04 Dekabr 2020, Cümə

Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış bəyanata əsasən planlaşdırılan Kəlbəcərin təhvil verilməsinə paralel olaraq, oraya yerləşdiriləcək Azərbaycan Ordusunun hissələri və qüvvələri rayon ərazisinə hərəkət etmək üçün tam hazır vəziyyətdədir.

Bunu noyabrın 15-də keçirilər brifinqdə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov deyib.

General-mayor bildirib ki, Azərbaycan Ordusunun mühəndis qoşunları tərəfindən Kəlbəcərə bitişik olan və bu günədək Ordumuzun nəzarətindəki ərazilər minalardan təmizlənib.

Kəlbəcər rayonunun ərazisinə və əvvəlcədən müəyyənləşdirilmiş post və məntəqələrə hərəkət əsasən iki istiqamətdən - Göygöl və Daşkəsəndən həyata keçiriləcək. Kəlbəcərə daxil olacaq qüvvələrimiz, ilk növbədə, Azərbaycan-Ermənistan dövlət sərhədi və Qarabağ ərazisində sülhməramlılar tərəfindən yaradılmış nəzarət məntəqələri boyunca yerləşdiriləcək.

Hüseyn Mahmudov vurğulayıb ki, Azərbaycan Müdafiə Nazirliyi yüksək texnologiyaya malikdir və biz prosesi diqqətlə izləyirik. Heç bir təxribata yol verilmir. Brifinqdə göstərilən videodan göründüyü kimi, bir neçə kilometr uzunluğunda avtomobil karvanları hərəkət edir. Yol çox dar olduğu üçün bu proses ləngiyir. Əsas məqsədimiz prosesi diqqətlə izləmək və yaranmış vəziyyət barədə tam dəqiq məlumatı ictimaiyyətə çatdırmaqdır.

O bildirib ki, ermənilər işğal altındakı əraziləri tərk edərkən binaları, meşələri yandırır, öz postlarını dağıdır. Bu, bir daha onların əsl iç üzünü dünya ictimaiyyətinə göstərir. Biz bu proseslərə nəzarət edirik.

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR