20 Oktyabr 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov iclasda çıxış edərək bildirib ki, 2015-ci ildə 18 tibb müəssisəsi əhalinin istifadəsinə verilib, 7 tibb müəssisəsi üçün yeni obyektlərin tikintisi davam etdirilib. 2015-ci ilin ən böyük qurucu­luq ünvanlarından olan Naxçıvan Muxtar Respublika Xəstəxanasının ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilməsi ötən ilin əlamətdar hadisələrindən biridir.
Muxtar respublikada dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək üçün ucqar dağ kəndlərində əhaliyə yüksəkixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə yaradılmış həkim briqadaları yenə də fəallıq göstərib, çox sayda insanın yerlərdə müayinə-müalicə işini təşkil edib, təhsil işçiləri arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi mammoqrafiya müayinələri, ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə kiçikyaşlı uşaqlar arasında tuberkulin sınağı, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəbyaşlı uşaqların kütləvi oftalmoloji, stomatoloji, ortopedik, endokrinoloji müayinələri davam etdirilib.
Vurğulanıb ki, 2015-ci ildə də tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə çoxsaylı seminar və konfranslar keçirilib, həkim və orta tibb işçilərinin sertifikasiya işi davam etdirilib.

Bu müddət ərzində müxtəlif klinikalardan yüksəkixtisaslı həkimlər və kollektivlər muxtar respublikaya dəvət olunub və Naxçıvan həkimləri ilə birgə fəaliyyət göstərərək xeyli sayda əməliyyatlar aparıblar.
Sonra məruzə ətrafında çıxışlar olub.

*   *   *

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilən kollegiya iclasında təhsil naziri Piri Nağıyev geniş məruzə ilə çıxış edərək bildirib ki, hər il olduğu kimi, 2015-ci ildə də muxtar respublikamızda məktəb binalarının tikintisi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılıb. Belə ki, Naxçıvan şəhərində Naxçıvan Musiqi Kollecinin binası əsaslı şəkildə yenidən qurulub, Şərur rayonunda Kürkənd, Kürçülü, Axaməd, Yuxarı Yaycı, Cəlilkənd, Babək rayonunda Babək qəsəbə 2 nömrəli, Xal-xal, Nehrəm kənd 2 nömrəli, Ordubad rayonunda Ordubad şəhər 3 nömrəli, Gilançay, Tivi, Culfa rayonunda Qızılca, Gal kənd tam orta məktəbləri üçün binalar şagird və müəllimlərin, Kəngərli Rayon Təhsil Şöbəsi üçün inzibati bina isə təhsil işçilərinin istifadəsinə verilib.
Təhsil naziri qeyd edib ki, bəhs olunan dövrdə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması və əməyinin qiymətləndirilməsinin təmin olunması məqsədilə 1-18 mart 2015-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində çalışan müəllimlərin attestasiyası keçirilib. Ali Məclis Sədrinin 22 iyun 2015-ci il tarixli “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamı müəllimlərin böyük sevincinə səbəb olub.
Qeyd olunub ki, 2015-ci ildə məktəbi bitirən 3331 məzundan 2638-i ali məktəblərə qəbul üçün sənəd verib. Məzunlar arasında xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 161 nəfər olub. Qəbul imtahanlarında məzunların 313-ü 500-700 arası bal toplayıb. Şərur rayon Zeyvə kənd tam orta məktəbinin məzunu Əli Allahverdiyev qəbul imtahanlarında 700 bal toplayıb. 2015-ci ildə 129 ümumtəhsil məktəbinin məzunları qəbul imtahanlarında yüksək nəticələr göstəriblər.
Ötən il tam orta təhsil bazasından sənəd verən abituriyent­lərin 1582 nəfəri ali təhsil müəssisələrinə, 203 nəfəri müxtəlif ali hərbi məktəblərə, 267 nəfəri isə tam orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul olunub.
Sonra məruzə ətrafında çıxışlar olub, qarşıda duran vəzifələrdən danışılıb.

*   *   *

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən kollegiya iclasında 2015-ci ilin yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edən kənd təsərrüfatı naziri Elşad Əliyev bildirmişdir ki, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi muxtar respublikada kənd təsərrüfatının inkişafı istiqamətində mühüm qərarların qəbul olunması, bu sahəyə dövlət dəstəyinin daha da artırılması ilə əlamətdar olmuşdur. Muxtar respublikada aqrar islahatların aparılması, yeni mülkiyyət münasibətlərinə əsaslanan təsərrüfat qurumlarının yaradılması istiqamətində görülmüş işlər kənd təsərrüfatının dinamik inkişafına əlverişli şərait yaratmışdır.
İl ərzində meliorasiya və irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların tutumunun artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması muxtar respublikada kənd təsərrüfatının sürətli inkişafını təmin etmişdir.
Belə ki, son illərdə ümumi sahəsi 100 min kvadratmetrdən artıq olan istixana kompleksləri, ümumi tutumu 12 min 730 ton olan soyuducu anbarlar, tutumu 27 min ton olan uzunmüddətli və 43 min ton olan qısamüddətli taxıl ehtiyatı anbarları, 17 taxıl emalı müəssisəsi, 222 heyvandarlıq, 64 quşçuluq, 94 arıçılıq, 14 balıqçılıq, 68 bağçılıq və üzümçülük təsərrüfatı yaradılmışdır.
Bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində torpaq mülkiyyətçilərinə 2015-ci il ərzində 3 milyon 673 min manat məbləğində yardım edilmiş, 2 milyon 407 min manat dəyərində 6025 ton mineral gübrə verilmiş və kənd təsərrüfatı texnikalarına 321 min manat məbləğində güzəşt tətbiq edilmişdir.
Diqqətə çatdırılmışdır ki, 2015-ci il kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün banklar və bank olmayan kredit təşkilatları tərəfindən 19 milyon manatdan artıq kredit verilmişdir.
Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində hesabat ilində muxtar respublika üzrə 106 min 282 ton taxıl, 4481 ton dən üçün qar­ğıdalı, 6589 ton dənli-paxlalı, 690 ton dən üçün günəbaxan, 45043 ton kartof, 82016 ton tərəvəz, 38003 ton bostan, 51111 ton meyvə, 15354 ton üzüm məhsulu istehsal edilmişdir. 2014-cü illə müqayisədə 3212 ton taxıl, 255 ton qarğıdalı, 3247 ton dənli­paxlalı, 27 ton günəbaxan, 3637 ton kartof, 15285 ton tərəvəz, 3664 ton bostan, 14915 ton meyvə və 959 ton üzüm məhsulu çox istehsal olunmuşdur.
Kənd təsərrüfatı sahəsinin dinamik inkişafı ixracın həcminə də müsbət təsir göstərmiş, nəticədə, 2015-ci ildə muxtar respublika üzrə 96 milyon ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur.
Görülmüş işlərin nəticəsidir ki, hesabat ilində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 403 milyon manata yaxın olmuşdur. Bu da əvvəlki illə müqayisədə 12 faiz çoxdur.
Nazir hesabat ilində buraxılmış nöqsanlardan danışaraq bildirmişdir ki, bitkiçilik məhsullarının yerli şəraitə uyğun əkilməsi, növbəli əkinin aparılması və torpaqların münbitliyinin artırılması ilə bağlı yerlərdə aparılan maarifləndirici tədbirlərin kəmiyyətindən çox keyfiyyətinə diqqət artırılmalıdır. Yeni texnologiyalardan, keyfiyyətli toxum sortlarından və mineral gübrələrdən səmərəli istifadə təmin edilməlidir. Əkin sahələrində su itkisinin və şoranlaşmanın qarşısını almaq məqsədilə şırım üsulu ilə əkinə üstünlük verilməsi nəzarətdə saxlanılmalıdır.
Məruzə ətrafında müzakirələrdə nazirliyin əməkdaşları Əyyub Abdullayevin, Əsgər Həsənovun, Zərrab Əfəndiyevin, “Araz” Elm-İstehsalat Birliyinin direktoru Bəhruz Bayramovun çıxışları olmuşdur.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4761562
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3294
19017
70137
296622
4761562

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter