21 Avqust 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Şəhər Prokurorluğunun təşkilatçılığı ilə Əliabad Qəsəbə Mərkəzində torpaq qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan cinayət və inzibati məsuliyyət növləri haqqında maarifləndirici tədbir keçirilib.
Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov açıb.
Naxçıvan şəhər prokurorunun müavini, kiçik ədliyyə müşaviri Qalib İsmayılov “Torpaq qanunvericiliyinin pozulmasına görə cinayət məsuliyyəti” mövzusunda çıxış edərək bildirib ki, torpaq münasibətlərinin tənzimlənməsi, eləcə də torpaq üzərində mülkiyyət hüququnun və onun ayrı-ayrı elementlərinin yaranması qaydası Konstitusiya və Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilikləri ilə tənzimlənir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Qeyd olunub ki, 30 sentyabr 2015-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərin torpaq sahələrinin qorunmasında xüsusi yeri vardır. Belə ki, qeyd edilən qanun qüvvəyə minənədək Cinayət Məcəlləsinin 188-ci maddəsi “Torpaq üzərində mülkiyyət hüququnu pozma” adlanırdı və maddəyə əsasən, torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə cinayət məsuliyyətinə səbəb olurdu. Cinayət Məcəlləsinə dəyişik­lik edilərək 188-ci maddə yeni redaksiyada verilib və həmin maddə “Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma” adlandırılıb.
Sonra torpaq qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət haqqında məlumat verilib.
Naxçıvan Şəhər Prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri İlqar Rzayev “Torpaq qanunvericiliyinə görə inzibati məsuliyyət” mövzusunda danışaraq deyib ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
Qeyd olunub ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar” adlanan 9-cu fəslində torpaq qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutan normalar var. 30 sentyabr 2015-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Belə ki, Məcəllənin 88-1-ci maddəsi yeni redaksiyada verilib. Əvvəlcə maddə “Müvəqqəti tutulan torpaqların vaxtında qaytarılmaması və ya onların müvafiq istifadə üçün yararlı hala salınmaması, icarəyə verilmiş torpaqların məqsədli təyinatını dəyişdirmədən başqa məqsədlər üçün istifadə edilməsi” adlanırdı. Dəyişik­likdən sonra adıçəkilən maddə “Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi” adlanır.
Sonra torpaqlardan məqsədli təyinatına uyğun olmayan hallara görə qanunverici­likdə nəzərdə tutulmuş inzibati məsuliyyət haqqında məlumat verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3852413
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14335
13316
14335
306630
3852413

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter