26 Noyabr 2020, Cümə axşamı

Bu gün daha qürurlusan daha yüksəklərdə dalğalanırsan. Ay ulduzun şölə saçır mənəm deyir gəlmişəm illərdir həsrətində olduğum torpaqlara sancılmağa  səmasında parlamağa Qarabağın. İgidlərin səni ürəyinin üstündə gəzdirir hər qarış torpağı işğaldan azad etdikcə yüksəklərdə dalğalandırır. Bu gün Cəbrayılda, Qubadlıda, Fizulidə, Şuşada dalğalanırsan sabah Xankəndində, Kəlbəcərdə dalğalanacaqsan.  Düz 102 il bundan öncə bir may səhərində ay ulduzun üç rənginlə şölə saçdın dalğalandın Azərbaycanın səmasında. Cəmi 23 ay çəkdi xoşbəxtliyimiz. Səni xain əllər göylərdən endirdi amma xalqımızın ürəyindən silə bilmədi. Ən dəyərli xəzinə kimi saxlandın əzizləndin gizlin gizlin çıxarılıb neçə neçə anaların ataların sinəsinə basıldın göz yaşı ilə islandın. Ta o vaxta kimi ki, müstəqilliyimiz elan edildi yüzlərlə igid azərbaycanlının şücaəti ilə. Sən yenə yüksəldib  dalğalandın. Və  tarixi bir gündə doğma Naxçıvanımızdan qanad açdın Vətənimiz Azərbaycana. Yüksəklərə sancıldın. Tale yenə bir sınaq qismət etdi sənə canımız varlığımız Qarabağın düşmən hücumuna məruz qalanda bağrımızda yeni bir yara açıldı bizi ən çox incidən isə sənin Şuşanın Laçının, Ağdamın səmasından qoparılmağın oldu. İllərdir həsrətindəydik biz də, sən də.  Yenə Şuşaya Laçına doğru yol aldın igid Azərbaycan əsgərinin əllərində göylərə yüksəldin sancıldın Qubadlıya Zəngilana Şuşaya. Silahla sən tən oldun. Oğulların silahı çiynində, səni köksündə daşıdı. Onların yüksəldiyi zirvə şəhidlik oldu o zirvənin ən yüksək yerində isə sən varsan. Daima yüksəklərdə dalğalan Türkün şanlı bayrağı.

 Ramiyyə ƏKBƏROVA


 

 

 

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR