24 Sentyabr 2020, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə XV Naxçıvan Muxtar Respublika çempionatında 7-ci turun oyunlarına yekun vurulub.
“Araz-Naxçıvan” komandası bu turda Naxçıvan Dövlət Universitetinin komandasının qonağı olub. Gərgin keçən görüş “qırmızı-ağlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. İkinci yerin sahibi “DİN-Darıdağ” FK növbəti üç xalını minimal hesablı qələbə sayəsində qazanıb. Səfərdə “Babək” komandasının qonağı olan “DİN-Darıdağ” 1:0 hesablı qələbə ilə meydanı tərk edib. Cari mövsümdə sürpriz nəticələrə imza atan “Kəngərli” komandası bu turda məğlubiyyətlə üzləşib. Doğma arenada “Batabat”ı qəbul edən Kəngərli təmsilçisi meydandan 2:5 hesablı məğlubiyyətlə ayrılıb. Bu, Şahbuz komandasının cari mövsümdə qazandığı 5-ci qələbə olub. Rəqiblərinə nisbətən bir oyun az keçirən “Arpaçay” komandası azarkeşləri önündə “Dübəndi” komandasını sınağa çəkib. Çətinlik çəkmədən 7:2 hesablı qələbəni bayram edən şərurlular turnir cədvəlindəki mövqelərini qoruyublar.
Autsayderlər qrupunda qərarlaşan “Əlincə” isə “Sədərək” komandasını qəbul edib. Gərgin keçən görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1. Bu qələbə Culfa təmsilçisinin turnir cədvəlindəki mövqeyini bir qədər yaxşılaşdırıb.

Məhsuldar futbolçular siyahısında isə dəyişiklik yoxdur. “Arpaçay” komandasının futbolçusu Hüseyn Əliyev 10 qolla siyahıya başçılıq edir. “Araz-Naxçıvan”ın hücumçusu Tağı Seyidov və “Batabat” komandasının futbolçusu Samir Kərimov hərəyə 8 qolla 2-ci və 3-cü yerləri bölüşürlər.

Qeyd: S – sıra, O – oyun, Q – qələbə, H – heç-heçə, M – məğlubiyyət, T/F – top fərqi, X – xal.

  Ceyhun Məmmədov

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR