30 Mart 2017, Cümə axşamı

ARXİV

Mart 2017
Be Ça Ç Ca C Ş B
27 28 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Gənc­lər və İdman, Təhsil nazirliklərinin və Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə liseyin kursantları Xatirə Muzeyini ziyarət ediblər.
Xatirə Muzeyinin direktoru Aynur Məhərrəmova kursantlara muzeyin yaranma tarixindən danışıb. Bildirilib ki, 2014-cü ildə bu mədəniyyət müəssisəsi üçün yeni bina inşa olunub. Muzey binasının Şəhidlər xiyabanı yaxınlığında yerləşməsi onun əhəmiyyətini daha da artırır. Sonra kursantlar muzeydə olan eksponatlarla yaxından tanış olublar. Xatirə Muzeyinin ziyarətçilərinə məlumat verilib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir. Eksponatların xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilməsi ziyarətçilərin muzeylə daha yaxından tanış olmasına imkan yaradır.
Sonda kursantları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 20 Yanvar faciəsinin 26-cı ildönümünün yad edilməsi ilə əlaqədar Naxçıvan şəhərindəki tam orta məktəblərin şagirdlərinin də Xatirə Muzeyinə ekskursiyası təşkil edilir.

Xəbərlər şöbəsi