15 Noyabr 2019, Cümə

Xəbər verdiyimiz kimi, şahmatçılarımız Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının sədri Seymur Talıbovun rəhbərliyi ilə Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşa qədər şahmatçıların Dünya Şahmat Olimpiadasında iştirak ediblər. Azərbaycan komandası olimpiadanın qalibi olub. Komandamızın üzvü Aydın Süleymanlı fərdi nəticələrinə əsasən ikinci lövhədə ən çox xal toplamaqla qızıl, Əhməd Əhmədzadə isə üçüncü lövhədə gümüş medala layiq görülüblər. Yığmamız 16 xalla Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrinin təmsilçilərini geridə ­qoyub.

Ardını oxu...

1-3 noyabr tarixlərdə Makedoniyanın Skopiya şəhərində karate idman növü üzrə XI Avropa çempionatı keçirilib. Çempionatda 20 Avropa ölkəsindən 1500 nəfər idmançı iştirak edib. Onlar 3 kateqoriya üzrə (WKF, Şobu Nihon və Şobu Sanbon) mübarizə aparıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Futbol Federasiyasının birgə təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın veteran futbolçuları arasında yoldaşlıq görüşü keçiriləcəkdir.
Görüşün keçirilməsində məqsəd Dövlət Bayrağı Gününün qeyd olunması, muxtar respublikada futbol idman növünün kütləviliyinin və inkişafının təmin edilməsidir. Noyabrın 9-da Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək oyunda “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun veteran futbolçuları ilə Azərbaycan Futbol Veteranları İttifaqının üzvləri qarşı-qarşıya gələcəklər. Qeyd edək ki, oyun saat 1500-da baş tutacaqdır.


Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Bakı şəhəri “Elektra Events Hall”da bikini fitness və mens fizik üzrə Azərbaycan Kuboku, klassik bodibildinq və bodibildinq üzrə Azərbaycan çempionatı keçirilib.
Çempionatda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon ağır atletika bölməsinin üzvü Hakim İsayev də iştirak edib. İdmançımız uğurlu nəticə göstərərək bürünc medal qazanıb.
Sonda idmançımız təşkilatçılar tərəfindən diplom, ­medal və kubokla təltif edilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

16 yaşa qədər şahmatçıların Dünya Şahmat Olimpiadasında artıq üç tur geridə qalıb.
İlk turda “Azərbaycan-Naxçıvan” komandası qazaxıstanlı şahmatçılarla qarşılaşıb və məğlub olublar. İkinci tur isə komandamız üçün uğurlu alınıb. Bu turda Xəzər Babazadə, Sadiq Məmmədov, Sadiq Qarayev və Ərturanlı İsmayılovdan ibarət yığmamız Tailand komandası ilə qarşılaşıb və 3,5-0,5 hesabı ilə qalib gəlib.
Növbəti turda komandamızın rəqibi Türkiyənin qızlardan ibarət millisi olub. Şahmatçılarımız bu turda 3:1 hesabı ilə qalib gəliblər. Hazırda komandamız qazandığı qələbələrin sayına görə 48 komanda arasında 18-ci pillədə qərarlaşıb.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR