24 Avqust 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Bu gün Naxçıvan Müəllimlər İnstitutunda 92 nəfərdən ibarət professor-müəllim heyəti fəaliyyət göstərir. Kollektiv Azərbaycanın parlaq gələcəyi üçün müsbət keyfiyyətləri özündə əks etdirən, dövlətə və dövlətçiliyə, müstəqilliyə sədaqətli, müəllim adını uca tutan kadrların yetişməsi üçün yaradılmış şəraitdən səmərəli istifadə edir, göstərilən qayğıya əməli işlə cavab verməyə səy göstərir.
Bu fikirlər Naxçıvan Müəllimlər İnstitutunda keçirilən 2015-ci ilin yekunlarına həsr olunmuş tədbirdə səsləndirilmişdir.
İnstitutun rektoru, professor Oruc Həsənli ali təhsil müəssisəsinin fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı danışaraq bildirmişdir ki, Naxçıvan Müəllimlər İnstitutunun elmi-təşkilati strukturu 6 kafedradan və Əlavə təhsil mərkəzindən ibarətdir. Bu gün institutda 1045 tələbə təhsil alır. Onların intellektual səviyyəli kadrlar kimi yetişmələri diqqət mərkəzində saxlanılır. Belə ki, professor-müəllim heyəti müxtəlif təlim üsullarından istifadə edir, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə öz töhfələrini verməyə səy göstərir.

Qeyd olunmuşdur ki, 2015-ci ildə institutda semestr imtahanlarının şəffaf keçirilməsi diqqət mərkəzində saxlanılmış, müxtəlif tədbirlər keçirilmişdir. Bu məqsədlə ali təhsil müəssisəsində kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması prosesi davam etdirilmiş, kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və istifadəsi nəticəsində müasir kitabxana-informasiya xidmətinin dünya standartları səviyyəsinə çatdırılması və sair kimi vəzifələr yerinə yetirilmişdir. İnstitutun professor-müəllim və tələbə heyətinə 41645 kitab fonduna malik kitabxanadan istifadə imkanları yaradılmış, kitabxana yeni metodik vəsait və tədris avadanlıqları ilə təmin olunmuşdur.
İnstitutda elmi-praktik konfransların keçirilməsi də diqqət mərkəzində saxlanılmışdır. 2015-ci ildə institutda 2 respublika səviyyəli və 1 beynəlxalq, 17 institut səviyyəli elmi-praktik konfrans keçirilmişdir. 2015-2016-cı tədris ilində institutda fəaliyyət göstərən kabinet və laboratoriyaların, Əlavə təhsil mərkəzinin, Kurikulum mərkəzinin iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında yerinə yetirilməsinə nəzarət artırılmışdır.
Bu dövrdə “Elektron elm” idarəetmə sisteminin qurulması işi davam etdirilmişdir.
Tədbirdə elmi işlər üzrə prorektor, fizika-riyaziyyat elmləri doktoru Yaqub Məmmədov, Pedaqoji fakültənin dekanı, dosent Azad Novruz­ov, Əlavə təhsil mərkəzinin metodisti Süsən Kərimli və başqaları çıxış etmişlər.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3898181
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11810
17653
60103
352398
3898181

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter