11 Dekabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Şərur Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş kikboksinq üzrə peşəkar­lararası reytinq və kəmər döyüşləri uğrunda turnirə yekun vurulub.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Kikboksinq və muxtar respublika Şərq Döyüşü Sənəti federasiyalarının təşkilatçılığı ilə keçirilən turnirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsinin önünə gül dəstələri qoyublar. Sonra qonaqlar Heydər Əliyev Muzeyinə gələrək buradakı eksponatlarla tanış olublar.
Turnirin açılış mərasimində çıxış edən muxtar respublika gənclər və idman naziri Azad Cabbarov bildirib ki, ölkəmizdə idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Aparılan məqsədyönlü idman siyasəti idmançılarımızın beynəlxalq arenalarda, dünya və Avropa çempionatlarında uğurlu çıxışlarına zəmin yaradıb. Azərbaycan artıq dünyada bir idman ölkəsi kimi tanınır. Bunun nəticəsidir ki, hər il ölkəmizdə, eləcə də muxtar respublikamızda beynəlxalq səviyyəli idman tədbirləri təşkil edilir.

“Ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin tərkib hissəsi kimi bu gün Naxçıvan Muxtar Respublikasında gənc idmançılar nəsli yetişib, idman ustaları formalaşıb. Naxçıvanlı idmançılar ölkə və dünya əhəmiyyətli yarışlarda təmsil olunur və uğurlara imza atırlar”, – deyən Azad Cabbarov qeyd edib ki, bütün idman növləri kimi, kikboksinq idman növü üzrə də muxtar respublika idmançıları ölkə, dünya və Avropa çempionatlarında bir sıra nailiyyətlər əldə ediblər. Bu gün Naxçıvan beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Bütün bunlar idmançıların təcrübə qazanması və peşəkar idmançı kimi formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev çıxışında qeyd edib ki, ölkəmiz müxtəlif idman növləri üzrə respublika, qitə və beynəlxalq səviyyəli yarışların keçirildiyi məkana çevrilib. Bu, Azərbaycanın idman ölkəsi kimi tanınmasından və dünya ölkələri arasında böyük nüfuz qazanmasından xəbər verir. Sürətlə inkişaf edən, gündən-günə daha da gözəlləşən Naxçıvan Muxtar Respublikasında da idman sahəsinə xüsusi qayğı və diqqət göstərilir. Muxtar respublikada mövcud olan ən müasir idman infrastrukturu burada nüfuzlu idman tədbirlərinin keçirilməsinə şərait yaradır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş peşəkarlararası kikboksinq üzrə reytinq və kəmər döyüşlərinin Şərur Olimpiya-İdman Kompleksində keçirilməsi də muxtar respublikanın idman məkanı kimi böyük şöhrət qazanması ilə əlaqədardır.
Adil Əliyev bildirib ki, Naxçıvan bu gün həm də idmanın inkişafı baxımından Azərbaycanın digər bölgələrinə nümunədir.
Açılış mərasiminin bədii hissəsində Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin mahnı və rəqs ansamblının bir-birindən rəngarəng çıxışları olub.
Sonra kikboksinq üzrə peşəkarlararası reytinq və kəmər döyüşlərinə start verilib. Rinqə çıxan 14 idmançı 7 çəki dərəcəsində WAKO versiyası üzrə mübarizə aparıb. Reytinq görüşlərində Turan Qafarov (63,5 kiloqram, “Quba” idman klubu), Ruslan Musayev (67 kiloqram, Azərbaycan Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti), Rəhim Əliyev (71 kiloqram, “Qızıl Əlcək” klubu), Orxan Məlikov (86 kiloqram, “Naxçıvan” idman klubu) və Asəf Aslanov (91 kiloqram, “Quba” idman klubu) qalib gəliblər. Kəmər döyüşlərində isə Zöhrab Əzim­ov (60 kiloqram) və Emil Mövsümzadə (76 kiloqram, hər ikisi Azərbaycan Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti) rinqdə güclü olduqlarını nümayiş etdiriblər.
Sonda qaliblərə təşkilatçılar tərəfindən kubok və kəmərlər təqdim olunub.

Ceyhun Məmmədov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5631235
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14687
18377
14687
177126
5631235

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter