22 Avqust 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində boks üzrə keçirilən “Heydər Əliyev kuboku” uğrunda muxtar respublika turnirinə yekun vurulub. Turnirdə 14-15 yaşlı yeniyetmələr, 18-19 yaşlı gənclər və böyüklər 10 çəki dərəcəsində ən güclünü müəyyən etməyə çalışıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi yarış üç gün davam edib. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun olaraq keçirilən yarışda muxtar respublikanın şəhər və rayonlarından 100-ə yaxın dəri əlcək sahibi mübarizə aparıb.
Dünən turnirin bağlanış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra final görüşlərinə start verilib. Yekunda 40 kiloqram çəki dərəcəsində Naxçıvan təmsilçisi Hüseyn Hüseyn­ov Sədərək boksçusu Elşən Əliyevi, 45 kiloqram çəki dərəcəsində Ülvü Süleymanov (Naxçıvan) Nizami Novruzovu (Naxçıvan), 50 kiloqram çəki dərəcəsində Kənan Şəfiyev (Şərur) Sənan Əliyevi (Naxçıvan), 56 kiloqram çəki dərəcəsində Ayxan Süleymanov (Naxçıvan) Kənan İbrahimovu (Ordubad) məğlub edərək turnirin əsas mükafatını qazanıblar.
Azarkeşlər nisbətən yüksək çəki dərəcələrindəki idmançıların görüşlərinə daha çox maraq göstəriblər. Gərgin idman mübarizəsi şəraitində keçən döyüşlərdə Kamran Allahverdiyev (60 kiloqram, Naxçıvan) Uğur Həmzəyevdən (Sədərək), İbrahim Cəfərzadə (Naxçıvan) Fəxri Qazıbəy­ovdan (64 kiloqram, Culfa), Ülvü İbrahim­ov (69 kiloqram, Ordubad) Nihad Hacıyevdən (Babək), Yuris Allahverdiyev (75 kiloqram, Naxçıvan) Rasim Rzayevdən (Şərur), Zəfər Ağamalıyev (81 kiloqram, Naxçıvan) Nural Zamanovdan (Culfa) və Orxan Əliyev (91 kiloqram, Naxçıvan) Fərid İbrahimlidən (Naxçıvan) üstün olaraq muxtar respublika turnirinin qalibi olublar.
Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar. Mükafatları Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədri Məhərrəm Talıbov, Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov, təhsil naziri Məmməd Qəribov, Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev, Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov və Basketbol Federasiyasının sədri Mahir Əliyev təqdim edib.

Ceyhun Məmmədov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3865086
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
12193
14815
27008
319303
3865086

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter