29 İyun 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Zaman ötdükcə Azərbaycanı inkişafa qovuşduran, müstəqilliyimizi əbədi edən ulu öndər Heydər Əliyev yolunun bəhrələrini bir daha görürük. Ümummilli liderin siyasi xəttini əzmlə davam etdirmək, xalqın işıqlı gələcəyini qurmaq isə, sözün əsl mənasında, əzəmətli dağın zirvəsinə rahat yol salmaq qədər məsuliyyətli və çətin bir işdir. 

Blokada, çətinliklər, quruculuq və inkişaf. Bunlar qədim Naxçıvan torpağının yeni tarix səhifəsindəki ən iri başlıqlarıdır. Hər biri bir kəlmə olsa da, onların arxasında blokada çətinliklərindən yeni imkanların yaradılmasınadək, dağılmış iqtisadiyyatdan güclü iqtisadiyyatın qurulmasınadək, enerji asılılığından enerji təhlükəsizliyinin təmin olunmasınadək, çörək növbələrindən ərzaq təhlükəsizliyinədək və adlarını sadalamadığımız bir çox vəzifələr və onları reallığa çevirən gərgin zəhmət dayanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə inkişafın yeni mərhələsinə qədəm qoyan Naxçıvanda blokada xofu tarixə çevrilmiş və yeni bir eranın – quruculuq və inkişaf dövrünün əsası qoyulmuşdur. Məhz bu illər ərzində təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da nümunə kimi göstərilən inkişafın Naxçıvan modeli yaradılmışdır.
İstifadəyə verilən yüzlərlə təhsil və səhiyyə müəssisəsi, inzibati və yaşayış binaları, abadlığı və gözəlliyi ilə bir-birilə yarışa girmiş kənd yaşayış məntəqələri, tikilən və ya yenidən qurulan məscidlər, bərpa və restavrasiya olunan tarixi abidələr, yenidən qurulan müasir yollar və körpülər, salınan minlərlə hektar yaşıl­lıqlar, yaradılan çoxsaylı istehsal müəssisələri, rahat və müasir nəqliyyat infrastrukturu, dayanıqlı enerji təminatı müasir Naxçıvanın reallıqlarıdır. Ən əsası isə odur ki, bu kompleks inkişaf insanların düşüncəsinə də təsirsiz ötüşməyib. Məsələn, bu diyarın insanları təmizliyə hər zaman diqqət edirlər. Çünki insanlar buna adət ediblər. Bu diyarda cinayət hadisələri, demək olar ki, baş vermir. Çünki insanlar buna meyilli deyillər. Bu diyarda insanlar dini-mənəvi dəyərlərə böyük önəm verirlər, milli dəyərləri yaşadırlar. Çünki bu dəyərlər qarşısında vəzifəsindən və cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, hamı bərabər hesab olunur, milli dəyərlər, xalq sənətkarlığı sahələri qorunub saxlanılır.
Müasir Naxçıvanın inkişafında çox xarakterik xüsusiyyətlər vardır. Əvvəllər Naxçıvanın gözəl bağları, duzu, mineral suları haqda çox deyilmiş, çox yazılmışdır. Bunlar bu gün də vardır. Amma Naxçıvanın şöhrətini hər yerə yayan təbii sərvətlərin bu torpağın əsl sahiblərinə rifah gətirməsi, onların süfrəmizin bəzəyinə, yollarımızın rahatlığına, evimizin istisinə, bir sözlə, milli sərvətimizə çevrilməsi məhz bugünkü inkişafın bəhrəsidir. Naxçıvanda sübut olundu ki, sərmayə qoyulduqda bu torpağın çınqılından, çay daşından tutmuş qızmar Günəşinədək hər bir nemətin dəyəri vardır. Bəli, sən demə, üst-üstə qoyulduqda Naxçıvanın hər daşında bir qala əzəməti, bir qala qüruru var. Məhz xalqın qəlbində bu qüruru yaşatmaq əzmi idi ki, Naxçıvan qaranlıq gecələrdən işıqlı sabahlara çıxdı. Həyata keçirilmiş iqtisadi islahatlar qısa dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olmasını təmin etdi, iqtisadiyyatın dinamik inkişafına təkan verdi. Bunu, sadəcə, bir fakta nəzər yetirməklə təsdiq etmək mümkündür: bu gün muxtar respublikanın inkişafını əks etdirən ümumi daxili məhsul istehsalının həcmi 2 milyard 465 milyon manatı ötüb.
Sənayenin üstün inkişafını nəzərdə tutan müasir iqtisadiyyatın formalaşmasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etməklə rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin yaradılması mühüm əhəmiyyət daşıyır. Mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulması, yeni müəssisələrin yaradılması nəticəsində muxtar respublikada sənaye müəssisələrinin sayı 441-ə çatmışdır. Yeni istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması daxili bazarda məhsul bolluğu yaratmaqla bərabər, muxtar respublikanın ixrac potensialını artırmış, idxalın həcmini isə azaltmışdır. Təkcə 2015-ci ildə muxtar respublikada 316 milyon ABŞ dollarından artıq həcmdə sənaye məhsulu ixrac olunmuşdur. Digər tərəfdən yaranan hər istehsal və xidmət sahəsi onlarla yeni iş yeri deməkdir. Başqa sözlə, bu sahənin inkişafı həm də əhalinin etibarlı məşğulluğuna təminat yaratmışdır. Böyük sənaye və istehsal müəssisələrinin fəaliyyətə başlaması, sahibkarlığın inkişafı ötən 20 ildə 85 min 861 yeni iş yerinin açılmasına, insanların öz kəndində, şəhərində işlə təmin olunmasına imkan vermişdir.
Muxtar respublikada əhalinin etibarlı ərzaq təminatı ilə bağlı qəbul olunmuş mühüm dövlət pro­qramlarının icrası nəticəsində Naxçıvanda ərzaq təhlükəsizliyi tam təmin olunmuşdur. Bu gün muxtar respublikada 361 növdə məhsul istehsal olunur, 343 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Bütün bunlar infrastrukturu çağdaş dünya standartları səviyyəsində yeniləşdirilən Naxçıvan həqiqətləridir. Həqiqət budur ki, tarixin heç bir dönəmində belə geniş, rahat yolları, hər gün, hər ay, hər il sayı artan müasir binaları, memarlıq inciləri, abad küçələri, bağları, parkları, seyrəngahları olmayıb Naxçıvanın. Tarixin heç bir dövründə belə müasir məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları görməyib Naxçıvan. Tarixin heç bir dövründə tutumu min tonlarla ölçülən taxıl anbarları, xüsusi mühafizə olunan təbiət əraziləri, su­tutarları, ixracyönümlü keyfiyyətli məhsullar istehsal edən nəhəng sənaye müəssisələri olmayıb Naxçıvanın. Bəli, Naxçıvan tarixinin heç bir dövründə öz tələbatını yerli istehsal hesabına ödəyə bilməyib, sərhədləri etibarlı qoruyan belə güclü orduya, güclü iqtisadiyyata sahib olmayıb. Həqiqət budur ki, Naxçıvan tarixin heç bir dövründə belə güclü olmayıb.
Naxçıvanda ordu quruculuğuna xüsusi diqqət yetirilir. Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən ordu, birləşmə və hissələri ən müasir hərbi potensiala, vətənpərvər və peşəkar şəxsi heyətə malikdir. İstər Naxçıvan şəhərində, istərsə də dəniz səviyyəsindən 3 min metr yüksəklikdə yerləşən hərbi hissələrdə nümunəvi xidmət şəraiti yaradılmışdır. Əsgər və zabitlərimiz düşmən qarşısında mətin və mübariz dayanmışlar. Muxtar respublikada ordunun gücünü təsdiq edən əsas amillərdən biri də dövlət-ordu-xalq birliyidir. Hərbi qulluqçular həm dövlətimiz, həm də xalqımız tərəfindən hörmət və qayğı ilə əhatə olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında ulu öndərin yolunun uğurla davam etdirilməsi iqtisadi inkişaf göstəricilərinin sosial və humanitar sahəyə də transformasiya etdirilməsinə, muxtar respublikanın regional siyasətdə diqqət mərkəzinə çevrilməsinə səbəb olmuşdur. Əhalinin həyat səviyyəsinin yaxşılaşması məskunlaşmanı artırmış, insanlar öz yurd yerlərinə daha sıx tellərlə bağlanmışdır. Bir faktı qeyd edək ki, ötən il muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 370 min 878 kvadratmetr yaşayış sahəsi tikilmişdir. Yeni mənzillərin tikilməsi kənddə də, şəhərdə də eyni səviyyədə aparılır. Yaradılan müasir infrastruktur, istifadəyə verilən rahat yollar, sosial obyektlər, xidmət sahələri ən ucqar dağ kəndinə də şəhər görkəmi və rahatlığı bəxş etmişdir.
Hər bir diyarın inkişaf səviyyəsini təsdiqləyən mühüm amillərdən biri də onun turizm potensialıdır. Qədim şəhər mədəniyyətinə malik, gözəl təbiəti, tarixi-memarlıq abidələri, zəngin mədəniyyəti, özünəməxsus mətbəxi, müasir inkişafı ilə dünyanın dörd bir tərəfindən gələn insanları valeh edən Naxçıvana hər il 400 minə yaxın turist gəlir. Bu gün artıq Naxçıvan dünya elminə sanballı töhfələr verən müxtəlif konfransların, beynəlxalq əhəmiyyətli idman yarışlarının və görüşlərin keçirildiyi etibarlı bir məkandır. Burada təmin olunmuş sabitlik, insan hüquq və azadlıqlarının qorunması muxtar respublika sakinləri və gələn qonaqlar tərəfindən razılıq hissi ilə qarşılanır.
Əhalidə işgüzar sahibkarlığa meyil, yeni layihələrin reallaşdırılması üçün innovativ təşəbbüslər və təhsilin keyfiyyətindəki yüksək dinamika Naxçıvanın müasir inkişafını xarakterizə edən əsas cəhətlərdəndir. Bu gün Naxçıvanda vətənpərvər, təhsilli və geniş dünyagörüşlü gənclər yetişdirilir. Ali Məclis Sədrinin diqqət və qayğısı ilə dövlət gənclər siyasəti uğurla həyata keçirilir, insan kapitalı yaradılır. Son illər istifadəyə verilən yüzlərlə məktəb binası, idman obyekti, mədəniyyət müəssisəsi, salınan universitet şəhərcikləri bir məqsədə – ölkəmizin gələcəyinin təminatçıları olan istedadlı, bilikli və vətənpərvər gənc nəslin yetişdirilməsinə hesablanıb. Artıq Naxçıvandan ali məktəblərə qəbulda ölkə birincilərinin çıxması heç də təəccübləndirici deyil. Belə ki, təkcə ötən il muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunlarından biri ən yüksək nəticə göstərmiş, 313 abituriyent 500-700 arası bal toplamışdır. Bundan başqa, dövlət qurumları tərəfindən muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri ixtisaslarına uyğun olaraq hamiliyə götürülmüşdür. Nəticədə, Naxçıvanda tələbə-gənclik peşəkar mütəxəssis kimi yetişir, təhsilini başa vurduqdan sonra məşğulluq problemi ilə üzləşmir.
Elm, ədəbiyyat və mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi, milli dəyərlərin və xalq yaradıcılığının yaşadılması istiqamətində görülən işlər böyük əhəmiyyətə malikdir. Tarixi abidələrin bərpası, arxeoloji tədqiqat işlərinin genişləndirilməsi tariximizin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Hər il Naxçıvanın tarixi, mədəniyyəti, ekologiyası, təbii sərvətləri və xalq yaradıcılığından bəhs edən çoxsaylı kitablar nəşr olunur.
Naxçıvanın qədim tarixi vardır. Lakin bu gün həm də Naxçıva­nın yenidən yazılan tarixi vardır. Bəşəriyyətin yaranış dövrünə səs salan Gəmiqayada, Dədə Qorquddan soraq verən Əlincəqalada, orta əsrlər dövrünə çıraq tutan Gülüstanda və bunlar kimi onlarla abidədə aparılan bərpa işləri Naxçıvanın müasir inkişafı ilə vəhdət təşkil edərək tarixə möhtəşəm səhifələr yazır.
Naxçıvanda iqtisadiyyatın bütün sahələrində, eləcə də dövlət idarəçiliyində yeni texnologiyalardan istifadə olunur, elektron hökumət portalı fəaliyyət göstərir. Bu gün Tiviyə, Şadaya, Gömürə, Şahbulağa və bunlar kimi yüzlərlə ucqar dağ kəndlərinə fiber-optik xətt çəkilir. Naxçıvan şəhərində də, ən ucqar dağ kəndində də insanlar sürətli və genişzolaqlı internetdən istifadə edir, rəqəmsal formatda televiziya kanallarını izləyirlər. Yaşayış məntəqələrinin 98 faizində genişzolaqlı, 83 faizində isə simsiz internet xidməti göstərilir.
Bəlkə də, ötən əsrin ağrılı-acılı günlərini yaşayan orta və yaşlı nəslin nümayəndələrinə desəydilər ki, vaxt gələcək Naxçıvanda Günəş Elektrik Stansiyası tikiləcək, daimi işıq, qaz, su, dayanıqlı rabitə xidməti yaradılacaq, beynəlxalq səviyyəli yollar salınacaq, ən ucqar kənddə belə müasir məktəblər istifadəyə veriləcək, ərzaq təhlükəsizliyi və məşğulluq problemi öz həllini tapacaq, onlar, sadəcə, bu deyilənlərin xəyalını qurardılar. Ancaq inkişafın Naxçıvan modeli təsdiq etdi ki, əzmkarlıq, xalq və vətən sevgisi qarşısıalınmaz qüvvədir. O qüvvə ki, xəyalını belə çətinliklə qurduğumuz işləri reallığa çevirmişdir. Bir anlığa dönüb geriyə baxanda, müstəqillik illərimizin ilk dövrlərindən başlayaraq Naxçıvanın yaşadığı çətin imtahan dolu günlərin arxada qaldığını görəndə hər günün nə qədər mənalı və zəngin olduğu gözlər önündə canlanır. Artıq Naxçıvanda görülən işlər hansısa sərt çatışmazlığın həllinə deyil, ümumregion əhəmiyyətli layihələrin həyata keçirilməsi, ərzaq, enerji və məşğulluq kimi məsələləri özündə birləşdirən iqtisadi təhlükəsizliyin təmin olunmasına yönəldilmişdir.
Dünya ölkələrinin hər birində inkişafın müxtəlif istiqamətləri vardır. Ancaq yuxarıda sadaladıqlarımız da daxil olmaqla, ümumilikdə, inkişafın Naxçıvan modelinə rast gəlmək çətindir. Naxçıvandakı inkişafın, özü də blokada şəraitindəki inkişafın, sabitliyin bir səbəbi vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanda hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir. Bu, məni çox sevindirir. Çünki bu, Heydər Əliyev siyasətinin təntənəsidir”.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3064368
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11565
16573
59759
499835
3064368

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter