11 Dekabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda pauerliftinq və bench press idman növü üzrə beynəlxalq turnirin açılış mərasimi olub.
Turnirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirakçıları salamlayaraq deyib ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə digər sahələr kimi, idmanın inkişafına da böyük diqqət göstərilib, idman və bədən tərbiyəsi dövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilib. Bu siyasət bu gün də uğurla davam etdirilir.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov vurğulayıb ki, ölkəmizdə idman sahəsində həyata keçirilən tədbirlər muxtar respublikamızı da əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində bu sahənin maddi-texniki bazası gücləndirilib, idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda iştirakı təmin olunub.

Nazir deyib ki, təkcə 2017-ci ilin ötən dövrü ərzində idmançılarımız Azərbaycan birinciliklərində 55, beynəlxalq turnirlərdə 32, Asiya çempionatlarında 2 medal qazanıblar. Qazanılan uğurlar deməyə əsas verir ki, muxtar respublikanın idmançıları Azərbaycanın idman şərəfini layiqincə qoruyurlar.
Dünya Pauerliftinq Federasiyasının prezidenti Mayk Sviney qədim Naxçıvan torpağında olmaqdan məmnunluğunu ifadə edib. Bu cür beynəlxalq turnirlərin keçirilməsində göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.
Azərbaycanda idman sahəsində əldə olunan nailiyyətlərdən danışan Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev turnir iştirakçılarına uğurlar ­arzulayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Dünya Pauerliftinq Federasiyası tərəfindən təltif olunduğu Fəxri Diplom və Xatirə Medalı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarova, Azərbaycan Pauerliftinq Federasiyasının fəxri prezidenti Sevil Əliyevanın təltif olunduğu Fəxri Diplom Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevə, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun təltif olunduğu Fəxri Diplom Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılova təqdim edilib.
Turnir açıq elan olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bədii hissədən sonra yarışa start verilib.
Turnirdə Azərbaycanı və onun Naxçıvan Muxtar Respublikasını, eyni zamanda Türkiyəni də təmsil edən 60-dan çox idmançı 12 çəki dərəcəsində qüvvəsini sınayacaq. Yarışa mayın 7-də yekun vurulacaq.

Tural Ağayev

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5631249
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14701
18377
14701
177140
5631249

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter