15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Burda tarix yaşayır,
Burda tarix qorunur.

Şərur rayonunun Tənənəm kəndi qədimliyini yaşadan və maddi-mədəniyyət nümunələri ilə seçilən yaşayış məntəqələrindəndir. Naxçıvanda ən qədim insan məskəni sayılan və dəniz səviyyəsindən 1500 metr yüksəklikdə olan Qazma mağarası kənddən 3 kilometr cənub-şərqdə yerləşir. Eramızdan 100-120 min il əvvələ aid edilən bu abidənin nəinki Azərbaycan, həmçinin dünya arxeologiyasında ilk insan məskəni kimi özünəməxsus yeri vardır.
Kəndin yuxarı hissəsində Piri-Süleyman ziyarətgahı var. Vaxtilə həmin qəbir abidəsinin üzərində hansı dövrə və kimə aid olduğunu göstərən kitabə olub və bu kitabədə “Piri-Süleyman” yazıldığı aydınlaşıb.
Hazırkı ərazidən, eləcə də ətraflardan aşkar olunmuş yaşayış yerlərinin qalıqları, nekropollar da sübut edir ki, kənd çox qədim insan məskənidir. Tənənəm yaşayış yeri eyniadlı kəndin əhatəsində yerləşir və ərazidə tapılmış çəhrayı rəngdə bişirilmiş şirli və sadə saxsı qab məmulatları Tənənəm yaşayış yerinin XIV-XVIII əsrlərə aid olması qənaətini təsdiqləyir.

Hər tərəfdən dağlarla əhatə olunan qaya üzərində yerləşmiş “Cənnətqaya” yaşayış yeri də kəndin tarixinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Adıçəkilən yerə tutduğu ərazinin adı ilə “Ağzirət”, yaxud “Qəsəbə” də deyirlər.
Tənənəmin tarixinin qədimliyinə daha bir sübut e.ə. II, bizim eranın III əsrinə aid edilən və kəndin cənub-şərq qurtaracağında, uzunsov bir təpənin üzərində yerləşən Tənənəm nekropoludur.

Müasirlikdən nəsibini alan kənd

Rayon mərkəzindən 24 kilometr, Naxçıvan-Sədərək avtomagistralından 9 kilometr aralıda yerləşən Tənənəmə bir az kənardan tamaşa edəndə kəndi sanki qucaqlamış hündür dağ daha əzəmətli görünür. Dərələyəz silsiləsinin şimal-qərb yamacında, Tənənəmdən 750 metr şərqdə yerləşən bu dağın hündürlüyü 1623 metrdir və ilin çox vaxtı zirvəsi qarlı olur.
Tənənəmin flora və faunası, heyvanat aləmi də zəngindir. “Qarouş” adlı ərazidə dağ keçisi, dağ qoyunu, ayı, bəbir, qaban gəzir, kəkliklər, göyərçinlər uçur, dağlarında ələyəz, əvəlik, çiriş, ağ pencər, qırxbuğum, kəklikotu və sair dərman bitkiləri bitir.
Kəndə daxil olarkən əvvəlcə ikimərtəbəli məktəb binası diqqəti cəlb edir. Bu təhsil ocağını bitirənlərin çoxunun xoş sədası elm ocaqlarından, dövlət idarəçiliyi orqanlarından, istehsalatın müxtəlif sahələrindən gəlir.
Kənd məktəbinin direktoru Nazim Eyvazovun dediklərindən:
– Dövlət qayğısından bizim kəndə də pay düşüb. Bir neçə il bundan əvvəl istifadəyə verilmiş 192 şagird yerlik məktəbimiz 11 sinif otağından, fizika və kimya laboratoriyalarından, fənn kabinələrindən ibarətdir. Digər ümumtəhsil məktəblərində olduğu kimi, bizim təhsil ocağında da elektron lövhəli iki sinif otağı yaradılıb, 5 ədəd kompüter dəsti quraşdırılıb müəllim və şagirdlərin istifadəsinə verilib. Kitabxanamızda 3 min ədəd dərslik və bədii ədəbiyyat var.
Onu da öyrəndik ki, ötən dərs ilində məktəbi 7 şagird bitirib, onlardan 4-ü ali məktəb tələbəsi adını qazanıb. Məktəbdən xoş təəssüratla ayrılıb kənd mərkəzinə gəldik. Burada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, kitabxana, klub, tibb məntəqəsi, ATS, poçt bölməsi yerləşir.
Bir vaxtlar kənd adamlarının əlçatmaz arzu hesab etdikləri telefon xəttinin çəkilişi də reallığa çevrilib. Bu gün tənənəmlilər internet xidmətindən də yetərincə bəhrələnirlər.

Tükənməz bu kəndin varı, dövləti

İnzibati ərazi dairəsi üzrə nümayəndə Həsən Qafarovla kənd mərkəzində görüşdük. O dedi ki, kənd adamları əkinçilik, meyvəçilik, heyvandarlıq və arıçılıqla məşğul olurlar. 2014-cü ildə də bu sahələr kənd adamlarının iqtisadiyyatına xeyli gəlir gətirib: 510 ton taxıl, 29 ton kartof, 100 ton tərəvəz, 150 ton meyvə istehsal olunub.
Bütün həyətlərdə gözəl meyvə bağları vardır. Hər il bazarlara keyfiyyətli məhsul çıxarılır. Meyvəçilikdən söhbət düşəndə icra nümayəndəsi 80 yaşlı Səriyyə Allahverdiyevanın adını xüsusi vurğuladı. Dedi ki, onun bişirdiyi tut doşabının əvəzi yoxdur. Bu el ağbirçəyi ilə görüşüb həmsöhbət olduq. Səriyyə nənənin söylədiklərindən:
– Gözümü açandan həyətimizdə iri gövdəli tut ağacları görmüşəm. Tut müharibə illərində insanlara gərək olub, onları aclığın caynağından xilas edib. Şirni, şəkər tapılmadığından çayı tut qurusu ilə içmişik. Dərdlərin dərmanı, yaraların məlhəmi olan tut doşabı bu yerlərdə daha çox bişirilir. Həkimlərin sicilləmə dərmanla dolu reseptlərinə pul xərcləməkdən daha sərfəlisi, vallah, tut doşabıdır. Doşabı və ondan hazırlanan xörəkləri yeyənlər heç bir xəstəlik tapmazlar. Əvvəllər qış aylarında daha çox xəşil, tərhalva bişirilərdi ki, onlar doşabsız olmazdı. Qaraciyəri ağrıyan adamlara da səhər-səhər qədərində doşab içməyi məsləhət görürlər. Əvvəllər ürəyi xəstə olanların dadına tut qurusu çatardı. Neçə ki ömrüm var, tut doşabı bişirəcəyəm. Kim bilir, bəlkə də, elə bu sinnə çatmağımın səbəbi daha çox tut qurusu yeməyim, tut doşabı içməyimdir.

Xalçalar analarımızın ürəyinin hərarətidir

Uzun illər burada, əsasən, payız-qış aylarında hər evdə hana qurular, xalça toxunar, qızlara cehiz hazırlanardı. Xalçaların hər birinin də öz naxışı və öz müəllifi olardı. Ona görə də yalnız xalqımıza məxsus xalçalar bizdən başqa heç kəsə sirr verməmişdi. İllər ötdükcə müasir elmi-texniki yeniliklərin tətbiqi, xalçaların sənaye üsulu ilə toxunması bu qədim sənətə fərdi ehtiyacı bir qədər azaltdı. Amma zaman sübut edir ki, xalqın hələ qədimlərdən yaratdığı nə varsa, o, bu gün də öz qiymətini saxlayır. Bəlkə də, elə bu səbəbdəndir ki, dövrümüzə gəlib çatan xalçaçılıq sənəti bu gün də Tənənəmdə analarımızın, nənələrimizin əlinin sığalı ilə, ürəyinin istisi ilə yaşadılır. Təbii ip, boya, əriş, arğac vasitəsilə yaranan xalçalar öz keyfiyyəti ilə də əvəzolunmazdır. Milli mədəniyyətimizi və xalq sənətini bir nəsildən digərinə daşıyanlar zaman-zaman gözəl xalçalar toxuyub araya-ərsəyə gətiriblər. Kənddə yaşayan hətta gənc qızların belə, bu sənətə marağı çoxdur. Son illər qədim el sənətinin biliciləri xalça toxumaq üçün məşğulluq orqanları ilə müqavilələr bağlayıb dəzgah, alətlər, əriş, arğac və rəngli iplər alırlar.
Əsasən, kiçikölçülü xalçaların yalnız Naxçıvan diyarına aid naxışlarla toxunmasına diqqət yetirilir. Təkcə keçən il kənd sakinləri Güllər Salmanova və Məlahət Həsənova hər biri 2, Nazilə Allahverdiyeva isə 1 xalça toxuyaraq rayon Məşğulluq Mərkəzinin xətti ilə satış-sərgilərə təqdim ediblər.
Səltənət Həsənova xalçaçılığın sirlərini qızlarına, nəvələrinə də həvəslə öyrədir. Xalçaçı qadının əl işləri doğrudan da tərifəlayiqdir. Onun dediklərindən:
– Xalçalarımızın bənzərsizliyinin bir sirri də bu dağ kəndində bəslənilən qoyun-quzuların yunundadır. Həmin yundan əyrilib hasilə gətirilən iplər yeddi rəngin minbir çeşidinə bürünüb ev-ev xalçalara daşınır, palazlara hopdurulur. Belə xalça-palazlar kənd evlərinin Günəşə açılan pəncərələrindən daha cazibədar görünür. Analarımızın, nənələrimizin ürəyinin hərarəti, barmaqlarının izi yaşayan bu xalçalar əvəzsiz sənət əsərləridir. Bizim vəzifəmiz isə qədimdən xalqımıza məxsus olan bu sənətin indiki dövrdə yaşadılması, gələcək nəsillərə çatdırılmasıdır.

Çox yaşamağın hikməti

Dağlar arasında, yaşıllıqlar qoynunda yerləşən Tənənəm əsrlərdir ki, sakinlərini öz nemətləri ilə yaşadır. Tanrı təmiz dağ havası, dupduru bulaq suyu, uzun ömür qismət edib bu kəndin sakinlərinə. Hazırda Tənənəmdə yaşı 80-100 arasında, hətta 100-dən çox olan 40-a yaxın sakin yaşayır. Burada təbiətin sehri adamı heyrətləndirir. Tənənəmlilər uzunömürlülüyün səbəbini kəndin təbiətində, bu yerlərin saf havasında, suyunda görürlər.
102 yaşlı Bəyim Qəribova dedi ki, qocalıq bir köynəkdir, çalış əyninə geymə, geysən, çıxara bilməzsən, bu kənddə “qocaldım” deyib, qocalığa əl verəni görməmişik. Hansı yaşda olursa-olsun, adamlar əkin-tikindən, mal-qaraya qulluqdan qalmır, yoruldum demirlər. Qaraqayadan qalxan Günəşi də ilk salamlayan qocalar olurlar. Onlar halal zəhmətdən güc alır, gümrahlıq tapırlar.
90 yaşlı Əli Salmanov bildirdi ki, bu kənddə hər kəs illik ruzisini malından, heyvanından, bağından, bağçasından, əkindən, biçindən tədarük edir. Qışa vaxtında hazırlaşırıq ki, şaxta düşəndə, dağların başını qar alanda heç nədən korluq çəkməyək.
Tənənəmin ahıl sakinlərindən biri də 95 yaşlı, nəvəli-nəticəli Qəndab nənədir. Kənddə hamı onu dilli-dilavər, hazırcavab, adət-ənənələrimizin bilicisi kimi tanıyır. Qəndab nənə deyir ki, əvvəllər toxumu yerə ağsaqqallar, kəndin sayılıb-seçilən kişiləri səpərdilər. Çünki torpaq halallıq sevir, gərək toxumu halal kişi səpsin ki, bolluq olsun. Kəndin qoca kişiləri payız gələnə yaxın hətta dağların döşlərini, yamacları cütlə şumlayar, öküzlə, kəllə tapanlayar, buğdanı torpağa əllə səpərdilər. Biçinlə, döyməklə, sovurmaqla isə cavanlar məşğul olardılar. Toxumu torpağa əlibərəkətli, torpağın dilini bilən adam əkirdisə, onda hamı inanırdı ki, sünbülün dəni bol olacaq, xırmanda buğda tayları bir-birinə söykənəcək.
Tənənəmlilər həm də sinədəftərdirlər. Burada kimi dindirsən, çoxlu xalq yaradıcılığı nümunələri danışacaq, hər kəlməbaşı bir el misalı çəkəcək, fikirlərini ata-babalarımızdan bu günümüzə gəlib çatmış müdrik kəlamlarla, aforizmlərlə izah etməyə çalışacaq.

Közərən ocaqlar

Düşünürsən: buraların necə də gözəl mənzərələri, özünəməxsus adət-ənənələri var. Ucsuz-bucaqsız meşə­likləri, bərəkətli torpağı, gözoxşayan gəzəllikləri, könülaçan və zümzümə ilə axan bulaqları, kəhrizləri olan kənddə yaşamaq dünyanın ən böyük xoşbəxtliklərindəndir. Tənənəm kəndinin sakinləri kimi...

 Cəfər ƏLİYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3275918
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1360
4179
13687
60564
3275918

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter