18 Oktyabr 2017, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Şərur rayonu

Dünya Azərbaycanlılarının Həmrəylik Gününü 24 ildir ki, qeyd edirik. Yeni il ərəfəsində keçirilən bu bayram sevinc hislərimizi daha da artırır. Hər başa çatan il muxtar respublikamıza böyük uğurlar, insanlara xoş gün-güzəran bəxş etdiyi kimi, bayramlarımız da ilbəil daha böyük təntənə ilə qeyd olunur, zəhmətkeş, tərəqqipərvər, qədirbilən xalqımız bu günləri xoş əhval-ruhiyyə ilə qarşılayır, gələcəyə daha inamla baxır.
Blokada şəraitində olmasına baxmayaraq, muxtar respublikamızda bütün sahələrdə əldə edilən uğurlar əhalinin rifah halının yüksəlməsinə səbəb olub, regionda həyata keçirilən tədbirlərdən hər bir ailə, hər bir vətəndaş bəhrələnib. Elə buna görədir ki, illər öncə yeni ili qaranlıqda, kasad süfrə ilə qarşılayan naxçıvanlılar bu gün bayramları böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Builki bayramların böyük şövqlə keçirilməsində “Kənd təsərrüfatı ili”ndə qazandığımız nailiyyətlər də böyük rol oynayıb.
Muxtar respublikamızın ən böyük bölgələrindən biri sayılan Şərur rayonunda da “Kənd təsərrüfatı ili”nin çoxsaylı bəhrələri var.

Bu dövrdə 483 torpaq mülkiyyətçisi 8 min 737 hektar əkin sahəsinin becərilməsi üçün 435 min 850 manat, 620 hektarda təkrar əkinlər keçirən 81 kiçik sahibkar 31 min manat yardım alıb, Sahibkarlığa Kömək Fondu tərəfindən 264 min 100 manat kredit verilib. 1435 ton üzüm, 6 min 476 ton bostan məhsulları, 2 min 504 ton dən üçün qarğıdalı, 11 min 43 ton kartof, 4 min ton soğan istehsal olunub.
“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilib, 15 hektar sahədə yeni bağlar salınıb, 23,2 hektar meyvə bağında bərpa işləri aparılıb, 52 min ədəd müxtəlif tinglər əkilib. İl ərzində sahələrdən 20 min 357 ton meyvə, 28 min 661 ton tərəvəz tədarük edilib.
2015-ci ildə iqtisadiyyatın və sosial sahələrin inkişafı istiqamətində bütün maliyyə mənbələrindən əsas kapitala 71 milyon 77,4 min manat investisiya yönəldilib, tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 4,6 faiz artaraq 66 milyon 695 min 200 manat təşkil edib.
Bu dövrdə Şərur şəhərində aviakassa binasının, Cəlilkənddə Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin, Buzxananın, Kürçülü, Axaməd, Kürkənd və Yuxarı Yaycı kəndlərində kənd və xidmət mərkəzlərinin, Yengicə kəndində Azərbaycan Vətən müharibəsi əlili üçün üçotaqlı mənzilin, Kürkənddə və Aşağı Aralıq kəndində mərasim yerinin, Aşağı Aralıqda dəyirmanın tikintisi başa çatdırılıb. Kürkənddə 216, Cəlilkənddə 342, Axaməd kəndində 192, Yuxarı Yaycı kəndində 144, Kürçülü kəndində 234 şagird yerlik məktəb binaları, Cəlilkənddə həkim ambulatoriyası, mədəniyyət evi, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Hazırda Şərur şəhərindəki 2 nömrəli tam orta məktəb binasının, Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün tədris korpusunun və yataqxananın, Oğlanqalada kənd və xidmət mərkəzlərinin, tam orta məktəbin və digər obyektlərin tikintisi, yaxud yenidən qurulması işləri davam etdirilir.
Dünən Şərur rayonunun sakinləri Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ili əldə olunan bu nailiyyətlərin yaratdığı yüksək əhval-ruhiyyə ilə qeyd ediblər. Şaxta baba və Qar qızın, yaradıcı kollektivlərin çıxışları alqışlarla qarşılanıb. Bayram tədbirində ən çox sevinən isə uşaqlar olublar. Onlar küknarlar ətrafında rəqs edib, mahnılar oxuyub, şeirlər söyləyiblər.
Rayon Mədəniyyət Evinin “Arpaçay” instrumental, “Şərur qönçələri” və “Şərur” Xalq Yallı ansambllarının ifalarında səslənən musiqi nömrələri və rəqslər tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Babək rayonu

Sosial-iqtisadi uğurlarla yadda qalan “Kənd təsərrüfatı ili” – 2015-ci il tarixə qovuşdu. Muxtar respublika sakinləri yeni ili xoş niyyətlərlə, yüksək əhval-ruhiyyə ilə qarşıladılar. Yanvarın 1-də muxtar respublikamızın hər yerində olduğu kimi, Babək qəsəbə mərkəzində, Nehrəm və Cəhri kəndlərində bayram şənlikləri keçirilib. Şənliklərdə milli həmrəyliyimizi, yeni ilin gəlişini tərənnüm edən mahnıların səslənməsi, Şaxta baba və Qar qızın çıxışları şənliyə gələnlərdə xoş ovqat yaradıb.
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Babək rayonu bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illər yeni inzibati binaların və sosial obyektlərin istifadəyə verilməsi rayon mərkəzinin simasını tamamilə dəyişib. Abad yolları, təmiz və işıqlı küçələri, yaraşıqlı binaları ilə seçilən Babək qəsəbəsi müasir şəhər görkəmi alıb. 2015-ci il Babək rayonu üçün daha əlamətdar olub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikamıza səfəri çərçivəsində rayon ərazisində yerləşən Günəş Elektrik Stansiyasının, Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun, Nehrəm kənd 2 nömrəli tam orta məktəbin açılışında iştirak etməsi və burada həyata keçirilən quruculuq tədbirlərini yüksək qiymətləndirməsi rayon sakinlərində böyük ruh yüksəkliyi yaradıb, onların qurub-yaratmaq əzmini yüksəldib. Bundan əlavə, 2015-ci ildə Babək qəsəbəsində Babək Rayon Rabitə İdarəsi və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Babək rayon filialı üçün yeni inzibati bina tikilib, qəsəbədəki 5 mərtəbəli yaşayış binası təmir olunaraq ətrafı abadlaşdırılıb. Babək qəsəbəsində 2 nömrəli tam orta məktəb, qəsəbə və xidmət mərkəzləri, Xal-xalda tam orta məktəb və kənd mərkəzi üçün yeni binalar inşa olunaraq istifadəyə verilib. Hazırda Yarımcada kənd mərkəzi, həkim ambu­latoriyası və xidmət mərkəzi, Xəlillidə kənd mərkəzi, tam orta məktəb binası və xidmət mərkəzi üçün yeni binaların tikintisi, Yarımca kənd tam orta məktəb binasının isə əsaslı təmiri davam etdirilir.
Əldə olunan nailiyyətlər bütün sahələri əhatə edir. Bütün bunlar isə rayon sakinləri ilə apardığımız söhbətlərdə bir daha dilə gətirildi. İnsanlar görülən bu işləri ölkəmizdəki sabitliklə, əmin-amanlıqla əlaqələndirdilər. Hər kəs günbəgün inkişaf edən diyarımızda bayramların belə yüksək səviyyədə qeyd olunmasına görə dövlətimizə öz minnətdarlığını bildirdi, arzularını dilə gətirdi: “Qoy bu sabitlik və inkişafımız daimi, həmrəyliyimiz əbədi olsun ”.

Ordubad rayonu

Ordubad rayonunda da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı təntənə ilə qeyd edilib, rayon əhalisi böyük ruh yüksəkliyi ilə Ordubad şəhərində keçirilən bayram tədbirlərinə qatılıb. Rayonun mədəniyyət müəssisələrinin və musiqi məktəbləri kollektivlərinin təqdim etdikləri musiqi nömrələri bayram şənliyi iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Böyük bayram izdihamının olduğu tədbirdə milli birliyimizə, həmrəyliyimizə, dövlətçiliyimizə, müstəqilliyimizə, doğma yurdumuza həsr olunan şeirlər səsləndirilib, mahnı və rəqslər tədbir iştirakçılarına xoş ovqat bəxş edib, Şaxta baba və Qar qız uşaqlara bayram sovqatı veriblər.
Tədbirin aparıcıları bildiriblər ki, yola saldığımız 2015-ci il rayon sakinləri üçün bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Ötən il Ordubad şəhərində 3 nömrəli məktəbin, müasir aviakassa binasının, görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin ev-muzeyinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Ordubad Rayon Avtomobillərin Müayinə Mərkəzinin, Tivi və Gilançay kəndlərində yeni sosial obyektlərin istifadəyə verilməsi ordubadlılarda bu bölgənin gələcəyinə olan inamı artırıb, onları qarşıdan gələn ildə daha yaxşı çalışmağa və rayonun daha da çiçəklənməsi naminə əzmkarlıq nümayiş etdirməyə sövq edib.
Ümumiyyətlə, hər ötən il Ordubad rayonuna yeni ərməğanlar bəxş edib. Son 20 ildə rayonda 80-dən çox obyekt inşa edilərək və ya yenidən qurularaq istifadəyə verilib, onlarla yaşayış məntəqəsi, eləcə də ucqar dağ yaşayış məntəqələri abad kəndlər sırasına qoşulub. Ötən müddətdə 27 ümumtəhsil məktəbi, 1 musiqi məktəbi, 1 uşaq bağçası, 24 səhiyyə, 1 idman, 29 mədəniyyət obyekti inşa edilərək istifadəyə verilib, 15 kənd mərkəzi həyata vəsiqə alıb. 2002-ci ildə rayonda əsas kapitala yönəldilmiş investisiyaların tikinti-quraşdırma işlərinə ayrılan həcmi 330 min manat idisə, təkcə 2015-ci ilin 10 ayında bu rəqəm 44 milyon 165 min manat təşkil edib. Bu fakt bir daha göstərir ki, rayonda tikinti-quruculuq işlərinin miqyası ilbəil genişləndirilir. Bütün bu görülən işlər rayonun dünənindən bu gününə seçilən düzgün yolun qazandırdığı nailiyyətlərdən, dövlətimizin rayon sakinlərinin rahat yaşamasına və işləməsinə diqqətindən, bir sözlə, muxtar respublikada insan amilinə verilən önəmdən xəbər verir.
Bütün bu tədbirlər onu deməyə əsas verir ki, 2016-cı ildə də Ordubad rayonunun davamlı sosial-iqtisadi inkişafı təmin olunacaq, dövlət proqramlarına uyğun olaraq hər bir sahədə yeni layihələr reallaşdırılacaq, rayonda yeni sənaye müəssisələri açılacaq, hər bir rayon sakininin rahat yaşaması üçün görülən işlər davam etdiriləcək.

Culfa rayonu

Əvvəlki illər kimi, 2015-ci il də Naxçıvanın inkişaf tarixinə böyük hərflərlə yazıldı. Ötən il muxtar respublikamız üçün yaddaqalan oldu. Ölkəmizdə, o cümlədən muxtar respublikamızda 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilmişdi.
Qeyd olunmalıdır ki, müasir dünya ölkələrinin əksəriyyəti üçün bu ilin mürəkkəb, eyni zamanda gərgin ictimai-siyasi vəziyyətdə keçdiyini nəzərə alsaq, ölkəmiz üçün perspektivli illər sırasına daxil olan 2015-ci il, ümumilikdə, Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası üçün, necə deyərlər, düşərli il oldu. “Kənd təsərrüfatı ili”ndə əldə edilən uğurlardan muxtar respublikanın bütün rayonlarına pay düşdü. Bu dövrdə Culfa rayonunda 28 milyon 80 min 200 manatı bitkiçilikdə, 16 milyon 105 min 400 manatı heyvandarlıqda olmaqla, ümumilikdə, 44 milyon 185 min 600 manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz çoxdur.
Rayon iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafı tikinti-quraşdırma, abadlıq və yenidənqurma işlərinin artmasına, yeni infrastruktur obyektlərinin yaradılmasına imkan vermişdir.
Rayonun Qızılca, Gal və Şurud kəndlərində yeni kənd və xidmət mərkəzlərinin, Bənəniyar kəndində xidmət mərkəzinin, Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin Culfa Rayon Müayinə Mərkəzinin tikintisi, Bənəniyarda kənd mərkəzinin, Culfa şəhərinin M.Əsgərov küçəsində yerləşən 17, 18 və 20 nömrəli yaşayış binalarının əsaslı təmiri başa çatdırılmış, Saltaq Kənd Mərkəzinin və xidmət mərkəzinin, Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış İdarəsinin inzibati binasının və yardımçı binalarının tikintisi davam etdirilmişdir.Həmçinin Qızılca kəndində 120, Gal kəndində 96 şagird yerlik yeni məktəb binaları tikilmiş, Bənəniyar kəndində 648, Şurud kəndində 110 şagird yerlik məktəb binalarının əsaslı təmiri və yenidən qurulması başa çatdırılmış, Saltaq kəndində isə 252 şagird yerlik yeni məktəb binasının tikintisi davam etdirilmişdir.
Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini vermiş, əhalinin məşğulluğu təmin olunmuş, maddi rifahı daha da yaxşılaşmışdır. Culfalılar növbəti ili bayram əhval-ruhiyyəsi ilə qarşılamışlar.
Qazanılan uğurlar, əldə edilən nailiyyətlərdən Culfa şəhərində keçirilən bayram şənliyində ətraflı bəhs olunmuşdur. Şaxta babanın, Qar qızın, nağıl qəhrəmanlarının, rayon Mədəniyyət Evinin özfəaliyyət və Culfa şəhərindəki uşaq musiqi məktəbi kollektivlərinin iştirakı ilə tamaşa və konsert proqramı təqdim olunmuşdur. Nağıl qəhrəmanları ilə görüşən və Şaxta babadan yeni il hədiyyələri alan uşaqlar əsl bayram sevinci yaşamışlar.
Bayram şənliyinin aparıcıları culfalıları əlamətdar bayramlar münasibətilə təbrik edərək 2015-ci ilin Culfa rayonu üçün uğurlu olduğunu vurğulamış, sakinlərə yeni ildə ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatda uğurlar arzulamışlar.

Kəngərli rayonu

Muxtar respublikamızın davamlı sosial-iqtisadi inkişafından Kəngərli rayonuna da böyük pay düşüb. Ötən il 11 yaşını qeyd edən rayonda aparılan abadlıq-quruculuq işləri yola saldığımız 2015-ci ildə də sürətlə davam etdirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Sənaye Kompleksinin açılışı isə tarixi hadisə kimi yaddaşlarda qalıb. Yurdçu kəndində bir neçə sosial obyekt tikilib. Rayonda əhalinin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması və həmin sahədə çalışanların iş şəraitinin yaxşılaşdırılması məqsədilə rayon mərkəzində Kəngərli Rayon Elektrik Şəbəkəsi üçün yeni bina və “Qıvraq” elektrik yarım­stansiyası istifadəyə verilib. 17 ədəd müxtəlif gücdə transformator təmir edilib, 72 abonent elektrik enerjisi ilə təmin olunub.
Bundan başqa, rayon mərkəzində Təhsil Şöbəsi, Uşaq-Gənclər Şahmat Məktəbi üçün yeni binalar istifadəyə verilib, yeni Ticarət-İaşə və Bazar Kompleksinin tikintisi başa çatdırılıb, qəsəbə məscidi əsaslı təmir olunub.
Ötən il kənd təsərrüfatında məhsuldarlığın artırılması və aqrar sahənin davam­lı inkişafı diqqətdə saxlanılıb.
Rayonda 2015-ci ilin məhsulu üçün 8152 hektar sahədə əkin aparılıb, 4735 hektar sahədə taxıl əkini həyata keçirilib. Şəxsi təsərrüfatlarda 215 hektar sahədən kartof, 294 hektar sahədən tərəvəz, 180 hektar sahədən bostan, 113 hektar sahədən günəbaxan, 139 hektar sahədən qarğıdalı, 321 hektar sahədən paxlalı bitkilərin məhsulları tədarük edilib. 2016-cı ilin məhsulu üçün 3783 hektar sahədə taxıl əkini həyata keçirilib.
Yanvarın 1-də rayon mərkəzindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən şənlikdə 2015-ci ildə rayonda bütün sahələrdə qazanılan uğurlar barədə geniş danışılıb. Şənlikdə rayonun musiqi kollektivlərinin səsləndirdikləri mahnılar çoxsaylı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Yeni ilin personajları olan Şaxta baba və Qar qızın gəlişi uşaqlara şən əhval bəxş edib, onları sevindirib.

Şahbuz rayonu

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər ölkəmizin hər yerində, eləcə də Naxçıvan Muxtar Respublikasında bütün sahələrin inkişafına təkan verib. Belə tədbirlər Şahbuz rayonunu da əhatə edib. Aparılan genişmiqyaslı quruculuq işləri Şahbuz şəhərini, eləcə də rayonun kəndlərini müasir görkəmə qovuşdurub. 2015-ci ildə də Şahbuz rayonunda bu tədbirlər böyük sürətlə davam etdirilib.
Rayon əhalisinin əsas məşğulluq sahəsi olan aqrar sahənin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, torpaqlardan səmərəli istifadə olunmasına maraq xeyli artıb. 1344 hektar sahədə taxıl, 240 hektar sahədə paxlalı, 462 hektar sahədə kartof, 285 hektar sahədə tərəvəz, 10 hektar sahədə bostan bitkilərinin əkini həyata keçirilib. Ötən dövr ərzində rayonda 4 min 491 ton dənli-paxlalılar, 8 min 46 ton kartof, 4 min 973 ton tərəvəz, 124,6 ton bostan məhsulları, 7 min 945 ton meyvə, 168 ton üzüm istehsal edilib.
Təbii gözəllik olan yerdə insanların işləmək əzmi də yüksək olur. Elə bunun nəticəsidir ki, son illər ərzində bu bölgədə xeyli sayda quruculuq tədbirləri həyata keçirilib. Məlumat üçün bildirək ki, Şahbuz rayonunda 1 şəhər, 1 qəsəbə, 22 kənd var. Rayonun bütün yaşayış məntəqələrində kompleks quruculuq işləri aparılıb. Sevindirici haldır ki, ən ucqar dağ kəndləri olan Şada, Kükü, Kolanı, Biçənək, Keçili və adını sadalamadığımız neçə belə kəndlərə də bu quruculuq tədbirlərindən pay düşüb. Bütün bunlar barədə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Şahbuz şəhərində keçirilən tədbirdə geniş danışıldı. Rayon ictimaiyyətinə bölgənin musiqi kollektivlərinin ifasında bir-birindən maraqlı musiqi nömrələri təqdim olundu.

Sədərək rayonu

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Sədərək rayonunda keçirilən tədbirdə sərhəd bölgəsinin sakinləri yüksək fəallıqla iştirak edirdilər. Onların son illər bu rayonda həyata keçirilən quruculuq tədbirləri hesabına Sədərəyin müasir rayona çevrilməsindən qürur hissi duyduqlarını hiss etmək çətin deyildi. Rayon sakinləri Sədərəyin bir vaxtlar yaşadığı ağır günləri unutmur, qovuşduqları günlərin qədrini bilirlər.
Sədərəklilər keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində düşmənə qarşı göstərdikləri qəhrəmanlıqları ilə dastan yazıblar. Sədərək belə insanların hesabına qorunub, bu gün də qorunur. Özü də yüksək səviyyədə – həm torpaq təəssübünü, yurd sevgisini hər şeydən üstün tutan sədərəklilərin, burada xidməti borcunu yerinə yetirən, sərhəddə ayıq-sayıq dayanan əsgərlərimizin hesabına, həm də dövlətimizin böyük qayğısı gücünə. Sədərəkdə torpaq həm qorunur, həm də becərilir. Elə 2015-ci ildə kənd təsərrüfatı sahəsində qazanılan uğurlar bunu deməyə əsas verir. “Kənd təsərrüfatı ili”ndə rayonda aqrar sahədə də xeyli uğurlar qazanılıb.
Bayram tədbirində dəfələrlə vurğulandı ki, sədərəklilər 2015-ci ili uğurla yola salıblar. Onlar 2016-cı ilə yüksək əhval-ruhiyyə ilə qədəm qoyublar. 2015-ci ildə rayon Tikinti-Quraşdırma İdarəsi tərəfindən 1 milyon 687 min manatlıq abadlıq və təmir işləri aparılıb, uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi və rayon İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmiri başa çatdırılıb.
Rayonda ekologiyanın mühafizəsi sahəsində görülən tədbirlərin davamı olaraq, 2015-ci ilin yaz və payız aylarında keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində 5 hektar sahədə meşəsalma və 7 hektar sahədə bərpa işləri aparılıb, həmin sahələrə 10 min ədəd meyvə ağacı əkilib. Bundan əlavə, 2700 ədəd meşə, 425 ədəd həmişəyaşıl ağac, 3000 ədəd gül və bəzək kolları olmaqla, ümumilikdə, 16125 ədəd ağac, gül və bəzək kolları əkilib.
Bayramlar münasibətilə rayon mərkəzində təşkil olunan konsert sədərəklilərdə xoş ovqat yaradıb.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4738935
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
17665
16138
47510
273995
4738935

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter