23 Noyabr 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il­dönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda karate-do üzrə Naxçıvan Muxtar Respublika açıq çempionatı keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə təşkil etdiyi açıq çempionat iki gün davam edib.
Çempionatın bağlanış mərasimində çıxış edən muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov bildirib ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra idmanın inkişafı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib. Ulu öndərimizin əsasını qoyduğu gənclər və idman siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkəmizdə idman sahəsində həyata keçirilən tədbirlər muxtar respublikamızı da əhatə edib, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilib. Son 20 il muxtar respublikanın bədən tərbiyəsi və idman tarixində mühüm mərhələ təşkil edir.
Nazir vurğulayıb ki, təkcə bu ilin ötən dövrü ərzində idmançılarımız Azərbaycan birinciliklərində 58, Beynəlxalq turnirlərdə 49, Asiya çempionatlarında 2 medal qazanıblar ki, bunlardan da 5-i karate-do üzrə idmançılarımız tərəfindən qazanılıb.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov çıxışında ulu öndər Heydər Əliyevin idman siyasətindən və bu gün ölkəmizdə idmana göstərilən dövlət qayğısından bəhs edib. Bildirib ki, paytaxt Bakıda olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da karate idman növü sürətlə inkişaf edir, uşaq, yeniyetmə və gənclər hər cür şəraiti olan arenalarda idmanla məşğul olurlar.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Azərbaycan Milli Karate Federasiyası tərəfindən təltif olunduğu Fəxri Diplom Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarova, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərovun təltif olunduğu Fəxri Diplom federasiyanın sədr müavini Nəriman Quliyevə, Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarovun təltif olunduğu diplom nazirə təqdim edilib.
12 yaş qrupunda 47 çəki dərəcəsində 200-ə yaxın idmançının iştirak etdiyi yarışda “Naxçıvan” komandası qalib adını qazanıb. Digər iki pillədə Bakı şəhər və Babək rayon komandaları qərarlaşıb.
Qalib komandalara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının diplom, medal və kubokları təqdim olunub.

Ceyhun Məmmədov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5321280
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5864
18695
60854
369486
5321280

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter