26 Noyabr 2020, Cümə axşamı

Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmalara əməl olunur, regionda vəziyyət stabilləşir.

Bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) ölkələrinin sammitində deyib.

O bildirib ki, sentyabr ayında kəskinləşmiş Dağlıq Qarabağ münaqişəsinin dayandırılması üçün Rusiya ciddi səylər göstərdi:

“Bizim vasitəçiliyimiz nəticəsində noyabrın 10-da atəşin dayandırılması və Dağlıq Qarabağda rusiyalı sülhməramlıların yerləşdirilməsi barədə razılaşmalar əldə olundu”.

Prezident əlavə edib ki, əldə olunan razılaşmalara əməl olunur:

“Döyüş əməliyyatları tamamilə dayandırılıb, vəziyyət stabilləşir. Beləliklə, münaqişənin ədalətli əsasda, həm Azərbaycan, həm də erməni xalqının maraqları çərçivəsində uzunmüddətli və tamformatlı tənzimlənməsi üçün şərait yaradılıb”.

 

 

 

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR