26 May 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

May 2017
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Ən qədim oyun növlərindən biri olan şahmat uşaq və yeniyetmələrin əqli inkişafına təsir edən mühüm vasitələrdən biridir. Uşaqların dünyagörüşünün formalaşmasına müsbət təsir edən bu idman növü onlarda diqqətli olmaq, düşünmək, müqayisə etmək qabiliyyətlərini gücləndirir. Şahmat həmçinin ixtiraçılıq qabiliyyətini və qanunauyğunluq təfəkkürünü də inkişaf etdirir. Uşaqlara özünə tənqidlə yanaşmağı, sərbəst qərar vermək bacarığını aşılayır. Bir sözlə, şahmat həm yaxşı zaman keçirmək, həm də zehni inkişaf etdirmək üçün mühüm vasitədir.

İdmanın, o cümlədən şahmatın kütləviliyinə, onun inkişaf və təbliğinə nail olmaq, bu sahədə yeni idmançılar hazırlamaq muxtar respublikada aparılan idman siyasətinin tərkib hissəsidir. Son illər bu məqsədə xidmət edən ardıcıl tədbirlər görülür. Bu il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilən növbəti müşavirə də muxtar respublikada idmana, o cümlədən şahmatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Müşavirədə uşaq-gənclər şahmat və idman məktəblərinin fəaliyyətlərinin gücləndirilməsi, rayon şahmat məktəbləri arasında interaktiv dərslərin qrafik əsasında keçilməsinin təmin edilməsi barədə konkret tapşırıqlar verilib.

Ümumiyyətlə, son illər şahmatın kütləviliyinə nail olunması məqsədilə mühüm addımlar atılıb, nəinki şahmat məktəblərində, eləcə də orta ümumtəhsil məktəblərində bu idman növünün tədrisi üçün hər cür şərait yaradılıb, təhsil ocaqları müasir elektron tədris vəsaitləri ilə təmin olunub. Yeri gəlmişkən qeyd edək ki, hazırda muxtar respublikada Şahmat Mərkəzi, bütün rayon mərkəzlərini əhatə etməklə 7 Uşaq-gənclər şahmat məktəbi fəaliyyət göstərir. Həmçinin ümumtəhsil məktəblərimizdə dərs cədvəlinə daxil edilməklə hər sinif üçün həftədə 2 saat şahmat tədris edilir. Bunun üçün məktəblərin müvafiq kadr heyəti formalaşdırılıb, şahmat sinifləri və şahmat otaqları istifadəyə verilib, onlar müasir əyani vasitələrlə təchiz olunublar. Şahmat otaqlarında tədrislə yanaşı, bu sahədə olan bacarıqlarını təkmilləşdirmək üçün şagirdlərin asudə vaxtlarında yarışların keçirilməsi də diqqət mərkəzində saxlanılır. Şahmat siniflərində elektron lövhələrin imkanlarından səmərəli istifadə olunur. Bu avadanlıq vasitəsilə şahmatın tədrisi üçün tətbiq olunan proqramlardan istifadə edilir, təcrübəli şahmatçıların oyunlarından nümunələr göstərilir. Məktəblərdə yaradılan şərait, təbii ki, şagirdlərdə bu idman növünün sirlərinə yiyələnməyə maraq oyadır. Görülən bütün bu işlərin əsas məqsədi gələcəyimiz olan uşaqların zehni inkişafında və intellektual səviyyəsinin yüksəlməsində əhəmiyyətli rol oynayan şahmatın kütləviliyinin təmin olunmasıdır.
Həyata keçirilən tədbirlər muxtar respublikada istedadlı şahmatçılar nəslinin yetişməsinə, eyni zamanda Naxçıvanın idmanın bu növü üzrə beynəlxalq yarışlara ev sahibliyi etməsinə şərait yaradıb. Buna muxtar respublikada hər il may ayında ənənəvi olaraq keçirilən, ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş beynəlxalq şahmat festivallarını misal göstərmək olar. Dünyanın müxtəlif ölkələrindən şahmatçıların Naxçıvanda keçirilən bu festivallarda iştirak etməsi bir daha sübut edir ki, bu mötəbər yarışlara maraq ilbəil daha da artır.
Həmin festivallar dünyanın müxtəlif ölkə­lərindən gəlmiş şahmatçılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə, yerli şahmatçıların yarış təcrübəsi əldə etməsinə şərait yaradır. Ötən il ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Naxçıvan – 2016” Beynəlxalq Şahmat Festivalında 3 yarımqrupda keçirilən beynəlxalq turnirdə 350-dən çox şahmatçı iştirak edib. Onlar arasında dünya və Avropa çempionu olmuş şahmatçılar, beynəlxalq qrossmeysterlər, beynəlxalq usta və FİDE ustaları da olub. Bu gündən start götürən ulu öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan – 2017” Beynəlxalq Şahmat Festivalında da müxtəlif xarici ölkələrdən yüzlərlə şahmatçı iştirak edəcəkdir. Sevindirici haldır ki, bu turnirdə muxtar respublikadan olan çox sayda şahmatçı qatılacaq.
Qazanılan qələbələr, əldə olunan uğurlar, nüfuzlu beynəlxalq şahmat festivallarının keçirilməsi muxtar respublikada bu idman növünün yüksək inkişafından xəbər verir. Şahmatçılarımızın uğurları layiqli qiymətini alır.
Hazırda muxtar respublikamızda 3 mindən çox məktəbli şahmatla məşğul olur. İnanırıq ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikasında şahmat daha kütləvi xarakter alacaq, bu diyarda beynəlxalq qrossmeyster, usta və hakimlərin, FİDE ustalarının sayı hər il daha da artacaqdır.

Röyal MƏMİYEV
Naxçıvan Televiziyasının baş redaktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2478774
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
17625
16737
80339
418337
2478774

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter