08 May 2021, Şənbə
Prezident, Ali Baş Komandan İlham Əliyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın…

Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib

Martın 1-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı…

Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının  yeni binası istifadəyə verilib

Martın 11-də Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının yeni binası istifadəyə verilmişdir.…

Naxçıvanda sahibkarlarla işgüzar tədbir keçirilib

Fevralın 27-də Naxçıvan Biznes Mərkəzində…

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının  xatirəsi yad edilib

Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  İran nümayəndə heyəti ilə görüşüb

Fevralın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov…

Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Turizm sahəsi həm regionların…

Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin  yeni tədris korpusu istifadəyə verilib

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Hər bir azərbaycanlı öz ana dilini…

Naxçıvanda Vətən müharibəsi şəhidləri  böyük ehtiramla qarşılanıb

Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan şəhidlərimizin xatirəsi…

Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks Ltd.


İCTİMAİ-SİYASİ



Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir Ağdam. Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşən füsunkar təbiətli, məhsuldar torpaqlı Ağdam gözəl Qarabağımızın canıdır. Ağdam sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşayan türkdilli qəbilələr özlərini müdafiə etmək üçün, əsasən, kiçik qalalar tikərdilər.   

Zaman keçdikcə bu şəhərin adı müxtəlif mənalarla ifadə edilib. XVIII əsrin birinci yarısında qarabağlı Pənahəli xanın Ağdamda ağ daşdan tikdirdiyi imarət uzun müddət kənd sakinləri üçün bir növ simvola çevrilib. Bu mənada, “Ağdam” həm də günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev mənasını verib. Digər bir versiyaya görə, Ağdam sözünün başqa bir mənası “Ağ insan” dır. Rus alimlərinin apardığı araşdırmalara görə, Ağdam-ağ Adəm, ilk insan mənasını verməklə dünyanın ən qədim yaşayış məskənlərindən də biridir. Dünya tarixində ilk dəfə olaraq ən qədim buğdanın bu ərazidə tapılması ilk insanın – Adəmin burada yaşamasının sübutu kimi qiymətləndirilir. Ağdam Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynayıb. Albaniya ərazisində yaşayan 26 tayfadan biri olan, yüksək mədəniyyətə malik qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyunca məskunlaşıblar. Cənubi Qafqaz xalqları içərisində ilk əlifbanı da məhz Ağdam ərazisində yaşayan yerli Beniamin qarqarlarının yaratdığı deyilir. Ağdam qədim yaşayış məskənlərindən biri hesab olunur. Tədqiqatlar onu deməyə imkan verir ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni Eneolit dövründə (eramızdan əvvəl IV-VI minilliyi əhatə edir, “Misdaş” dövrü adlanır) yaşayıb, qədim əkinçilik və maldarlıq mədəniyyətinə malik olublar. Onlar dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrlə məşğul olub, maddi-mənəvi abidələr yaradıblar.

Ağcabədi, Tərtər, Bərdə, Kəlbəcər, Əsgəran və Xocavənd, həmçinin Füzuli rayonları ilə həmsərhəd olan Ağdamın yaranma tarixi mənbələrdə 8 avqust 1930-cu il kimi göstərilir. Ağdam rayonunda 1 şəhər, 2 qəsəbə (Quzanlı, Açarlı) 123 kənd var idi. Rayonun inzibati mərkəzi Ağdam şəhəri Bakıdan 362 kilometr məsafədə, Qarqar çayının sahilindən 3 kilometr aralı, Qarabağ düzünün cənub-qərbində yerləşir. Qədim tarix, mədəniyyət, elm və təhsil mərkəzi kimi hər zaman maraq doğurub Ağdam. Xudu Məmmədov, Sara Qədimova, Qədir Rüstəmov, Arif Babayev və neçə-neçə böyük sənətkarı, elm-mədəniyyət xadimlərini yetişdirib bu torpaq. Ağdam şəhərinin şimal-qərbindəki Xındırıstan kəndində yerləşən Üzərliktəpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və digər müxtəlif tarixi dövrləri əks etdirən tarixi-memarlıq abidələri, yaşayış məskənləri, sərdabələri, kurqanları Ağdamın qədim Azərbaycan torpağı olduğunu sübut edir. Ağdamın iqlimi, əsasən, mülayim isti, quraq subtropikdir. Rayon ərazisinin 1700 hektarı meşəlik, 28 min hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Rayon ərazisindən Qarqar, Xaçın, Qabartı, Papravənd (Gülyataq), Gülablı çayları axırdı. Ağdam ağır, yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik rayon idi. Ağdamda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, metis-furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmiryol vağzalı və aeroport, avtomobillərə texniki xidmət stansiyaları, məişət xidməti kombinatı, elektrik şəbəkəsi, kənd təsərrüfatı, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi stansiyaları, Üzeyir Hacıbəyov adına Musiqi Texnikumu, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı fəaliyyət göstərirdi.

Düşmənin həsədlə baxdığı strateji əhəmiyyətli şəhər

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı başlatdığı mübarizənin ilk atışmaları, ilk qığılcımı, təcavüzün ilk addımları məhz Ağdamda hiss edildi. Dağlıq Qarabağa gedən yolların Ağdamdan keçməsi mənfur düşməni daha da iştaha gətirdi. 1992-ci ilin sentyabrında Abdal-Gülablı kəndinin işğal olunması, ondan sonra da rayonun digər kəndlərinə edilən hücumlar düşmənin Ağdama qarşı yönəldilmiş təcavüzkar planlarını doğrultdu. Ağdam 1993-cü il iyul ayının 23-də işğal olundu. Erməni təcavüzünün qarşısının alınması üçün strateji nöqteyi-nəzərdən çox əhəmiyyətli bir nöqtədə yerləşən Ağdam ovaxtkı dövlət idarəetmə sükanı arxasında oturan siyasət dəllallarının yarıtmaz fəaliyyəti, onlar arasında gedən çəkişmələr və ziddiyyətlərin nəticəsində ağdamlıların uzunmüddətli mübarizəsinə baxmayaraq, işğal edildi. İşğal nəticəsində rayon ərazisinin 846,7 kvadratkilometri, yəni ümumi ərazinin 77,4 faizi ermənilərin əlinə keçdi. Böyük şairimiz Cabir Novruz Ağdamın işğalını belə mənalandırırdı:

Aman, Allah aman,
Görməyəydim heç bir zaman,
Ağdam kimi məmləkətim
Necə çıxdı əlimizdən,
Ağdam getdi ta nə qaldı…
Əsr-əsr, zaman-zaman
Neçə yerə parçalanmış Vətən qaldı…
Ağdam getdi, ta nə qaldı
Bir mən qaldım, bir sən qaldın…

Ağdam getdi... Mənfur düşmən Ağdamı talan etdi. Neçə kəndi, yaşayış binasını, sənaye və tikinti müəssisəsini, məktəb binasını, səhiyyə mərkəzini, mədəniyyət ocağını, teatrı, məscid və muzeyləri, tarixi abidələri vandalizm siyasətinin qurbanına çevirdi. Ağdamın payına 5897 şəhid, 3531 nəfər sağlamlıq imkanları məhdud, 1871 nəfər yetim uşaq düşdü. 126 min (1993) nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşdü, qaçqın, məcburi köçkün adı aldı.
Müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra ağdamlıların da həmdəmi, himayədarı oldu. Böyük dövlət xadimi ağdamlılarla keçirdiyi hər bir görüşündə onların dərdinə şərik olur, ağdamlıların dəyanətli, vüqarlı insanlar olduqlarını bildirərək, torpaq itkisi ilə yaşayan həmvətənlərimizin doğma yurdlarına qayıdacaqlarına inam hissi yaradırdı... O deyirdi: “Ağdamlılara mənim daim xüsusi hörmətim və qayğım olubdur. Hələ 70-ci illərdə mənim burada işlədiyim zaman Ağdama nə qədər çox diqqət göstərilmişdir. Ağdamda nə qədər böyük işlər görülmüşdür – həm şəhərin qurulması, yaradılması, həm qəsəbələrin abadlaşdırılması, həm Ağdamın iqtisadiyyatının inkişaf etdirilməsi baxımından. Ağdamın iqtisadiyyatı o illərdə çox yüksək sürətlə inkişaf edirdi. Ağdam rayonu o vaxt bizim ən varlı rayonlarımızdan biri idi. Çünki Ağdamın çox gözəl torpağı var, çox gözəl təbiəti var, çox fədakar, zəhmətkeş insanları var. Ağdam Azərbaycanın inkişafında çox böyük rol oynamışdır. Ağdamdan olan insanlar Azərbaycanın elmini, mədəniyyətini inkişaf etdirmişlər. Azərbaycanın dövlət orqanlarının yaradılmasında, inkişaf etdirilməsində fəal iştirak etmişlər. Bu da həm ağdamlıların sərvətidir, həm də bütün Azərbaycan xalqının sərvətidir”.
Ulu öndərimizin siyasətini layiqli şəkildə davam etdirən Prezident cənab İlham Əliyevin qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitin yaxşılaşdırılması və onların məskunlaşma, məşğulluq problemlərinin həlli üçün verdiyi fərmanlardan sonra bir sıra yaşayış məntəqələrində hər cür kommunal xidmətlər təşkil edilmiş, orta məktəblər, tibb məntəqələri, uşaq bağçaları və digər zəruri infrastruktur obyektləri tikilmiş, ağdamlılara dövlət tərəfindən hər cür qayğı göstərilmişdir. Bunun nəticəsidir ki, ağdamlılar da dövlət başçısının apardığı siyasəti tam dəstəkləyir və bilirdilər ki, tezliklə doğma yurdlarına qayıdacaqlar.

“Qafqaz Xirosiması” və ruhlarşəhərinə çevrilmişdi Ağdam

Bir vaxtlar Azərbaycanın iqtisadi, elm, təhsil mərkəzlərindən biri olan “Qafqaz gözəli” Ağdam mənfur ermənilərin əlində “Qafqaz Xirosiması” və ruhlar şəhərinə çevrilmişdi. Yanlış eşitmədiniz. Ağdam bu gün erməni vandalları tərəfindən xarabazarlıq, viran edilmiş yurddur. Burada erməni hərbi birləşmələrinin törətdikləri vəhşilikləri, insanlığa sığmayan cinayətləri görən hər kəs bu cür vandallığı Xirosima faciəsi ilə müqayisə edir. Bu gün Ağdam həm də turistlərin ən çox ziyarət etdiyi 20 ruhlar şəhərindən biridir. “Bir vaxtlar britaniyalı jurnalist Tomas de Vaalın kitabında “balaca Xirosima” deyə bir bənzətmə oxuyanda düşünmüşdüm ki, bu, şişirtmədir. Amma yox, şişirdilməyib. Ağdam xarabalığa çevrilib və bu, olduqca dəhşətli bir mənzərədir” – çex jurnalisti Petruşka Şustrovanın dediyi bu sözlər indiki Ağdamın canlı mənzərəsidir.
Minlərlə şəhid verən, məcburi köçkünlük taleyi yaşayan ağdamlıların torpaq sevgisi, Vətən məhəbbəti çox güclüdür. Düz 27 ildir ki, ağdamlıların könlündə bir ümid çırağı yanır. Bu gün artıq o ümid çırağı şölə saçır. Ağdam qayıdır. Ağdamlılar illərdir, həsrətində olduqları doğma torpaqlarına, yurdlarına qayıdırlar, ordumuzun qüdrəti, Ali Baş Komandanımızın qətiyyətli iradəsi ilə.
Ulu öndərimiz Heydər Əliyev Ağdamda olarkən demişdi: “Mən arzu edirəm ki, Ağdam gündən-günə çiçəklənsin. Həm şəhər, həm də kəndlər dastanlarda, şeirlərdə olduğu kimi, Azərbaycanın gözəl bağ-bağatlı guşəsi olsun. Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz!”. Biz bu gün əminik. Əminik ki, hər bir sahədə Ata vəsiyyətini uğurla yerinə yetirən Prezidentimiz cənab İlham Əliyev işğaldan azad edilmiş digər şəhər və rayonlarımıza, o cümlədən Qarabağın canı Ağdama da yeni həyat verəcək, Ağdam diriləcək, Ağdam dirçələcək…

 Güntac ŞAHMƏMMƏDLİ

  • 000.jpg
  • 00000.jpg.jpg
  • 000000000000.jpg.jpg
  • 1-2015.jpg
  • 1-20155.jpg
  • 01.jpg
  • 1.jpg
  • 2.jpg
  • 02.jpg
  • 3 li mekteb.jpg
  • 3-2015.jpg
  • 03.jpg
  • 3.jpg
  • 03_PREZIDENT-NAXCIVAN-SEFER-MUSIQI-MAKTABI-ACHILISH.jpg
  • 4-2015.jpg
  • 4.jpg
  • 5-2015.jpg
  • 5.jpg
  • 05.jpg
  • 6-2015.jpg

HƏFTƏLİK NÖMRƏLƏR

Prev Next

Naxçıvan Müəllimlər İnstitutunda Tələbə …

08-05-2021-11-57 İCTİMAİ-SİYASİ

Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Elmi Cəmiyyətinin Yekun Konfransı keçirilmişdir

         Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Müəll...

Bakıda Polad Həşimovun adına park salını…

08-05-2021-11-17 İCTİMAİ-SİYASİ

Bakıda Polad Həşimovun adına park salınır

      Bakıda Milli Qəhrəman, şəhid general-mayor Polad ...

Əziz Şuşa, biz qayıtmışıq!

08-05-2021-11-02 İCTİMAİ-SİYASİ

Əziz Şuşa, biz qayıtmışıq!

      Həmin gün – 1992-ci ilin 8 may günü qara hərflərlə y...

“Bu, kino ki var...” adlı kinoviktorin…

07-05-2021-20-59 -Mədəniyyət

“Bu, kino ki var...”  adlı  kinoviktorinanın muxtar respublika birinciliyi keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil Nazirlik...

1941-1945-ci illər müharibəsi iştirakçıl…

07-05-2021-20-51 -Sosial

Bu gün ölkəmizdə müharibə veteranlarına dövlət qayğısı sosia...

Çempionatda iki şahmatçı liderdir

07-05-2021-20-49 İDMAN

Çempionatda iki şahmatçı liderdir

Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan şah...

Şahmat üzrə Azərbaycan çempionatı gərgin…

07-05-2021-20-47 İDMAN

Şahmat üzrə Azərbaycan çempionatı gərgin mübarizələrlə  davam edir

Naxçıvanda təşkil olunan şahmat üzrə kişilər arasında Azərba...

Gənclər Heydər Əliyev Muzeyində olublar

07-05-2021-20-44 -Sosial

Gənclər Heydər Əliyev Muzeyində olublar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ild...

Yeni vəzifəyə təyin olunmuş dövlət qullu…

07-05-2021-20-42 İCTİMAİ-SİYASİ

Yeni vəzifəyə təyin olunmuş dövlət qulluqçularının  təntənəli andiçmə mərasimi keçirilib

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci...

Bal ətirli söhbətlər

07-05-2021-20-27 İQTİSADİYYAT

 Bal ətirli söhbətlər

Baharın gəlişi ilə torpaq oyanıb, təbiət canlanıb. Yazın m...

Muxtar respublikada ilk dəfə olaraq müha…

07-05-2021-20-24 İQTİSADİYYAT

Muxtar respublikada ilk dəfə olaraq mühasiblərin  müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Mal...

Naxçıvan göycəsi – onu necə ixrac edə bi…

07-05-2021-20-22 İQTİSADİYYAT

Naxçıvan göycəsi – onu necə ixrac edə bilərik

Naxçıvan meyvələri uzaq keçmişdən dad-tamı ilə seçilərək t...

“Peşə təhsili: reallıqlar və perspektiv…

07-05-2021-20-20 -Elm və təhsil

“Peşə təhsili: reallıqlar və  perspektivlər” mövzusunda seminar

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin təşkil...

Muxtar respublikada ümummilli lider Heyd…

07-05-2021-20-18 İCTİMAİ-SİYASİ

Muxtar respublikada ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü  münasibətilə tədbirlər təşkil edilib

Muxtar respublikada ümummilli lider Heydər Əliyevin anadan...

Naxçıvan Muxtar Respublikası Rəssamlar …

07-05-2021-17-07 İCTİMAİ-SİYASİ

Naxçıvan Muxtar Respublikası Rəssamlar  Birliyinin konfransı keçirilib

Mayın 7-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyin...

Yanacaqdoldurm məntəqələrində, mehmanx…

07-05-2021-15-56 İCTİMAİ-SİYASİ

        Muxtar respublika ərazisində yanğın təhlükəsizliyini...

Naxçıvan Muxtar Respublikası “Kardioloji…

07-05-2021-15-54 İCTİMAİ-SİYASİ

Naxçıvan Muxtar Respublikası “Kardioloji Mərkəz” publik hüqu...

Altetika idman növləri üzrə məktəblərin …

07-05-2021-15-53 -Elm və təhsil

Altetika idman növləri üzrə məktəblərin rayon birinciliyi keçirilib

Atletika Federasiyasının Sədərək Rayon Bölməsi, Sədərək Ra...

Naxçıvan Tibb Kollecində “Qoca və Dəniz”…

07-05-2021-15-48 İCTİMAİ-SİYASİ

Naxçıvan Tibb Kollecinin kitabxanasında “Oxunması zəruri ola...

Ümummilli lider Heydər Əliyevin anadan o…

07-05-2021-15-45 -Elm və təhsil

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilib

Mayın 6-da Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə muxt...

Prev Next

Example of service to the Azerbaijan sta…

18-12-2020-18-12 News

Example of service to the Azerbaijan statehood

  In the early 1990s, Azerbaijan was going through difficult times in...

Armenian militants brought to Karabakh f…

25-09-2020-12-39 News

Armenian militants brought to Karabakh from Syria

A battalion of Armenian fighters from the YPG / PYD terrorist organi...

Azerbaijani and Turkish air forces hold …

16-09-2020-12-00 News

Azerbaijani and Turkish air forces hold joint flights over Nakhchivan  (2)

 On September 15,joint flights of Azerbaijani and Turkish Air Forces...

In Nakhchivan Knowledge Day celebrated w…

16-09-2020-11-40 News

In Nakhchivan Knowledge Day celebrated with the opening of a new school building

The rapid socio-economic development strategy defined by our nationa...

Meeting held in Nakhchivan with high-sco…

13-09-2020-15-05 News

Meeting held in Nakhchivan with high-scoring graduates

NAKHCHIVANTODAY.COM reports that on September 12, a meeting was held...

Certificates presented to teachers who p…

12-09-2020-15-11 News

Certificates presented to teachers who passed the certification exams successfully in Nakhchivan

Chess Center on 11th of September, Chairman of the Chess Federation ...

Determination and perseverance based on …

11-09-2020-12-00 News

Determination and perseverance based on wise ideas, unshakable political will, the value given to the human factor creates great confidence in a more prosperous future

The general picture of last month confirms this. The everlasting wi...

Meeting in the Supreme Assembly of the N…

06-09-2020-14-46 News

Meeting in the Supreme Assembly of the Nakhchivan Autonomous Republic

A delegation led by the  3rd Commander of the Army of the Republic o...

“Nakhichevan” decorated with “Genocide t…

06-02-2020-11-51 News

“Nakhichevan” decorated with “Genocide tales”, pomegranate, apricot, grapes fights, salvation army 416

(Previous in the 16th January dated newspaper) … Armenians’ claims ...

“Melted down” Nakhichevan in Don or wher…

06-02-2020-11-44 News

“Melted down” Nakhichevan in Don or where from starting of Armenians’ Nakhichevan “love”?

13 years ago, in December 2007, there were published news in Mass Me...

President Ilham Aliyev received Chairman…

20-11-2019-22-02 News

President Ilham Aliyev received Chairman of Supreme Assembly of Nakhchivan Autonomous Republic Vasif Talibov

President of the Republic of Azerbaijan Ilham Aliyev has received Ch...

This chess festival was unforgettable fo…

15-05-2019-19-34 News

This chess festival was unforgettable for me

Winner of International Chess Festival "Nakhchivan-2019" interview wit...

The International Chess Festival "N…

15-05-2019-19-27 News

The International Chess Festival "Nakhchivan-2019" has finished

The Nakhchivan-2019 International Chess Festival, dedicated to the 96t...

This festival has a special place in the…

09-05-2019-18-42 News

This festival has a special place in the calendar

The tense and stubborn struggle of the intellectuals participating in ...

The 8th round of the International Chess…

09-05-2019-18-33 News

The 8th round of the International Chess Festival was over

The 8th round of the International Chess Festival "Nakhchivan-2019" de...

Blitz Tournament

08-05-2019-08-01 News

Blitz Tournament

The Blitz Tournament was also held among the participants of the ongoi...

Chess players competed for the futsal ch…

07-05-2019-20-19 News

Chess players competed for the futsal championship

Chess players have a good break in the International Chess Festival. ...

Nakhchivan introduced himself as a chess…

04-05-2019-09-02 News

Nakhchivan introduced himself as a chess land in the world arena

As is known, the International Chess Festival "Nakhchivan-2019", dedic...

The first round of the festival has come…

02-05-2019-20-20 News

The first round of the festival has come to an end

The first round of the Nakhchivan-2019 International Chess Festival, d...

The International Chess Festival has sta…

02-05-2019-16-20 News

The International Chess Festival has started

By the symbolic move of the Minister of Youth and Sports of the Repu...

Prev Next

Проект "Север-Юг" сделал Азерб…

04-03-2020-21-55 Новости

Проект "Север-Юг" сделал Азербайджан ключевым экономическим партнером и для Европы, и для Азии

Международный транспортный коридор Север-Юг - это транспортная артер...

Президент Ильхам Алиев принял председате…

20-11-2019-22-05 Новости

Президент Ильхам Алиев принял председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики Васифа Талыбова

Президент Азербайджанской Республики Ильхам Алиев принял председател...

Этот шахматный фестиваль был незабываемы…

15-05-2019-19-33 Новости

Этот шахматный фестиваль был незабываемым для меня

Победитель Международного шахматного фестиваля "Нахчыван-2019" интервь...

Международный шахматный фестиваль "…

15-05-2019-19-29 Новости

Международный шахматный фестиваль "Нахчыван-2019" завершился

Завершился международный шахматный фестиваль «Нахчыван-2019», посвящен...

Вице-президент Международной шахматной ф…

14-05-2019-11-36 Новости

Вице-президент Международной шахматной федерации: шахматные школы в Нахчыване могут стать примером для всего мира

Международный шахматный фестиваль «Нахчыван - 2019» - турнир очень выс...

Президент Шахматной федерации Азербайджа…

14-05-2019-11-35 Новости

Президент Шахматной федерации Азербайджана: “Нахчыван - 2019” проявляет большой интерес к Международному шахматному фестивалю

Большой интерес вызывает традиционный Международный шахматный фестивал...

Этот фестиваль занимает особое место в к…

09-05-2019-18-49 Новости

Этот фестиваль занимает особое место в календаре

Продолжается напряженное и упорное соревнование интеллектуалов, участв...

8-й тур Международного шахматного фестив…

09-05-2019-18-16 Новости

8-й тур Международного шахматного фестиваля был завершен

В Шахматном центре в городе Нахчывань завершился восьмой тур Междунаро...

Фестиваль проходит на высоком уровне

08-05-2019-21-21 Новости

6-ой тур Международного шахматного фестивалья Нахчыван-2019, посвященн...

Блиц Турнир

08-05-2019-08-01 Новости

Блиц Турнир

Также проводился Блиц Турнир среди участников проходящего Международно...

Нахчыван представился шахматной ареной н…

04-05-2019-09-42 Новости

Нахчыван представился шахматной ареной на мировой арене

Международный шахматный фестиваль «Нахчыван-2019», посвященный 96-лети...

Первый тур фестиваля подошел к концу

02-05-2019-20-23 Новости

Первый тур фестиваля подошел к концу

Первый тур Международного шахматного фестиваля «Нахчыван-2019», посвящ...

Состоялась церемония открытия Международ…

02-05-2019-15-58 Новости

Состоялась церемония открытия Международного Шахматного Фестиваля "Нахчыван-2019"

1 мая в Нахчыванском Государственном Музыкально-раматическом театре со...

Стартовал международный шахматный фестив…

02-05-2019-14-39 Новости

Стартовал международный шахматный фестиваль

Международный шахматный фестиваль "Нахчыван-2019" начался с символич...

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR