27 May 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

May 2018
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik strategiyası və varislik” mövzusunda elmi-praktik konfrans keçirib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov “Ulu öndər Heydər Əliyev, Yeni Azərbaycan Partiyası və varislik” mövzusundakı çıxışında bildirib ki, şəxsiyyətlər tarixi yaradır və bu proses qanunauyğun şəkildə cəmiyyətin sonrakı inkişaf proseslərinə təkan verir. Bu şəxsiyyətlərin içindən elə parlaq dühalar çıxır ki, onların ictimai-siyasi fəaliyyəti və siyasi irsi hələ sağlığında millət və cəmiyyət üçün aktual olur. Yeni Azərbaycan Partiyasının banisi, müstəqil Azərbaycan Respublikasının xilaskarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev də məhz belə dahi şəxsiyyət­dir. Onun müəllifliyi ilə partiyanın 6 prinsipi: müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq və vətənçilik, varislik və yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri 1993-cü ildən etibarən, bütövlükdə, dövlətin ideoloji bünövrəsi rolunda çıxış etməyə başlayıb.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının iştirakçılarının Naxçıvan şəhərindəki tarixi abidələrə və mədəniyyət müəssisələrinə gəzintiləri təşkil olunub.
Mayın 2-dən başlayaraq festival iştirakçıları Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayı, Rəsm Qalereyası, Dövlət Bayrağı Meydanı və Muzeyi, Naxçıvan Dövlət Tarix, Bəhruz Kəngərli muzeyləri, Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksi, həmçinin “Naxçıvanqala” Tarix-­Memarlıq Muzey Kompleksində olublar. Onlara tarix və mədəniyyət abidələrimiz haqqında ətraflı məlumat verilib.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində azyaşlı festival iştirakçıları və onların valideynləri ilə həmsöhbət olduq.
8 yaşlı şahmatçı Ömər Qədirli bu festivalda ilk dəfə iştirak etdiyini bildirdi. “İştirak etdiyim hər üç oyunda qələbə qazanmışam. Ümidvaram ki, festivalda yüksək nəticə əldə edəcəyəm”, – deyən Ömər Qədirli qarşıdakı illərdə də təşkil olunacaq yarışlarda iştirak etmək arzusunda olduğunu vurğuladı.
Dövlət Bayrağı Meydanı və Muzeyi ilə tanışlığı barədə də danışan balaca şahmatçı burada Azərbaycanın qədim dövlətçilik tarixini əks etdirən çoxsaylı tarixi nümunələrə maraqla baxdığını dedi.

Ardını oxu...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının növbəti məşğələsi ­keçirilib.
Sayca iyirmi beşinci məşğələni giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov dahi rəhbərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan danışıb. Vurğulanıb ki, əsrlərdən bəri xalqımızın ürəyində yaşayan arzular ulu öndər Heydər Əliyevlə reallaşıb. Ümummilli lider özünün də dediyi kimi, ömrünü Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etdirilməsinə sərf edib. Bu dahi şəxsiyyət Azərbaycana, sözün əsl mənasında, artan güc, tükənməz qüdrət, əbədi müstəqillik qazandırıb. Müasir Azərbaycan ulu öndərin reallaşan arzusunun ifadəsinə çevrilib.
“Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə və bu idealın gerçəkləşdirilməsi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin ictimai­-siyasi fəaliyyətinin bütün dövrlərində özünü əyani şəkildə göstərir. Azərbaycanın milli maraqlarının, milli-mənəvi dəyərlərinin, coğrafi bütünlüyünün, tarixi yaddaşının, milli məfkurəsinin qorunması naminə son dərəcə ağır və çətin dönəmlərdə həyata keçiri­lən işlər dahi rəhbərin dövlət müstəqilliyimizin bərpası və xilası naminə çoxşaxəli fəaliyyətinin tərkib hissəsidir.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, Bursa Bölgə Dövlət Simfonik Orkestrinin kollektivi Naxçıvan Muxtar Respublikasına qastrol səfərinə gəlib. Səfər çərçivəsində onlar qədim diyarın bir çox gəzməli-görməli yerləri ilə tanış olublar. Orkestr üzvləri ilə görüşüb həmsöhbət olduq, qonaqlardan bir neçəsinin Naxçıvanla bağlı təəssüratlarını öyrəndik:
Yalçın Adıgözəlov – orkestrin dirijoru, Azərbaycan Respublikasının Xalq artisti: – Bu, Bursa Bölgə Dövlət Simfonik Orkestrinin Azərbaycana ilk qastrol səfəridir. Səfərin Naxçıvandan başlanması heç də təsadüfi deyil. Çünki Nuhun vətəni sayılan qədim diyar həm də Türk dünyasının böyük tarixi-mədəni mərkəzlərindəndir. Bu yurd tarix səhnəsinə neçə-neçə qəhrəman igidlər, vətənpərvər el­oğulları, böyük mütəfəkkirlər, elm adamları, ictimai-siyasi xadimlər bəxş edib. Məhz dahi rəhbər Heydər Əliyevin də bu diyarda dünyaya gəlməsi, siyasi fəaliyyətinin daim Naxçıvanla bağlı olması qastrol səfərinin ilk olaraq buradan başlanmasını şərtləndirən əsas amil oldu.
Onu da qeyd edim ki, mən dəfələrlə Naxçıvana gəlmişəm və sevindirici haldır ki, hər gəlişimdə buranın daha da ­gözəlləşdiyinin şahidi oluram. Ən çox diqqətimi çəkən yüksək qonaqpərvərlik, Naxçıvan şəhərinin səliqə-sahmanı, küçələrin təmizliyi oldu. Bir sözlə, Naxçıvanda olmaq mənə xüsusi zövq verdi. Gəzintinin təşkilində əməyi keçən hər kəsə minnətdaram.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə 1996-cı ildə Naxçıvan şəhərində keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumundan sonra elm sahəsində başlanan inkişaf özünü aparılan elmi-tədqiqat işlərində, yeni monoqrafiya və kitabların nəşrində də göstərir. Ötən dövr ərzində Naxçıvanın tarix və mədəniyyətinin müxtəlif problemləri ilə əlaqədar çoxlu ümumiləşdirici əsərlər, məqalələr hazırlanıb, kitablar, monoqrafiyalar nəşr etdirilib. Bu günlərdə Azərbaycanşünaslığın tərkib hissəsi olan Naxçıvanşünaslıq elmi xəzinəsi yeni bir sanballı əsər ilə, akademik İsmayıl Hacıyevin uzun illərdən bəri apardığı gərgin və səmərəli tədqiqatların məhsulu olan “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” monoqrafiyası ilə zənginləşib.

Azərbaycan dövlətçilik tarixində Naxçıvanın yeri və rolu məsələsinin əhəmiyyətini və aktuallığını nəzərə alan akademik bu mövzunu keçən yüzilliyin 90-cı illərində elmlər doktorluğu dissertasiyası üçün tədqiqat obyekti seçərək hazırladığı dissertasiyanı 1999-cu ildə uğurla müdafiə edib. Həmin vaxtdan ötən dövr ərzində Azərbaycan dövlətçilik tarixi, Naxçıvanın bu prosesdə rolu və mövqeyinə dair əlavə tədqiqatlar aparılıb, bir sıra nəticələr əldə olunub. Müasir dövrdə dövlətçilik tarixinə artan maraq və aparılan tədqiqatlar kontekstində Azərbaycan dövlətçiliyi, onun xüsusi istiqaməti kimi bu prosesdə Naxçıvanın rolu məsələsi bu gün də aktual olaraq qalmaqdadır. Bunu nəzərə alan müəllif yenidən bu mövzuya müraciət edərək çox dəyərli bir monoqrafiya hazırlayıb.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2484018
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3339
4918
43640
179846
2484018

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter