15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Milli-mənəvi dəyərlərimizin, tarixi yaddaşımızın gələcək nəsillərə çatdırılmasında muzeylərin xidməti əvəzsizdir. “Muzeylər mühüm mədəniyyət ocaqlarına, zəhmətkeşlərin, xüsusilə cavan nəslin ideya-siyasi və mənəvi tərbiyəsinin mərkəzinə çevrilmişdir...” sözlərinin müəllifi xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərliyi zamanı geniş muzeylər şəbəkəsinin yaradılmasına xüsusi diqqət və qayğı göstərmişdir. Azərbaycan Respublikasında, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ümummilli liderimizin siyasi kursu bu gün də layiqincə davam etdirilir, muzeylərin yaradılmasına və inkişafına dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir.

Hər bir xalq onun tarixində müstəsna rolu olmuş dahi şəxsiyyətlərin xatirəsini həmişə uca tutaraq onlara həsr edilmiş müxtəlif xatirə kompleksləri, muzeylər, mərkəzlər yaradır. Belə şəxsiyyətlərin həyatı və fəaliyyəti tədqiq edilərək mənəvi dəyərlər kimi qorunub saxlanılır, böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işində bu dəyərlər əsas meyar kimi təbliğ edilir. Xalqımızın tarixi taleyində mühüm rol oynayan belə şəxsiyyətlərdən biri məhz ulu öndərimiz Heydər Əliyevdir. Onun müdrikliyi, uzaqgörənliyi, fəaliyyəti bütövlükdə hər kəs üçün nümunədir. 
Muxtar respublikamızda yaradılan muzeylər içərisində Heydər Əliyev Muzeyi xüsusi əhəmiyyət kəsb edir. Görkəmli ictimai-siyasi xadim, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ulu öndəri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 18 fevral 1999-cu il tarixdə imzaladığı Sərəncamla Naxçıvan şəhərində yaradılmışdır. Sərəncamda deyilir: “Möhtərəm Heydər Əliyev yeni, müstəqil Azərbaycanın qurucusudur. O, bu quruculuğa əsrimizin 60-cı illərinin sonundan başlamışdır... Hörmətli Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı... Bütün bunlar möhtərəm Heydər Əliyevin millət və xalq qarşısında tarixi xidmətlərinin cüzi bir hissəsi olmaqla, müstəqil dövlətçiliyin daha da möhkəmlənməsinə yönəldilmiş milli inkişaf konsepsiyasının tərkib hissələri idi. Təsadüfi deyildir ki, həmin dövrdə də, bu gün də Azərbaycan xalqı öz xilasını möhtərəm Heydər Əliyevdə görür, varlığını onunla bağlayır... Xalqımızın böyük oğlu möhtərəm Heydər Əliyevin ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində ümumazərbaycan evimiz sabitliyini və gələcəyə möhkəm inamını tapdı... Bu gün iftixarla fəxr edirik ki, qədim tarixə malik Naxçıvan özünün yetişdirdiyi böyük mütəfəkkir və şəxsiyyətləri ilə tanınır. Məhz belə şəxsiyyətlərdən biri də dünya siyasətçiləri arasında öz dəst-xətti, yeri, hörməti və sözü olan Azərbaycan xalqının lideri möhtərəm Heydər Əliyevdir”. Sərəncamda ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri əsas tutularaq qərara alınır ki, Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində Heydər Əliyev Muzeyi yaradılsın. Bu sərəncamın imzalanması Heydər Əliyev şəxsiyyətinə olan sonsuz ehtiramın bariz nümunəsi kimi tarixi, siyasi və mənəvi zərurətdən irəli gəlmişdir.
Qısa zaman kəsiyində Naxçıvan şəhərinin mərkəzində Heydər Əliyev Muzeyi yaradılmış və muzey 10 may 1999-cu ildə fəaliyyətə başlamışdır. Bu gün Azərbaycan Respublikasında xalqımızın böyük oğlu Heydər Əliyevin adını daşıyan 50-dən çox muzey və mərkəz fəaliyyət göstərir. Bunlar içərisində Naxçıvanda ya­radılmış Heydər Əliyev Muzeyi xüsusi yer tutur. Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev Muzeyini yeni yaranmış digər muzey və mərkəzlərdən fərqləndirən əsas cəhət budur ki, bu muzey ulu öndərimizin doğulub boya-başa çatdığı, ilk əmək fəaliyyətinə başladığı, 1969-cu ildən Azərbaycanın rəhbəri kimi qurub-yaratdığı, 90-cı ildən isə qoruyub saxladığı və sonrakı illərdə himayəsi ilə günü-gündən inkişaf edib çiçəklənən doğma Naxçıvan torpağında yaradılmışdır. Həmçinin bu muzey ümummilli liderin hələ sağlığında Azərbaycanda yaradılmış ilk muzeydir. Naxçıvandakı Heydər Əliyev Muzeyinin özünəməxsus səciyyəvi cəhətlərindən biri də burada ulu öndərin muzeyin yerləşdiyi regionla əlaqələrinə dair xeyli eksponatların mövcud olmasıdır. Belə materiallar muzeyimizdə çoxluq təşkil edir.
Qədirbilən xalqımız öz dahi oğlunun əziz xatirəsini əbədiləşdirmək, onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti barədə bilikləri gənc nəsillərə çatdırmaq məqsədilə muxtar respublika rəhbərinin təcrübəsini əsas götürərək Bakıda və digər şəhərlərimizdə böyük həvəslə Heydər Əliyev muzeyləri və mərkəzləri yaradır.
Hələ 1996-cı il may ayının 10-da “Naxçıvan” Sərhəd Dəstəsinin qərargahı önündə ulu öndər Heydər Əliyevin büstünün açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “...Bu gün biz, sadəcə olaraq, öz istəyimizi, məhəbbətimizi və onun gördüyü işləri qiymətləndirmək naminə bu kiçik işləri burada, Naxçıvan Muxtar Respublikasında həyata keçiririk... Dünya siyasət məktəbində, dünya kəşfiyyat məktəblərində böyük bir Heydər Əliyev kursu keçilir. Nəyə görə bizim özümüzdə bunlar olmamalıdır?.. Ancaq biz etməliyik. Bizim – naxçıvanlıların buna daha çox haqqı var. Haqqı var, həm də mənən borclarıdır. İnsanlara sağlığında qiymət vermək lazımdır...”
Muxtar respublika rəhbərinin söylədiyi bu fikirlər zaman keçdikcə öz təsdiqini tapmışdır. Bu sahədə görülən işlərin məntiqi davamı kimi isə 1999-cu ildə yaradılan Heydər Əliyev Muzeyi ümummilli liderimizin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, Azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı öz üzərinə götürmüş və bu gün də həmin missiyanı uğurla həyata keçirir. Muzeyin zəngin ekspozisiyası onu seyr edən hər kəsin qəlbində dərin iz qoyur, yüksək təəssürat yaradır.
Ulu öndərimizin şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənc nəsil üçün əsl həyat məktəbidir. Azərbaycanın 40 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz ümummilli liderimizin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini, ölkəmizin tarixi taleyində oynadığı misilsiz rolunu, əvəzsiz xidmətlərini özündə ehtiva edən Heydər Əliyev Muzeyi respublikamızda analoqu olmayan bir məbədgahdır. Bütün Heydər Əliyev sevənlərin ziyarətgahına çevrilmiş muzey ulu öndərimizin dövlətçilik, Azərbaycançılıq, vətənpərvərlik ideyalarını təbliğ edərək gəncləri ümummilli liderimiz Heydər Əliyev kimi xalqa, Vətənə və dövlətə sədaqətli olmağa çağırır.
2005-2006-cı illərdə əsaslı şəkildə yenidən qurulan muzey 2006-cı ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. 564 kvadratmetrlik ekspozisiya zalından ibarət muzeyin kompozisiya, dizayn, işıq və ornament tərtibatı göz oxşayır. Yüksək səviyyədə muzey xidməti göstərmək üçün burada kitabxana yaradılmış, ulu öndərimiz haqqında çəkilmiş filmləri seyr etmək üçün televizor və videomaqnitofon yerləşdirilmiş, kompyuter dəstləri quraşdırılmış, muzeyin (www. aliyev-museum.nakhchivan.az) internet saytı yaradılmışdır.
Daim milli qurtuluş və müstəqillik arzuları ilə yaşamış müdrik şəxsiyyət Heydər Əliyevin siyasi fəaliyyətinin bütün dövrlərini özündə əks etdirən bu muzey zəngin eksponatları ilə də fərqlənir. Qeyd etmək yerinə düşər ki, ümummilli liderimiz Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək muzeyin ekspozisiyası ilə tanış olmuşdur. Ulu öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotolar bu gün muzeyin ekspozisiyasında nümayiş etdirilir. Muzeydə nümayiş etdirilən eksponatlar ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılmış, hər mərhələ, hər bir tarixi hadisə ilə bağlı dahi şəxsiyyətin fikirləri, seçilmiş müdrik, nəsihətamiz kəlamları ekspozisiyada öz əksini tapmışdır. Dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ümummilli liderimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir.
Fəaliyyətə başlayanda 420 eksponatla tamaşaçılara xidmət göstərən muzeydə hazırda 4255 ədəd eksponat toplanmışdır ki, bu eksponatların əksəriyyəti ilk dəfə olaraq məhz burada nümayiş etdirilir. Muzeydə nümayiş etdirilən eksponatlar ümummilli liderimizin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti barədə faktların gənc nəslə çatdırılmasında böyük rol oynayır. Heydər Əliyev Muzeyində hər bir eksponat ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Azərbaycanın müasir dövlətçilik tarixinin və ümummilli liderimizin siyasi irsinin tədqiqatçıları burada elmi axtarışları üçün dəyərli məlumatlar əldə edirlər. Fəaliyyət göstərdiyi 10 may 1999-cu ildən 1 fevral 2013-cü ilədək Heydər Əliyev Muzeyini 189 min 912 tamaşaçı ziyarət etmişdir. Onlardan 169 min 720 nəfəri yerli, 20 min 192 nəfər isə 58 xarici ölkədən olan tamaşaçılardır.
Ekspozisiyanın muzeyə gələnlərə yüksək peşəkarlıqla təqdim edilməsi vacib şərtdir. Ümummilli lider Heydər Əliyevin mənalı həyatı, çoxşaxəli ictimai-siyasi fəaliyyəti ilə yanaşı, Azərbaycanın müasir dövlətçilik tarixini yaxşı bilən və ardıcıl olaraq öz üzərlərində çalışan muzey işçiləri muzeydə Azərbaycan, rus və ingilis dillərində ekskursiyalar aparırlar. Onlar xalqımızın dahi oğlu Heydər Əliyevin adını daşıyan muzeydə ümummilli liderimizə aid informasiyanı muzey tamaşaçılarına çatdırmaq kimi məsuliyyətli işin öhdəsindən layiqincə gəlirlər. Muzey işçiləri daim yeni material axtarışındadırlar. Davamlı axtarışlar öz müsbət nəticələrini verir. Ulu öndərin muxtar respublikanın şəhər və rayonlarına səfərləri zamanı şəxsən görüşdüyü və bu gün yaşayan insanlar tapılır, onlardan dəyərli eksponatlar alınaraq arxivləşdirilir, muzeydə nümayiş etdirilir. Müdrik rəhbərin şəhər və rayonlara səfərləri, vətəndaşlarla görüşləri, iştirak etdiyi tədbirlər, nitq və çıxışları toplanaraq muzey fondunda saxlanılır. Son üç ay ərzində bu sahədə xeyli foto,1969-1987-ci illərə aid qəzet materialları, çıxışlar əldə edilərək muzey fonduna təhvil verilmişdir.
Muzeyi ziyarət edən qonaqlar sonda “Xatirə kitabı”na öz ürək sözlərini yazırlar. Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanış olduqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muzeyin “Xatirə kitabı”nda yazmışdır: “...Ulu öndər Heydər Əliyev öz doğma Vətənini – Naxçıvanı çox sevirdi. Naxçıvanlılar da həmişə onu sevirdilər və fəxr edirlər ki, dünyaya Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş etdilər. Bu gün Heydər Əliyev bizim qəlbimizdə yaşayır, onun ideyaları, siyasi kursu yaşayır və əbədi yaşayacaqdır”.
Heydər Əliyev şəxsiyyətinə, Heydər Əliyev dühasına sonsuz sevginin bariz nümunəsidir ki, 21 yanvar 2013-cü il tarixdə ölkə başçısı cənab İlham Əliyev “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Sərəncam imzalamışdır.
Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar 2013-cü il Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan edilmişdir. Ali Məclisin Sədri demişdir: “Ümummilli lideri­mizin quruculuq konsepsiyası 2013-cü ildə – “Heydər Əliyev ili”ndə də muxtar respublikamızda inkişafın əsas hərəkətverici qüvvəsi olacaqdır. Biz bu yolla gedərək, muxtar respublikamızı davamlı inkişafa qovuşduraraq doğma Azərbaycanımızın inkişafına öz töhfəmizi verəcəyik”.

“Heydər Əliyev ili”ndə Heydər Əliyev Muzeyinin əməkdaşlarının üzərinə böyük məsuliyyət düşür. Muzey kollektivi çalışır ki, fəaliyyətini günün tələbləri səviyyəsində qursun. 2013-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar Heydər Əliyev Muzeyində tədbirlər planı hazırlanmışdır. Muzeydə il ərzində davamlı olaraq müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Burada ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti ilə bağlı aidiyyəti təşkilatlarla elmi konfransların, lektoriyaların, açıq dərslərin təşkili, həmçinin muzeyə tələbələrin və məktəblilərin ekskursiyaları planlaşdırılmışdır. Xalqımız Heydər Əliyev şəxsiyyətini öyrəndikcə keçmişini xatırlayır, böyük fəxrlə bu gününü yaşayır, gələcəyinə isə böyük ümidlərlə baxır.

Ramil ORUCƏLİYEV
Heydər Əliyev Muzeyinin direktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3275902
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1344
4179
13671
60548
3275902

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter