19 Fevral 2020, Çərşənbə

Aprelin 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Babək rayonunda “Dövlət qulluqçularının etik davranış qaydaları” və “Dövlət orqanlarında kadrlarla iş” mövzularında səhər və günün ikinci yarısında seminarlar keçirilib.
Seminarlarda komissiyanın sədri Etibar Musa­yevin, şöbə müdiri Rafiq Nəcəfovun, sektor müdiri Arzuman İmanovun çıxışları olub. Çıxışlarda qeyd edilib ki, 31 may 2007-ci il tarixdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanun dövlət qulluqçuları üçün etik davranış qayda və prinsiplərini, həmçinin onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Qanunun birinci maddəsində qeyd olunur ki, etik davranış qaydaları dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir. Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur.

Ardını oxu...

Aprelin 28-də Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında görkəmli oftalmoloq-alimin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə akademik Zərifə xanım Əliyevanın poliklinikanın foyesindəki büstü önünə gül dəstələri qoymuş, onun xatirəsinə həsr olunmuş guşədə alimin həyat və fəaliyyətini əks etdirən maraqlı foto və kitablarla, həmçinin tanınmış insanların görkəmli oftalmoloq-alim haqqında fikirləri ilə tanış olmuşlar.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov açaraq qeyd etmişdir ki, Naxçıvan Şəhər Poliklinikası 1990-cı ildən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Ümummilli lider Heydər Əliyev 1990-cı və 1999-cu illərdə poliklinikada olmuş, görkəmli alimin büstünün və xatirəsinə həsr olunmuş guşənin açılış mərasimində iştirak etmişdir. 2012-ci ilin mayında ölkə Prezidenti cənab İlham Əliyev Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poli­klinikasının yeni binasının açılışında iştirak etmişdir. Akademikin adını daşıyan səhiyyə müəssisəsində işləmək hər bir tibb işçisinin üzərinə böyük məsuliyyət qoyur. Milli oftalmologiyanın banisi akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolu, misilsiz xidmətləri, apardığı tədqiqatlar əsl təcrübə məktəbidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının 90 yaşı tamam olur

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda geniş qeyd olunur. Dünyanın müxtəlif ölkələrinin qəzet və jurnallarında muxtar respublika haqqında yazılar dərc olunur, xəbər portallarında, internet saytlarında məqalələr, məlumatlar yerləşdirilir. Bu yaxınlarda Rusiyanın “Moskovskiy komsomoleç” (“Moskva komsomolçusu”) elektron qəzetində Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş konsulu Sultan Qasımovun Naxçıvan haqqında məqaləsi işıq üzü görmüşdür. Həmin yazının tərcüməsini oxucularımıza təqdim edirik.

Ardını oxu...

Aprelin 24-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Naxçıvan Muxtar Respublikası” elektron portalının yenilənmiş variantının və onun ingilis dilində yaradılmış versiyasının təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirin iştirakçıları əvvəlcə kitabxananın internet resursları zalında Naxçıvanın tarixinə, mədəniyyətinə, iqtisadiyyatına aid 50-yə yaxın Azərbaycan, türk, ingilis və rus dillərində elektron kitabların CD-ləri ilə tanış olmuşlar. Naxçıvan tarixinin müxtəlif dövrlərini özündə əks etdirən 40-a yaxın arxiv sənədinin surəti, muxtar respublika ilə bağlı 100-dən artıq dissertasiyanın avtoreferatları və müxtəlif dillərdə çap olunmuş 200-dək kitab da qonaqların marağına səbəb olmuşdur.
Daha sonra tədbir konfrans zalında davam etdirilmişdir. Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi ilə əlaqədar həyata keçirilən tədbirlər planı çərçivəsində hazırlanan internet portalının ərsəyə gəlməsində muxtar respublikanın Bakı şəhərindəki Daimi Nüma­yəndəliyinin verdiyi informasiya dəstəyi xüsusi rol oynamışdır.

Ardını oxu...

Aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iclas salonunda “Azərbaycan arxeologiya və etno­qrafiya elmlərinin inkişafında Naxçıvan məktəbi” mövzusunda elmi konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi ilə əlaqədar həyata keçirilən tədbirlər planı çərçivəsində baş tutan elmi konfransı giriş sözü ilə açan AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova Azərbaycanın tərkib hissəsi olan Naxçıvan diyarının tarixi və arxeoloji abidələrlə zəngin olduğunu diqqətə çatdırmışdır. Vurğulamışdır ki, Daş dövrünə aid qədim insan düşərgələri, Neolitdən Son Tunc dövrünə qədər tarixi-mədəni inkişafın öyrənilməsində etalon abidələr sayılan qədim yaşayış yerləri, şəhər yerlərinin müdafiə tikililəri və memorial abidələr tariximizin bütün dövrlərinin öyrənilməsi üçün əvəzolunmaz informasiya mənbəyidir.

Ardını oxu...

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR