02 Dekabr 2020, Çərşənbə

27 sentyabr 2020-ci il tarixdən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərbi cinayətlər mütəmadi olaraq yerli və beynəlxalq kütləvi informasiya vasitələri tərəfindən geniş dünya ictimaiyyətinə çatdırılıb.

Ombudsman Aparatından verilən məlumata görə, bu məqsədlə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan ərazilərinə Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində mülki əhaliyə qarşı törədilmiş kobud insan hüquqları pozuntularının dünya ictimaiyyətinə çatdırmış Türkiyənin “TRT World” kanalının əməkdaşları Nihat Yayman və Hasan Abdullahı qəbul edib və onlara qərəzsiz və obyektiv fəaliyyətlərinə görə təşəkkürünü bildirib.

Qonaqlar Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasından məmnun olduqlarını, göstərilən diqqətə və münasibətə görə Müvəkkilə öz minnətdarlıqlarını bildiriblər.

Sonda N.Yayman və H.Abdullah Ombudsman Səbinə Əliyeva tərəfindən fəxri fərman və Ombudsmanın xatirə medalı ilə təltif olunublar.

 

 

 

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR