11 Dekabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

May ayında Naxçıvan Muxtar Respublikasında daha bir mötəbər turnir keçiriləcək. Mayın 25-də start veriləcək II “Heydər Əliyev kuboku” uğrunda futbol üzrə turnir ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Peşəkar Futbol Liqasının birgə təşkil edəcəyi yarışın kubokunun təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirib ki, Azərbaycanda idmanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkə başçısı tərəfindən ulu öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində respublikamız dünyada idman ölkəsi kimi tanınır. Yaradılan müasir idman infrastrukturu ölkəmizdə beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsinə imkan verir. Ulu öndərimizin əsasını qoyduğu idman siyasəti bu gün Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Muxtar respublikada 40 minədək uşaq, yeniyetmə və gənc idmanın müxtəlif növlərinin sirlərini öyrənir.

Nazir qeyd edib ki, hər il may ayında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirlər keçirilir. İdman ictimaiy­yəti həmin yarışlardan biri olan II “Heydər Əliyev kuboku” uğrunda futbol üzrə turnirə böyük maraq göstərir. Peşəkar Futbol Liqasının dəstəyi ilə futbol üzrə turnirin yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri tamamlanıb.
Daha sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edərək bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında futbolun, o cümlədən idmanın digər növlərinin inkişafı istiqamətində ardıcıl işlər görülməsi mövcud infrastrukturun ən müasir şəkildə qurulmasında da özünü göstərir. Muxtar respublikada idmanın müxtəlif növləri, eləcə də futbol üzrə mötəbər yarışların keçirilməsi, həmin yarışlarda naxçıvanlı futbolçuların uğurla iştirak etməsi bunun bariz nümunəsidir. Bu, Naxçıvanın idmanın inkişaf etdiyi bir diyara çevrildiyini sübut edir. Azərbaycan kubokunun final görüşünün Naxçıvan Muxtar Respublika Stadionunda keçirilməsi, yarışın yüksək səviyyədə təşkili idman ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.
Muxtar respublikada nüfuzlu beynəlxalq idman yarışlarının keçirildiyini də xatırladan Ramin Musayev qeyd edib ki, biz II “Heydər Əliyev kuboku” uğrunda futbol üzrə turnirin də uğurla başa çatacağına əminik.
Sonda mətbuat nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Ceyhun Məmmədov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5631241
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14693
18377
14693
177132
5631241

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter