15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

və yaxud Naxçıvanın Qarsdakı müvəkkili kim olub?

Naxçıvanlı diplomatlarla bağlı araşdırmalarımızı davam etdirərkən bir ad xüsusi diqqətimizi çəkmişdi. Səid Sadıqovun 1995-ci ildə çapdan çıxan “Naxçıvan Muxtar Respublikası tarixindən” adlı kitabında və bir neçə müəllifin əsərində XX əsrin 20-ci illərində Naxçıvanın Qarsdakı müvəkkilinin Balabəy adlı bir şəxs olduğu qeyd edilsə də, müəlliflərdən heç biri bu şəxsin soyadı və kimliyi haqqında məlumat vermə­mişdir. Digər bir qrup müəllif isə Naxçıvanda muzey işi ilə bağlı qeydlərində ilk muzeyin yaradıcısı kimi Balabəy Əlibəyovun adını çəkmişdir.

Apardığımız müqayisələr göstərdi ki, o dövrdə Naxçıvanın Qarsdakı müvəkkili kimi adı çəkilən şəxs məhz Balabəy Əlibəyovdur.
Qeyd edək ki, Maku, Xoy və Təbrizdən fərqli olaraq, Qarsda Naxçıvanın Konsulluğu yox, Rusiya Sovet Federativ Sosialist Respublikasının Qarsdakı Konsulluğunun yanında müvəkkilliyi fəaliyyət göstərmişdir. Məlumat üçün deyək ki, 7 fevral 1924-cü ildə SSRİ ilə Türkiyə arasında konsulluq təşkilatlarına dair Ankarada nota mübadiləsi olmuş və bundan sonra SSRİ-nin İstanbul, İzmir, Qars, Artvin, Ərzurum və Trabzon şəhərlərində konsulluqları fəaliyyətə başlamışdır. İzmir, Qars, Artvin, Ərzurum və Trabzondakı konsulluqlar fəaliyyətlərini 1938-ci ilin fevralında dayandırmışlar.
Hələlik, Qarsdakı müvəkkil Balabəyin məhz Balabəy Əlibəyov olduğunu göstərən ən dəqiq fakt  filologiya elmləri doktoru Fərman Xəlilovun “Naxçıvanı öyrənən elmi cəmiyyət” kitabında əksini tapmışdır. Belə ki, müəllif Naxçıvan muzeyi ilə bağlı tədqiqatlar apararkən ədəbiyyatşünas, Azərbaycanın əməkdar müəllimi, filologiya elmləri namizədi Lətif Hüseynzadənin fikirlərini öyrənmişdir. Müəllif yazır: “...B.Əlibəyovu yaxından tanıyan filologiya elmləri namizədi L.Hüseynzadənin 2005-ci il iyun ayında bizimlə söhbəti zamanı xatırladığına görə, B.Əlibəyov Qarsda səfirlikdə (konsulluqda – E.K.) hansısa bir vəzifədə işləyirmiş və Qarsla əlaqələri yaxşı imiş”.  Qeyd edək ki, Balabəy Əlibəyovun Naxçıvan muzeyi haqqında Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov da tədqiqat aparmış və onun muzeyçilik fəaliyyəti ilə bağlı məlumatlar vermişdir.
Axtarışlarımız zamanı müəyyən edə bildik ki, Balabəy Əlibəyov Naxçıvanda 1855-ci ildə anadan olmuşdur. Naxçıvan diyarının təhqiqi üzrə xüsusi komissiyanın 4 aprel 1925-ci ildə tərtib olunmuş 6 nömrəli protokolunda Balabəy Əlibəyov haqqında verilən məlumatda onun 70 yaşı olduğu göstərilmişdir.
Balabəy Əlibəyov 1903-1908-ci illərdə polis zabiti, 1908-1911-ci illərdə Qars polis idarəsinin rəsmi tərcüməçisi kimi xidmət etmişdir. 1911-ci ildə pensiyaya çıxan Balabəy Əlibəyovun təcrübəsi, yerli əhali arasında olan nüfuzu, eləcə də rus, türk, fars və digər dillərə yaxşı bələd olması onun xidmətini pensiya ala-ala davam etdirməsi ilə nəticələnmiş, beləliklə, o, 1911-1917-ci illərdə polis idarəsində həm də tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1917-ci ildən 1920-ci ilə qədər Balabəy Əlibəyovun fəaliyyəti Urmiya şəhəri ilə bağlı olmuşdur. Bu üçillik müddətdə o, Urmiyada polismeyster kimi fəaliyyət göstərmişdir.
1920-ci ildən başlayaraq sovet müəssisələrində xidmət etmiş Balabəy Əlibəyovun Naxçıvanın Qarsdakı müvəkkili kimi fəaliyyəti 1924-cü ilin mart-aprelindən 1925-ci ilin əvvəllərinə qədər davam etmişdir. Hələlik, onun müvəkkil kimi fəaliyyətini nə zaman başa vurduğunu dəqiqləşdirə bilməsək də, 1925-ci ilin aprelində onun artıq diplomatik fəaliyyətdə olmadığı məlumdur. Çünki Naxçıvan diyarının təhqiqi üzrə xüsusi komissiyanın 4 aprel 1925-ci ildə tərtib olunmuş 6 nömrəli protokolunda Balabəy Əlibəyov Naxçıvan MSSR Xalq Maliyyə Komissarlığının maliyyə agenti kimi mühakimə edilmiş və nəticədə, işdən çıxarılmışdır.
Mənşəcə köklü bəy nəslindən olan və uzun illər müxtəlif dövlət vəzifələrində çalışan Balabəy Əlibəyov həm də məşhur kolleksioner olmuş və Naxçıvanın tarixinə, etnoqrafiyasına, mədəniyyətinə aid müxtəlif əşyalar toplamışdır. Balabəy Əlibəyovun hələ 1917-1918-ci illərdə Naxçıvan şəhərinin mərkəzi küçələrindən birində yerləşən mülkündə muzey təşkil etməsi onun tariximizə, mədəniyyətimizə nə qədər böyük məhəbbətlə yanaşdığının təzahürü olmuşdur. Qeyd edək ki, Nizami Rəhimovun “Balabəy Əlibəyovun Naxçıvan muzeyi” adlı məqaləsində yazdığına görə, bu mülk şəhərin mərkəzində – indiki Atatürk küçəsindəki və son illərədək kommunal və məişət müəssisələri kombinatının yerləşdiyi binanın yerində olmuşdur. Qeyd edək ki, hal-hazırda həmin ərazidə (Kapital Bankın Naxçıvan Muxtar Respublika İdarəsinin yaxınlığında) yeni ictimai yaşayış binası inşa edilməkdədir.
Beləliklə, 1925-ci ilin aprelində Xalq Maliyyə Komissarlığının maliyyə agenti vəzifəsindən azad edilən Balabəy Əlibəyovun sonrakı dövr taleyində təşkil etdiyi şəxsi muzeyi əhəmiyyətli rol oynamışdır. Belə ki, Naxçıvan MSSR Xalq Komissarları Şurasının 30 oktyabr 1924-cü il tarixli qərarı ilə yaradılan Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin təşkil edilə bilməməsi Balabəy Əlibəyovun şəxsi muzeyinin respublika mülkiyyətinə keçməsi haqqında qərarla nəticələnmişdir. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 6 yanvar 1926-cı il tarixli qərarı ilə muzey respublika mülkiyyətinə qəbul edilmiş, Balabəy Əlibəyov isə ayda 40 manat məvacib almaqla ömürlük olaraq muzeyin direktoru təyin edilmişdir. Naxçıvanı Öyrənən Elmi Cəmiyyətin 12  fevral 1927-ci il tarixli, 33 nömrəli protokolunda da muzeyin direktoru kimi Balabəyin adı çəkilmişdir.
Ehtimal etmək olar ki, Balabəy Əlibəyovun vəfatı 1929-1930-cu illərə təsadüf etmişdir. Çünki artıq 1930-cu ildən biz Naxçıvan muzeyinin direktoru vəzifəsində tariximizin öyrənilməsinin digər bir cəfakeşi Mirbağır Mirheydərzadəni görürük.   
Beləliklə, XX əsrin 20-ci illərində Qarsdakı RSFSR Konsulluğu yanındakı Naxçıvan müvəkkilliyində çalışmış Balabəy Əlibəyov təkcə  Naxçıvanda muzeyşünaslıq işinin banilərindən biri olma­mış, həm də bacarıqlı, rus, fars, türk dillərinə dərindən bələd olan bir diplomat kimi bir müddət fəaliyyət göstərmişdir.

Elnur KƏLBİZADƏ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3275739
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1181
4179
13508
60385
3275739

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter