24 Sentyabr 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş pauerliftinq və bench press idman növü üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində təşkil olunan turnirdə Azərbaycanı və onun Naxçıvan Muxtar Respublikasını, eyni zamanda Türkiyəni də təmsil edən 60-dan çox idmançı 12 çəki dərəcəsində mübarizə aparıb.
Azərbaycan Respublikası, eyni zamanda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri və Azərbaycan Respublikası Pauerliftinq Federasiyasının birgə təşkil etdiyi beynəlxalq turnir dörd gün davam edib.
Turnirin yekun nəticəsinə əsasən, bench press idman növü üzrə 60 kiloqram çəki dərəcəsində Vüsal Bağırov, 67,5 kiloqram çəki ­dərəcəsində Elvin Eynalov, 75 kiloqram çəki dərəcəsində Samir Məmmədov, 90 kiloqram çəki dərəcəsində Kamil Qafarov, 100 kiloqram çəki dərəcəsində Bəhlul Ağayev, 110 kiloqram çəki dərəcəsində Şahin Eyvazov və 140 kiloqram çəki dərəcəsindən yuxarı isə Əbülfəz Cəfərov bütün rəqiblərini qabaqlayaraq turnirin baş mükafatını qazanıblar.

Pauerliftinq idman növü üzrə keçirilən yarışda isə Anar Musayev (56 kiloqram), Elmir Tarverdiyev (67,5 kiloqram), Rövşən Xəlilov (75 kiloqram), Məmməd Rəhimov (100 kiloqram), Ramin Hüseynov (110 kiloqram), Razim Hüseynov, Alik Ağayev, Vüsal Mərdanov (125 kiloqram) hamıdan güclü olublar.
Qadınların mübarizəsində isə Zərifə Hüseynova, Sevil Həsənova, Günay Camalova və Xatirə Şahverdi müvafiq olaraq 56, 58, 61, 61,5 kiloqram çəki dərəcələrində qalib adını qazanıblar.
Naxçıvanlı idmançıların beynəlxalq turnirdə uğurlu çıxışı diqqətdən yayınmayıb. İdmançılarımız, ümumilikdə, 5 qızıl, 6 gümüş və 6 bürünc medal qazanıblar. Belə ki, bench press idman növündə Bayram Əliyev (82 kiloqram) birinci, Rüstəm Bağırov (60 kiloqram), Məcid Məmmədli (67 kiloqram) ikinci, Ruslan Səfərov (75 kiloqram), Elmir Seyidov (82 kiloqram) və Elvin Mirzəyev (110 kiloqram) üçüncü olublar.
Pauerliftinq idman növündə Sadiq Məmmədov (82,5 kiloqram) və Gündüz Məmmədov (90 kiloqram) turnirin baş mükafatını qazanıblar. Digər idmançılarımızdan Məcid Məmmədli (67,5 kiloqram), Ruslan Səfərov (75 kiloqram), Allahverdi Allahverdiyev (90 kiloqram) və Elvin Mirzəyev (100 kiloqram) gümüş, Elmir Seyidov (82,5 kiloqram), Sadiq Nəcəfov (75 kiloqram) və Yusif Abbasov (100 kiloqram) bürünc medal qazanıblar.
Sinqer cədvəli, ekiprovka-təchizatda Bayram Əliyev (82,5 kiloqram) və Xaliq İsmayılov (110 kiloqram) birinci olublar.
Sonda qaliblərə təşkilatçıların diplom və medalları təqdim edilib.

Ceyhun Məmmədov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4367551
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
7052
16121
102108
355915
4367551

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter