29 Noyabr 2020, Bazar

İnsan hələ kiçik yaşlarından Vətənin doğmalığını, onun təkrarolunmazlığını və ya sadəcə olaraq  “Ana Vətən” kəlməsinin qəlbində yaratdığı istiliyi dərindən duyub hiss edir. Hələ kiçik yaşlarımızdan valideyinlərimizin dilindən “Vətən anadır”- kəlməsini eşidə-eşidə böyürük.Torpağın üstündə addımladıqca yavaş-yavaş dizlərimiz  bərkiyir, qollarımıza qüvvət gəlir. Yaşa dolduqca dərk edirik ki,  bu torpaqda yaşayırıqsa, bu yurdun havasını udub, suyunu içiriksə, bizə bu diyar həyat veribsə, deməli, biz bu ölkənin  vətəndaşıyıq, bu torpağın övladıyıq. Bütün varlığımızla bu yurda, bu torpağa,ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Vətən! ən əziz adım, Vətən ən uca zirvəm...Hər zaman qürurla, uca  səslə səsləndirdiyim kəliməmdir Vətən! Vətən tale töhfəsidir, Vətən bəşər övladının şanı-şərəfi, qeyrəti, namusudur.Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da  bizlərik. Vətən torpağı bizim üçün  toxunulmazdır, müqəddəsdir.

Bəli Vətən bizim müqəddəs and yerimizdir,qürurumuzdur. Bu ifadələri biz döyüş meydanında bir daha təsdiqlədik. Diqqət edək Rusiya mediasının yazdığına: “Belə döyüş, dövlət Vətən sevgisi görən olubmu, demək çətindir?! Dağ yuxarı, həlak olmuş yoldaşı çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan ordusu. Nə yaralını, nə öləni əldən buraxmırdılar. Nəfəs almadan Şuşaya çıxdılar...”

Bəli, biz nə Vətənimizdən keçərik, nə də Şəhidimizdən. Çünki, bu torpaqda gözümüzü açandan, özümüzü dərk edəndən Vətənin daşı olmaq, Vətəndən üçün  candan keçmək,millətinə sadiq olmaq kimi ifadələr artıq qanımıza hopub. Döyüşlərdə də igid əsgərlərimizin torpağından ötrü göstərdiyi şücayəti, Şəhidinə verdiyi dəyər dediklərimizi bir daha təsdiqləyir. II Qarabağ müharibəsi başlayan ilk gündən hər birimiz bir yumruq olduq, bir-birimizə elə möhkəm sarıldıq ki, heç bir qüvvə bizi ayıra bilməzdi. Böyükdən tutmuş, kiçiyinə hər kəs ordumuza dəstək olmaq istəyirdi. Halbuki ordumuzun heç bir köməyə ehtiyacı yox idi. Çünki, şanlı ordumuzun İlham Əliyev kimi Ali Baş Komandanı var. Müharibə dövründə hər bir yeni günə başlayan kimi xalqımızın ürəyi  yeni qələbə xəbərləri ilə döyünürdü. Məhz xalqımızın bu Qələbə əzmi əsgərlərimizi daha da ruhlandırdı. Bu münaqişədə haqq da, ədalət də Azərbaycanın yanında idi. Məhz buna görə də tez bir zamanda Qələbə bizimlə oldu.

....Və nəhayət 30 illik nisgilimiz artıq geridə qaldı. Qələbəmizi bütün dünyaya bəyan etdik. Ali Baş Komandanımız deyirdi: “Bu, bizim  hər birimizin  həyatında  ən xoşbəxt anlardır. İkinci Qarabağ  müharibəsi tarixdə  Azərbaycanın  şanlı qələbəsi kimi qalacaq. Qələbənin  qazanılmasında  bütün xalqımız  birlik, həmrəylik göstərdi.”

Şükürlər olsun bu günümüzə.İllərdir torpaq həsrəti ilə yanıb alışırdıq. Yanan yaramıza məlhəm olanımız yox idi. Sadəcə səbr etdik. Daha da  möhkəmləndik, daha da, mətinləşdik və xalqımızla əlbir olub bütövləşdik. İgid oğullarımızın qanı bahasına yazılan möhtəşəm tarixi hadisənin şahidi olduq. Düşməni öz torpaqlarımızdan iti qovan kimi qovduq. Ölkə başçısının dediyi kimi: “Nə oldu Paşinyan? Deyəsən bir çox illər ərzində dillər əzbəri olacaq. Ne oldu Paşinyan  yol çəkirdin Cəbrayıla? Rəqs edirdin. Nə oldu bəs status. Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdu status və olmayacaqda. Qovmuşuq onları torpaqlarımızdan. İti qovan kimi qovmuşuq”. İgid əsgərlərimiz  dağ oynatdı yerindən, düşmənə yerini bildirdi. Qürur duyuruq belə qeyrətli oğullar yetişdirən analarla.Baş əyirik o anaların qarşısındakı şəhid olmuş oğullarının qoxsunu bir daha duya bilməcəyəklər.

     Bir sözlə, müharibə meydanında gücümüzü bütün dünyaya nümayiş etdirdik. Bu xoşbəxt günün gec-tez gəlib çatacağına inanırdıq.İnanırdıq ona görə ki, müzəffər ordumuzun başında Ali Baş Komandanımız durur. Rəhbəri güclü olan xalq yenilməzdir. Vətənimizin milli qəhrəmanı,Ali Baş Komandanımızın əmri ilə torpaqlarımız bizlərə geri qayıtdı. Nəfəs verildi həmin torpaqlara. Doğmalarına geri dönüb artıq həmin torpaqlarımız. Biz artıq Qarabağa qayıtdıq. Biz gələn il avqust ayında doğma Şuşamızda keçiriləcək festivalda iştirakımıza hazırlaşırıq.  Bundan xoşbəxt, qürurverici bir hal ola bilərmi?Artıq istirahət etmək etəyən xalqımız başqa ölkələrə deyil, öz doğma torpaqlarımızı gəzib-dolaşmağa gedəcək. Və biz bu günlərimizi doya-doya yaşamaq  üçün tələsirik.Doğma torpaqlarımıza nəfəs verməyə tələsirik.Tələsirik ona görə ki, artıq Şuşamızda Xari bülbülün ətrini ciyarlarımız uda biləcəyik. Gözün aydın Ana Vətən, Gözün aydın Azərbaycan. Gözün aydın ulu yurdum. Sənə zəfər yaraşır, Sənin çöhrənə  Qələbə əzimi yaraşır Azərbaycanım.

Nuray ƏSGƏROVA

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR