23 May 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

May 2017
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu tərəfindən Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə keçirilən “Muxtariyyətin intibahı: 1995-2014” yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi olmuşdur.
Mərasimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev açaraq bildirmişdir ki, son 19 ildə muxtar respublikada bütün sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur. Bu uğurlardan gənclərə də xeyli pay düşür. Bu gün gənclər muxtar respublikamızın ictimai-siyasi və mədəni həyatında fəal iştirak edir, gənc istedadlara dövlət qayğısı artı­rılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 29 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun yaradılması isə muxtar respublikada gənclər sahəsində görülən işlərə daha bir təkan vermişdir.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Muxtariyyətin intibahı: 1995-2014” yaradıcılıq müsabiqəsi cari ilin iyul ayının 19-u elan olunmuş və noyabr ayının 30-dək davam etmişdir. Müsabiqənin keçirilməsində məqsəd Naxçıvanın 90 illik muxtariyyət tarixinə nəzər salmaq, gənclərin bu sahədəki yaradıcılıq fəaliyyətinə dəstək vermək, onların bacarıqlarını üzə çıxarmaqdan ibarət olmuşdur. Teleradio verilişi, qəzet məqaləsi, videoçarx, rəsm əsəri, ədəbi yaradıcılıq və fotoreportaj kateqoriyaları üzrə keçirilən müsabiqəyə 65 iştirakçı tərəfindən 36 teleradio verilişi və videoçarx, 26 qəzet məqaləsi, 11 rəsm əsəri, 16 ədəbi yaradıcılıq nümunəsi və 4 fotoreportaj olmaqla, ümumilikdə, 93 material təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu tərəfindən elan olunmuş “Muxtariyyətin intibahı: 1995-2014” yaradıcı­lıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasiminin bu gün keçirilməsi təsadüfi xarakter daşımır. Çünki Naxçıvan Muxtar Respublikasının intibahı məhz 1995-ci il dekabrın 16-dan başlayır. Həmin tarixdə cənab Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmiş və bununla da, muxtar respublikanın inkişafında yeni bir mərhələnin – intibah dövrünün əsası qoyulmuşdur. Son 19 ildə muxtar respublikada ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi bu qədim diyarı yeni inkişaf mərhələsinə yüksəltmişdir. Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi yaradıcılıq təşkilatlarını, xüsusilə kütləvi informasiya vasitələrini də əhatə etmişdir. 1995-ci ildən ötən dövr ərzində muxtar respublikada aparılan quruculuq tədbirləri zamanı kütləvi informasiya vasitələrinin fəaliyyətinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmış, hər bir sivil cəmiyyətin əsas inkişaf göstəricisi hesab olunan söz, fikir və məlumat azadlığı təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamı kütləvi informasiya vasitələrinin inkişafı sahəsində taleyüklü dövlət sənədinə çevrilmiş, muxtar respublika mətbuatını yeni inkişaf müstəvisinə çıxarmışdır. Muxtar respublikada digər yaradıcı­lıq təşkilatlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlər görüldüyünü bildirən Rəhman Məmmədov demişdir ki, son illər Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üçün yeni bina tikilərək istifadəyə verilmiş, birliyin rəsmi internet saytı yaradılmış, gənclər bölməsi təşkil edilmişdir. Həmçinin muxtar respublikada gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün də hərtərəfli şərait vardır. Muxtar respublikada ədəbi mühitin inkişafı da daim diqqət mərkəzində saxlanılır. Son illər şair və yazıçıların fəaliyyəti üçün zəruri tədbirlər görülmüş, onların yaradıcılıq imkanları xeyli genişləndirilmişdir.
Vurğulanmışdır ki, Ali Məclisin Sədri yaradıcılıq təşkilatlarının maddi-texniki bazasının gücləndirilməsinə qayğı göstərməklə bərabər, həm də bu sahədə çalışanlara daim mənəvi dəstək verir, onların fəaliyyətini yüksək qiymətləndirir. Artıq muxtar respublikadakı mövcud yaradıcılıq mühiti hər bir əməkdaşa istənilən mövzuda sərbəst material hazırlamağa, araşdırma aparmağa imkan verir. Bütün bunlar son illər əməkdaşların yaradıcılıq axtarışlarının genişlənməsinə, yaradıcılıq təşkilatlarının istedadlı gənclərlə komplektləşdirilməsinə səbəb olmuşdur. Ona görə də muxtar respublikanın bugünkü tarixinin yazılması və olduğu kimi gələcək nəsillərə çatdırılması qarşıda duran ən mühüm vəzifədir. Hər bir yaradıcı şəxs çalışmalıdır ki, öz əsərində doğma Vətənimizi, onun bir parçası olan Naxçıvanımızı tərənnüm etsin. Bugünkü inkişaf, yeniləşmə, aparılan kompleks quruculuq işləri gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli və “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov çıxış edərək qalibləri təbrik etmiş, bu cür müsabiqələrin istedadlı gənclərin üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirmişlər.
Sonra qaliblər mükafatlandırılmışdır.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü, şair Qafar Qərib, “Şərq qapısı” qəzetinin əməkdaşı Sara Əzimova və Amerika Birləşmiş Ştatlarında yaşayan müstəqil jurnalist, tədqiqatçı Peter Tase birinci, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, gənc rəssam Tural Həsənli, “Oğuz səsi” qəzetinin redaktoru Şəhla Nəbiyeva və Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşı Ruhiyyə Rəsulova ikinci, Naxçıvan Muxtar Respublikası Dövlət Tele­viziya və Radio Verilişləri Komitəsinin əməkdaşı Ramal Məmişov, “Naxçıvanın səsi” radiosunun əmək­daşı Vüsal Məmmədov və “Şərqin səhəri” qəzetinin redaktoru Hafizə Əliyeva üçüncü yerlərə layiq görülmüşlər.
Qaliblərə pul mükafatı və diplomlar təqdim olunmuşdur. Müsabiqədə 5 nəfərə həvəsləndirici mükafatlar verilmiş, digər iştirakçılara hədiyyələr təqdim olunmuşdur.
Müsabiqə qaliblərindən Qafar Qərib, Elxan Yurdoğlu və Sara Əzimova çıxış edərək yaradıcılıq təşkilatlarının maddi-texniki bazasının gücləndirilməsinə və bu sahədə çalışanlara göstərdiyi yüksək qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlıqlarını bildirmişlər.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2425041
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11217
15389
26606
364604
2425041

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter