26 Sentyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Qədim diyarımız Naxçıvan. Bu gün bu diyar Azərbaycanın ən böyük tarixi şəxsiyyəti, xalqımızın ümummilli lideri Heydər Əliyevin, mütəfəkkirlərin, görkəmli sərkərdələrin, dahi söz korifeylərimizin arzularının reallaşdığı möhtəşəm bir məkandır. Ulu öndər ideyalarına böyük sədaqət nümayiş etdirən, ondan güc alan, görkəmli dövlət xadiminin göstərdiyi yolla qətiyyətlə irəliləyən, günü-gündən inkişaf edən, Şərqin qapısında məğrur dayanan, düşmənə gözdağı olan Naxçıvan bu gün vətənpərvərlik nümunəsinə çevrilib. Naxçıvanda həyat elə qurulub ki, yaxın və uzaq ölkələrdən buraya gələnlər ideal bir məkanda olduqlarını görürlər. Təəccübləndiklərini də gizlətmirlər ki, doğma Vətəndən cismən ayrı düşmüş bir məmləkətdə qısa zaman kəsiyində bu miqyasda inkişafa necə nail olunub? Bütün bu nailiyyətlər Azərbaycan Prezidentinin tövsiyə və tapşırıqlarını dərhal, həm də ən yüksək səviyyədə yerinə yetirən Vətənə sədaqətli naxçıvanlıların fədakarlığı sayəsində reallaşıb. 

Naxçıvanda bütün məsələlərə yalnız ədalətli yanaşmanın şahidi olursan. Nizam-intizam isə həyatın ayrılmaz tərkib hissəsidir. Bir çoxlarımızın mümkünsüz hesab etdiyi məsələ məhz burada gerçəkləşib: insanların şüurunda, müsbət mənada, inqilabi dəyişiklik baş verib. Hər kəs qanunlara sözsüz əməl etməyin əhəmiyyətini anlayır, Vətən üçün faydalı olan işlərə can atır, faydasız işlərlə məşğul olmaq istəyənlər dərhal ciddi ictimai qınaqla qarşılaşır. Burada ətraf mühitin, təmizliyin qorunmasına, insana həyat bəxş edən yaşıllıqların salınmasına, onlara vaxtında qulluq göstərilməsinə xüsusi diqqət yetirilir. Naxçıvanlılar Vətənə, xalqa, dövlətə, dövlətçiliyə, ulu öndərə, ölkə Prezidentinə, muxtar respublika rəhbərinə dərin sədaqətləri ilə seçilirlər.

Ardını oxu...

Muxtar respublikanın sürətlə inkişaf edən rayonlarından biri də Şərurdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonun inkişafını yüksək qiymətləndirərək deyib: “Şərur rayonunda bütün sosial məsələlər həllini çox uğurla və keyfiyyətlə tapır, sosial infrastrukturun yaradılması sürətlə gedir”.
Bunu Şərur rayonunun dağ və sərhəd kəndi olan Axuranın timsalında da görmək olar. Yolumuz dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən, aparılan quruculuq işlərindən sonra müasir görkəmə qovuşan, yeniləşmiş dağ kəndlərimizin sırasına daxil olan Axura kəndinədir. Bu yaşayış məntəqəsində hər yer yaşıllığa qərq olub, ağaclar barlı-bəhərlidir.
Ana təbiət yenidən öz qucağını ona pənah gətirən insanlara açıb. Torpaq sahibkarları əlverişli hava şəraitindən istifadə edərək bu ilin yazında bünövrəsini qoyduqları bol məhsulu toplamaqla məşğuldurlar. Bəli, yaşıllıqlara qərq olmuş Axura ilin bu vədəsində öz görkəmi ilə şəhərin istisindən “qaçıb” kəndə gələn hər kəsdə xoş duyğular oyadır.
Bu gün muxtar respublikamızın bütün yaşayış məntəqələri yüksək dövlət qayğısı əhatəsindədir. Yolların abadlaşdırılması, təhsil, mədəniyyət və tibb müəssisələri üçün yeni binaların, kənd və xidmət mərkəzlərinin tikilməsi nəticəsində yurd yerlərimizin görkəmi tamamilə dəyişilir. Belə genişmiqyaslı tədbirləri həyata keçirməkdə dövlətimizin əsas məqsədi ondan ibarətdir ki, şəhərlə kənd arasındakı fərq aradan qaldırılsın, kəndlərimiz gözəlləşsin, ayrı-ayrı sahələrdə çalışanlar üçün nümunəvi iş şəraiti yaradılsın, əhalinin maddi rifah halı yaxşılaşdırılsın. Eyni zamanda aqrar bölmə inkişaf etdirilsin, daxili bazarda daim məhsul bolluğu olsun.

Ardını oxu...

Əvvəlcə konsertin aparıcısı, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru Zakir Fətəliyev “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının keçdiyi inkişaf yolu haqqında məlumatı diqqətə çatdırıb.
Vurğulanıb ki, sərhəd qoşunlarının peşəkar milli zabit kadrları ilə formalaşmasında, onlara yüksək xidmət və məişət şəraitinin yaradılmasında, hərbi potensialının artırılmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri olub, sərhəd qoşunları dövlət sərhədlərinin etibarlı mühafizəsini təşkil etməyə qadir olan mütəşəkkil bir quruma çevrilib.
Azərbaycan Respublikası Sərhəd Qoşunlarının formalaşmasında ulu öndərin siyasi fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövrü müstəsna əhəmiyyətə malikdir. Sərhəd qoşunlarının formalaşması və inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bu gün muxtar respublikamızda da uğurla davam etdirilir, maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır, hərbi qulluqçulara yüksək dövlət qayğısı göstərilir.
Konsertdə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi orkestri zəngin repertuarla çıxış ediblər. Müstəqil Azərbaycanımıza, ordumuza, sərhəd qoşunlarına həsr olunan mahnı və marşlar alqışlarla qarşılanıb, sərhədçilərimizdə xoş əhval-ruhiyyə yaradıb.

 Səbuhi HÜSEYNOV

1993-cü il avqustun ortalarında havadarlarına arxalanan erməni silahlı qüvvələrinin genişmiqyaslı hücumu bir həftə sonra, ayın 23-də Cəbrayıl və Füzuli rayonlarının işğalı ilə nəticələndi. Hər iki rayonun maddi və mədəni sərvəti və təbii ehtiyatları talan edildi, vəhşicəsinə dağıdıldı, dünya növbəti dəfə erməni vandalizminin şahidi oldu. 

Füzuli

Həmin gün Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən viran qoyulub, 55 min nəfərə yaxın sakin doğma yurdundan didərgin salınıb. Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. 1386 kvadratkilometr ərazisi olan rayonun əhalisi işğala qədər 105 min nəfərdən çox idi.
Əsası 1827-ci ildə qoyulan, ilkin adı Qarabulaq olan rayon böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli rayonu adlandırılıb. Ərazisindəki Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə müxtəlif dövrlərdə tədqiqatlar aparılıb, Azərbaycan xalqının qədim köklərə sahib olduğu sübut edilib. 1968-ci ildə aşkar olunmuş Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 kilometr aralı məsafədə yerləşən Azıx mağarasında tapılıb. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə rayon ərazisində vaxtilə qədim Paleolit dövrünün mövcudluğunu aşkarlamaqdadır.

Ardını oxu...

Gənclik bir millətin gələcəyi, inkişafı üçün başlıca faktordur. Millətin mövcudluğu üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük əhəmiyyət daşıyıb.

Müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında ulu öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilən Azərbaycan Gənclərinin ­I Forumunun rolu xüsusi qeyd edilməlidir. 1996-cı il fevralın 2-də keçirilən forum ümummilli liderin gəncliklə bağlı strategiyasının ilk təntənəsi oldu.
Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə yüksək nəticələr qazanırlar.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4404577
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
17852
13363
31215
392941
4404577

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter