05 Aprel 2020, Bazar

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Futzal Federasiyasının təşkilatçılığı ilə keçirilən futzal üzrə Azərbaycan Kubokunda 1/16 final mərhələsinin oyunlarına yekun vurulub.
İlk dəfə olaraq ölkə kubokunda Naxçıvan Futzal Liqasının iki komandası da mübarizə aparıb. Muxtar respublikamızı kubok oyunlarında “Badamlı” və “Nəqşicahan” futbol klubları təmsil ediblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən gənclərlə iş, eləcə də idmanın kütləviliyinə nail olunması istiqamətində tədbirlər yanvar ayında da davam etdirilmişdir. Belə ki, ötən ay gənclərin Xatirə Muzeyinə ekskursiyası təşkil olunmuş, Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında “Xəmsə” milli intellektual oyunu, kitab müzakirələri, “Beynəlxalq turizm modeli Naxçıvanda” adlı seminar keçirilmişdir. Həmçinin sağlamlıq imkanları məhdud uşaqlara animasiya filmi nümayiş olunmuş, muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən gənclərin mükafatlandırılması tədbiri, Şərur rayonunda futbol hakimləri üçün təlim-məşq toplanışı təşkil edilmişdir.
Ötən ay gənclər arasında idmanın kütləviliyinə nail olmaq məqsədilə şahmat, sərbəst güləş, voleybol, basketbol üzrə birinciliklər, yoldaşlıq görüşləri, Naxçıvan Futzal Liqasında 13-cü turun oyunları keçirilmişdir.
Yanvar ayında idmançılarımız yüksək nəticələr əldə edərək Azərbaycan birinciliyində 4, beynəlxalq turnirlərdə 14 medal qazanmışlar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Dövlət proqramı Naxçıvanda bu sahənin inkişafına yeni nəfəs verəcək

Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət də kökündən dəyişdi, bu sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi, Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması, olimpiya hərəkatına qoşulması geniş vüsət aldı.  Qısa zaman kəsiyində həyata keçirilən mühüm tədbirlər nəticəsində idmançılarımız böyük qələbələrə imza atdılar. Ölkənin bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı zəruri məsələlərdən birinə çevrildi.

Ardını oxu...

Dövrümüzdə dinamik şəkildə aktivləşən və beynəlxalq iqtisadiyyata inteqrasiya edən turizm sisteminin qurulması Azərbaycanda sosial həyatın başlıca məsələlərindən biridir. Müasir dövrdə dünyada bir sıra ölkələr iqtisadiyyatlarını gücləndirmək, davamlı inkişafa nail olmaq üçün turizmin müxtəlif sahələrindən istifadə edirlər. Hazırda idman iqtisadiyyatın əsas gəlir gətirən sahələrindən biri hesab edildiyindən idman turizminə də xeyli üstünlük verilir. İqtisadiyyatın “gənc sahəsi” olan idman turizmi önəmli bir qeyri-neft sektorudur. Müasirləşmə və əhəmiyyətli dəyişikliklər idman sektorunda da müəyyən yeniliklərin ortaya çıxmasına zəmin yaradıb.

İdman turizmi və növləri

Qısa olaraq idman turizmi barədə: Müasir dövrümüzdə idmana marağın artmasına səbəb onun azad rəqabət, mübarizə şəraitində həyata keçirilməsi, eyni zamanda bu sahənin “sülhün carçısı” adlandırılmasıdır. İdman sayəsində dövlətlər, xalqlar arasında münasibətlərin yaxşılaşması ilə ölkədən-ölkəyə səfər edənlərin də sayı artıb. Bu da idman turizmi anlayışını gündəmə gətirib.

Ardını oxu...

Bakı şəhər Şağan Olimpiya İdman Kompleksində Minbulaq Hüseynovun xatirəsinə həsr olunmuş 2005-2006-cı illər təvəllüdlü idmançılar arasında sərbəst güləş üzrə IV açıq respublika turniri keçirilib.

Ardını oxu...

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR