25 İyun 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Atıcı­lıq Mərkəzində “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnöv­çülüyü üzrə muxtar respublika çempionatı keçirilib. Yarışı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti birgə təşkil edib.
Yarışın keçirilməsində məqsəd muxtar respublikanın bədən tərbiyəsi və idman kollektivlərində “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyünün təbliğ edilməsi, çağırışyaşlılar və çağırışaqədərki yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması və gənclərin orduda xidmət etməsi üçün fiziki hazır­lıq səviyyəsinin yüksəldilməsindən ibarət olub.

Yarışda 8 komanda mübarizə aparıb. Yarış 5 növ üzrə – 100 metr məsafəyə qaçış, pnevmatik tüfəngdən atıcılıq, 100 metr məsafəyə üzmək, turnikdə dartınmaq və 2000 metr məsafəyə kross qaçışı üzrə keçirilib.
Yekun nəticələrə əsasən, 646 xal toplayan Şərur rayon Oğlanqala kənd tam orta məktəbinin komandası qalib adını qazanıb. 573 xalla Babək rayon Payız kənd tam orta məktəbinin komandası ikinci, 554 xalla Ordubad rayon Xanağa kənd tam orta məktəbinin komandası üçüncü yerə layiq görülüb.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kubok və diplomları, Təhsil Nazirliyinin diplomları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəxri fərmanları təqdim olunub.
Qeyd edək ki, Şərur rayon Oğlanqala kənd tam orta məktəbinin komandası aprelin 26-30-da Mingəçevir şəhərində keçiriləcək “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Azərbaycan çempionatında muxtar respublikanı təmsil edəcək.

Ceyhun Məmmədov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3001602
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11767
14562
113882
437069
3001602

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter