çevrilib. Hər il təşkil olunan festivalda iştirak etmək qürurvericidir. İlk olaraq beynəlxalq turnirdə çıxış barədə fikir bildirmək istərdim. Üzləşdiyim bir məğlubiyyət məni liderlərdən geri saldı və turniri 9-cu pillədə başa vurdum. Təbii ki, nəticəmdən razı deyiləm, lakin bu, şahmatdır, hər şeylə üzləşmək olar. Təşkilatçılığa gəlincə, hər il biz yeniliklərlə qarşılaşırıq. Bu il də şahmatçıların rahatlığı, onların tam olaraq oyunlara adaptasiya olmaları üçün şərait yaradılıb. Görüşlərdən sonra vaxt tapdıqca Naxçıvanı gəzməyə çalışdım. Şəhərinizi gəzdim və maraqlı bir məqam da bu idi ki, şəhərin mərkəzi də, kənarları da təmiz və gözəldir. İnsanlar mehriban və gülərüzdürlər. Naxçıvanda keçirilən Beynəlxalq Şahmat Festivalında yenidən iştirak etdiyim üçün özümü xoşbəxt hiss edirəm”.
Vladimir BURMAKİN (beynəlxalq qrossmeyster, Rusiya): “Yenidən burada gözəl insanları görmək məni çox sevindirdi. Naxçıvanda tarixiliklə müasirlik, necə deyərlər, birgə yaşayır. İnsan burada özünü çox rahat hiss edir. Bizim üçün hər cür şərait yaradılmışdı. Təşkilatçılar bizimlə hər dəqiqə maraqlanırdılar. Bu, bizi sevindirir. İdmançı üçün əsas məsələ ona göstərilən diqqətdir ki, bu da Naxçıvanda var. Burada çox güclü idman potensialı formalaşıb. Buna görə də gələcək festivallarda da iştirak etmək istəyirəm”.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3030970
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11035
15326
26361
466437
3030970

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter