24 Noyabr 2020, Çərşənbə axşamı

Bu gün Vətən, azadlıq, mübarizə, iradə, əzm, güc, ordu, xalq, birlik, zəfər, qələbə sözlərini tez-tez eşidirik. Bu ifadələrin işlənməsinin ən böyük səbəbkarı isə çoxdan bəri səbirsizliklə gözlədiyimiz Qələbə xəbərini bizə çatdıran Ali Baş Komandanımız cənab ­İlham Əliyev və bu Qələbənin böyük sevincini xalqımıza yaşadan yenilməz Ordumuzdur. Bu qalibiyyətin isə bir səbəbi vardır: Güclü ordu və iqtisadiyyat, Ali Baş Komandan-xalq-ordu birliyi!
Məlum olduğu kimi, bu il sen­tyabrın 27-də Ermənistan hərbi birləşmələri Azərbaycanın Tovuz rayonu istiqamətində təxribatçı hücumlara başladı. Nəticədə, ordumuz tərəfindən bütün cəbhəboyu ərazilərdə əks-hücum əməliyyatları ilə düşmənə layiqli cavab verildi. Tarixə 44 günlük müharibə kimi düşən bu savaşda Azərbaycan Ordusu əsl peşəkarlıq ortaya qoyaraq düşmənin bütün mövqelərini darmadağın etdi və işğal altında olan ərazilərimizin böyük bir hissəsi geri alındı.

Ardını oxu...

Biz daha gözəl evlər ucaldacağıq köksündə,

dünyanın ən gözəl AĞ Damını tikəcəyik səndə


Noyabrın 20 yaddaşlarımıza xoş xəbərlər müjdəçisi olaraq yazıldı.İllərdir həsrətini çəkdiyimiz Ağdamımıza qovuşduq elə həmin gün. Budur Ali Baş Komandanımız İlham Əliyev xalqımıza müraciət edərək dedi: “Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə  çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız  günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin  yeni şanlı tarixini yazırıq. Bu zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik.Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma  torpaqlarına  qaytaraq”.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

 

 

 

Noyabr ayının sonuna qədər Rusiya və Ukrayna vətəndaşlarının Azərbaycandan vətənlərinə qayıtması üçün çarter uçuşlarına başlanması nəzərdə tutulur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən  bildirilib ki, noyabrın 26-dan etibarən “Aeroflot” aviaşirkəti Bakı-Moskva marşrutu üzrə müntəzəm çarter reyslərini həyata keçirməyə başlayacaq. Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Bundan əlavə, “SkyUp Airlines” aviaşirkəti 30 noyabr tarixində Ukrayna vətəndaşlarını vətənə qaytarmaq üçün Bakı-Kiyev çarter reysini həyata keçirəcəkdir.

Qeyd etməliyik ki, yalnız vətəndaşlığı və ya təyinat ölkəsinə giriş hüququ olan, eləcə də koronavirus (COVID-19) testindən keçərək mənfi nəticə alan sərnişinlər uçuşlara buraxılacaqdır.

 

 

 

Avropa Şurasının (AŞ) Baş katibi Xarici İşlər naziri Ceyhun Bayramovun məktubunu cavablayıb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçə ünvanlandığı məktuba cavabında AŞ Baş katibi 9 Noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasını alqışladığını qeyd edib və razılaşmanın icrası ilə əlaqədar vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb.

 

 

 

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR