22 Oktyabr 2020, Cümə axşamı

Naxçıvan Dövlət Universitetində tələbələr üçün seminar-treninq keçirilib.
Sonra universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov çıxış edərək bildirib ki, ali təhsil ocağında keçirilən hər bir məşğələ tələbələrin müxtəlif idman növü üzrə təcrübələrinin artırılmasına və asudə vaxtlarının səmərəli təşkilinə yönəlib.

Ardını oxu...

İtaliyanın “Yuventus” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo koronavirusa yoluxub.

 Portuqaliya Futbol Federasiyasına istinadla xəbər veririk ki, hücumçunun testi müsbət nəticə verib. Təcrübəli forvard karantinə alınıb.

Beləliklə, Ronaldo oktyabrın 14-də UEFA Millətlər Liqası çərçivəsində İsveçdə keçiriləcək matçı buraxacaq.

Sentyabrın 27-də futbol üzrə Türkiyə çempionatının üçüncü turunda İstanbul derbisi oynanılıb.

Günün mərkəz qarşılaşmasında “Qalatasaray” öz meydanında “Fənərbağça” komandasını qəbul edib.

Ardını oxu...


Futbol Federasiyası bu ənənəni davam etdirəcək

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bu gün Naxçıvanda idman ən yüksək səviyyədə inkişaf etməkdədir. “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirələrdə və “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nda bu sahənin inkişafı ilə bağlı qarşıya konkret məqsədlər qoyulub. Dövlət proqramına uyğun olaraq muxtar respublikaya təcrübəli məşqçilərin dəvət edilməsi, məşqçilərə təlimlərin, idmançılara nümunəvi dərslərin təşkili Gənclər və İdman Nazirliyi ilə aidiyyəti qurumların diqqət mərkəzindədir. Son olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə “C” kateqoriyalı məşqçilik kursunun keçirilməsi bunun bariz nümunəsidir. Şərur Olimpiya İdman Kompleksində AFFA-nın Maarifləndirmə şöbəsinin rəhbəri Aslan Kərimov, təlimatçılardan Osman Rəhimov və İlham Əzizzadənin iştirakı ilə təşkil olunan kursda muxtar respublikanın müxtəlif bölgələrindən 15 məşqçi iştirak edir.

Hədəflərinə doğru irəliləyən gənclər

Bu kurs digərlərindən öz missiyasına, əhatə dairəsinə görə çox fərqlənir. Ümumiyyətlə, futbol sahəsində çalışanların vəzifəsi, məsuliyyəti daha ağır olur. Onlar Azərbaycan futbolunun inkişafı, gələcəyi naminə karyeralarını daim təkmilləşdirən şəxslərdir. Əsas məqsədləri istedadlı kadrlar hazırlayıb futbolumuza öz töhfələrini verməkdir. Futbol mütəxəssislərinin dediyi kimi: “Məşqçi olmur, məşqçi doğulur”. Bu şərəfli missiyanı üzərlərinə götürən məşqçilərlə söhbətləşmək, kursun iş prinsipləri ilə maraqlanmaq üçün Şərur rayonuna yollandıq.

Ardını oxu...

UEFA 2019-2020-ci il mövsümünün ən yaxşı futbolçusu və baş məşqçisi adına namizədləri açıqlayıb.

UEFA-nın saytına istinadla xəbər veririk ki, ən yaxşı futbolçu adına namizədlər arasında üç futbolçu – yarımmüdafiəçi Kevin De Brüyne (Mançester Siti), hücumçu Robert Levandovski və qapıçı Manuel Noyer (Bavariya) yer alıblar.

Kevin De Brüyne ötən mövsüm Premyer Liqada 20 məhsuldar ötürmə verib və 13 qol vurub.

Ardını oxu...

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR