15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Ziya Yusif Talıbzadənin adı mənbələrdə daha çox 1921-1922-ci illərdə Naxçıvan İnqilab Komitəsinin hərbi komissarı kimi səslənsə də, bəzi müəlliflər  onun həm də xarici işlər komissarı kimi fəaliyyətindən bəhs edirlər.
Qeyd edək ki, 1877-ci ildə Tiflisdə anadan olmuş Ziya Yusif Talıbzadə tanınmış ədib Abdulla Şaiqin qardaşıdır. O, ilk təhsilini Zaqafqaziya ruhani idarəsinin nəzdindəki Rüşdiyyə məktəbində almış, XIX əsrin sonlarında isə İranın Məşhəd şəhərində ali dini təhsilə yiyələnmişdir. Dini təhsilini Bağdadda tamamladıqdan sonra 1899-cu ildə Bakıya gələn Ziya Yusif türk, ərəb, fars və rus dillərini mükəmməl bilirdi.
Bakıda pedaqoji fəaliyyət göstərdiyi dövrdə müxtəlif əsərlər yazan və tərcüməçiliklə məşğul olan Ziya Yusif 1907-ci ildə Quranın Azərbaycan türkcəsində nəşr olunmuş üçcildlik nüsxəsini Osmanlı sultanı II Əbdülhəmidə təqdim etmək üçün milyonçu Hacı Zeynal­abdin Tağıyev tərəfindən Türkiyəyə göndərilmişdir. Sonralar siyasi həyatda aktiv şəkildə iştirak edən Ziya Yusif Türkiyədə hərbi təhsil almış, Balkan müharibəsində və Birinci Dünya müharibəsi illərində türk ordusunun tərkibində Qafqaz cəbhəsində vuruşmuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında fəal iştirak edən Ziya Yusif bir müddət Osmanlı dövləti nümayəndə heyətinin başçısı kimi Təbrizdə fəaliyyət göstərmişdir.

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra həbs edilən Ziya Yusif Nəriman Nərimanovun zəmanəti ilə həbsdən azad edilmiş, onun böyük təcrübəsi və hərbi bacarığı nəzərə alınaraq Naxçıvana hərbi komissar təyin edilmişdir. Məlum olduğu kimi, 1921-ci il yanvarın 21-də dövlət hakimiyyətinin ali orqanı Naxçıvan Diyar İnqilab Komitəsi yaradılmışdı.1921-ci ilin fevral ayından Naxçıvan İnqilab Komitəsinin  üzvü kimi fəaliyyətə başlayan Ziya Yusif general rütbəsində hərbi komissar kimi bu əzəli Azərbaycan torpağının daşnak Ermənistanından müdafiə edilməsində xüsusi şücaət göstərmişdir.  
1921-ci ilin oktyabr ayında isə Naxçıvan SSR Xalq Komissarları Sovetinin tərkibində ərzaq, torpaq, maliyyə, səhiyyə, maarif, daxili işlər, hərbi işlər, fəhlə-kəndli müfəttişliyi xalq komissarlıqlarından başqa, xalq xarici işlər, rabitə, əmək, daxili ticarət, sosial təminat, ədliyyə, xarici ticarət, fövqəladə komissiya, xalq təsərrüfatı şurası və hərbi tribunal komissarlıqları da yaradılır. Bu dövrdə Axund Yusif Talıbzadənin adı həm də qısa müddət ərzində xarici işlər komissarı kimi də çəkilir. Bu barədə Həsən Həsənov “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti” adlı kitabında yazır: “1920-ci ildə o, N.Nəriman­ovun xahişi ilə Azərbaycana gələrək Naxçıvanın xalq xarici işlər komissarı təyin olunmuşdur. Onun türk paşaları ilə yaxşı əlaqələri Naxçıvanın təhlükəsizliyini möhkəmlətməyə xidmət etmişdir. Bir müddət sonra Axund Ziya Yusif Talıbzadə Naxçıvandan     Türküstana köçərək Ənvər Paşa ilə birlikdə basmaçılar hərəkatına qoşulmuşdur”.
Görünür, xarici işlər komissarlığı yaradılan zaman yaranmış gərgin vəziyyətdə Ziya Yusifin ərəb, türk, fars və rus dillərini yaxşı bilməsi, həm Qacarlar dövlətində, həm də Türkiyədə yaxşı əlaqələrə sahib olması onun bu vəzifəni icra etməsi üçün müəyyənedici amil olmuşdur.
Lakin Naxçıvanı erməni millətçiləri və daşnaklar qarşısında ləyaqətlə müdafiə edən Ziya Yusif bolşeviklərin onlara qarşı liberal siyasəti ilə razılaşmamış, 1922-ci ilin axırlarında Bakıya gələrək Nəriman Nərimanovdan ölkə sərhədlərini tərk etmək icazəsi istəmiş və bu barədə rəsmi sənəd almışdır.
Bir müddət sonra Axund Ziya Yusif Talıbzadə Naxçıvandan Türküstana köçərək Ənvər Paşa ilə birlikdə basmaçılar hərəkatına qoşulmuşdur. Həmin dövrdə o, Z.V.Toğan ilə tanış olaraq sıx əlaqələr saxlamışdır. O, 1923-cü ilin avqustunda həlak olmuşdur.

Elnur KƏLBİZADƏ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3275711
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1153
4179
13480
60357
3275711

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter