30 Noyabr 2020, Bazar ertəsi

“Naxçıvan” Universitetində İqtisadiyyat və İdarəetmə fakültələrinin əyani şöbəsinin İqtisadiyyat, Turizm və otelçilik, Mühasibat uçotu və audit, Beynəlxalq münasibətlər və Maliyyə ixtisasları üzrə IV kurs tələbələrinin 2020-2021-ci tədris ilinin payız semestrində keçəcəkləri istehsalat təcrübəsinə həsr olunmuş başlanğıc konfransı keçirilib.

Konfransı giriş sözü ilə universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq istehsalat təcrübəsinin əhəmiyyətindən və təcrübə qaydalarından danışaraq bildirib ki, ali məktəb tələbələrinin tədris prosesinin vacib istiqamətlərindən biri istehsalat təcrübəsidir. Əsas məqsəd tələbələrin ilboyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən öyrənilməsi, onların peşəkar kadr kimi yetişməsindən ibarətdir.
Konfransda İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədovun İqtisadiyyat, Turizm və otelçilik ixtisaslarında, İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadənin isə Mühasibat uçotu və audit, Maliyyə və Beynəlxalq münasibətlər ixtisaslarında istehsalat təcrübəsinin keçirilməsinə dair, İqtisadiyyat kafedrasının müdiri Dilsuz Qasımovun “İstehsalat təcrübəsinin təşkili, gedişi və qarşıda duran vəzifələr” mövzusunda çıxışları dinlənilib.
Qeyd olunub ki, Turizm və otelçilik ixtisasında təhsil alan tələblər 7 həftə, digər ixtisaslarda təhsil alan tələbələr isə 6 həftə olmaqla, ümumilikdə, 78 tələbə Naxçıvan Muxtar Respublikası Maliyyə və İqtisadiyyat nazirliklərində, Turizm Departamentində, Dövlət Miqrasiya Xidmətində, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində təcrübə keçəcəklər.

Seyfur Hacımuradov

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR