26 Aprel 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Aprel 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində keçilən açıq dərsdə Babək rayonunun Məmmədrzadizə və Qaraqala kənd tam orta məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.
Açıq dərsdə Məmmədrzadizə kənd tam orta məktəbinin tarix müəllimi Zakir Orucov ulu öndərimizin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğıdan danışıb.
Zakir Orucov deyib ki, mədəniyyət tarixi sahəsində aparılmış tədqiqatlar və qazanılmış təcrübə sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli-mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri və özünəməxsusluğu ilə seçilməkdədir. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan xalqı əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilib.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı rayonun Yaycı kəndindəki Soyqırımı abidəsinin önündə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirmişdir. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, abidə ətrafında iməcilik keçirilmişdir.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov açaraq məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Azərbaycanlıların kütləvi surətdə qətlə yetirilməsi, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tariximizin ən faciəli və dəhşətli səhifələrindəndir.
1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir.

Ardını oxu...

Dünən Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin 167-ci məşğələsi keçirilib. “Heydər Əliyev dövlətçilik məktəbinin sosial-siyasi və ideoloji əsasları” mövzusunda keçirilən məşğələni giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasında, dinamik inkişafında, dünyada Azərbaycan imicinin və diasporunun formalaşmasındakı misilsiz xidmətlərindən bəhs edib. Qeyd olunub ki, məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycançılıq məfkurəsi müstəqil dövlətimizin ümummilli ideologiyasına çevrilmişdir. Bu gün bu müdrik siyasətin layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan güclü və qüdrətli dövlət kimi inkişaf etməkdədir. Rektor ümummilli liderin anadan olmasının 90 illiyi, 2013-cü ilin Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan olunması ilə bağlı qarşıda duran vəzifələrdən də danışıb.

Ardını oxu...

Müasir dövrdə hər bir dövlətin, xalqın gələcəyi və inkişaf səviyyəsi onun malik olduğu elmi-mədəni potensialla ölçülür. İndiyə qədər bəşər tarixində əbədilik qazanmış dahi şəxsiyyətlərin elmə, elm xadimlərinə münasibəti, bu fəaliyyət sahəsinin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən birinə çevrilmişdir. Bu baxımdan müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətləri də misilsizdir. Elm sahəsində qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm şərti kimi nəzərdən keçirmiş ulu öndərimiz Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, elmimizin qüdrətli hamisi olmuşdur. Azərbaycan elminin inkişafı ulu öndərimizin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində Azərbaycan Elmlər Akademiyası onun böyük təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazanmış, özünün kadr potensialını yaratmış, maddi-texniki bazasını möhkəmləndirmişdir. 

Ardını oxu...

Ulu öndər Heydər ƏLİYEV: Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Xalqımız çoxəsrlik tarixində böyük sınaqlardan keçib. Tariximizin ağır, çətin dövrləri olubdur. İnsanlar ağır günlər, çətin illər yaşayıblar. Ancaq bunlara baxmayaraq, Novruz bayramını heç kəs heç vaxt unutmayıb. Əksinə, Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş, nikbin əhval-ruhiyyə yaradıbdır. Ona görə də bu bayram hər bir azərbaycanlı üçün əziz bayramdır.

Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Sovet imperiyası dövründə üzərinə “dini bayram” damğası vurulub qeyd olunmasına sərt qadağa qoyulan bu əziz bayramın uzun illərin fasiləsindən sonra 1969-cu ildən respublikamızda təntənə ilə qeyd edilməsinə başlanılmışdır. Bu, o vaxt ölkəmizin rəhbəri seçilən ümummilli lider Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, cahanşümul mədəniyyətinə, milli adət-ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürü idi.
Novruzu milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirən, sevinc, həvəs və birləşmə “formulu” kimi səciyyələndirən ümummilli lider Heydər Əliyev çıxışlarının birində bu bayram barədə demişdir: “Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır... Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2277024
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
240
5634
16961
144086
2277024

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter