23 Noyabr 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Mayın 3-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya­-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin açılış mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək demişdir ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə digər sahələr kimi, idmanın inkişafına da böyük diqqət göstərilmiş, idman və bədən tərbiyəsi dövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, müasir idman infrastrukturu yaradılır. Digər idman növləri kimi güləşin inkişafına da hərtərəfli qayğı göstərilir, Azərbaycan güləşçiləri beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Azad Rəhimov “Heydər Əliyev kuboku” uğrunda yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyini ölkəmizin idman həyatında əlamətdar hadisə kimi dəyərləndirmiş, idmançılara uğurlar arzulamışdır.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyinə start verilməsi münasibətilə tədbir iştirakçılarını salamlamış, idmançılara uğurlar arzulayaraq demişdir: Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasə­ti­nin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, idmana dövlət qayğısı artmış, onun maddi-texniki bazası daha da möhkəmləndirilmişdir. Müstəqil Azərbaycan həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınmış və olimpiya hərəkatına qoşulmuşdur.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Muxtar respublikada müasir idman infrastrukturu, o cümlədən Olimpiya-İdman komplekslərinin, idman obyektlərinin, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənclərin idmana olan marağını artırmış, istedadlı idmançıların yetişməsini təmin etmişdir. Muxtar respublikada göstərilən dövlət qayğısı nəticəsində idmanın güləş növü ilə məşğul olanların sayı ildən-ilə artır. Azərbaycan güləşçiləri ilə yanaşı, muxtar respublika güləşçiləri də beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında böyük uğurlar qazanırlar. Bu gün start götürəcək sərbəst güləş üzrə yarışların keçirilməsində məqsəd muxtar respublikamızda bu idman növünə uşaq və gənclərdə marağın artırılmasıdır. Əminik ki, yarışlar fəal idman mübarizəsi şəraitində keçəcək, bütün güləşçilər yüksək əzmkarlıq nümayiş etdirəcəklər. Hakimlər isə hər bir görüşün ədalətlə keçirilməsini təmin edəcəklər.
Güləş Federasiyasının sədri Azər Zeynalov Azərbaycan Respub­likasının Prezidenti cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə idmanın inkişafına göstərdikləri diqqət və qayğıya görə bütün idmançılar adından minnətdarlığını bildirmiş, “Heydər Əliyev kuboku” uğrunda yeniyetmələr arasında sərbəst güləş üzrə muxtar respublika birinciliyini açıq elan etmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının çıxışı olmuşdur.
Sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş sərbəst güləş üzrə muxtar respublika birinciliyinin görüşlərinə start verilmişdir. Qeyd edək ki, iki gün davam edəcək birincilikdə 96 pəhləvan 10 çəki dərəcəsində mübarizə aparacaq, qalib gələn idmançılar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5321255
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5839
18695
60829
369461
5321255

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter