30 Noyabr 2020, Bazar ertəsi

Müstəqilliyinin ilk addımlarını atan Azərbaycanın nizami ordu hissələrinin olmamasından istifadə edən erməni terrorçuları keçmiş Sovet ordusundan ələ keçirdikləri silahlarla ölkəmizə basqın etdilər. 1992-1993-cü illərdə Qarabağ, onun ətrafındakı 7 rayon işğal olundu, bir milyondan artıq həmvətənimiz qaçqın vəziyyətinə düşdü. Bununla kifayətlənməyən erməni terrorçuları tez-tez atəşkəsi pozur, künahsız mülki əhəlini və əsgərlərimizi qətlə yetirirdilər. Ermənistanda N.Paşinyan hakimiyyətə keçdikdən sonra isə bu hücumlar daha da gücləndi, ermənilər hətta yeni ərazilər ələ keçirmək fikrinə düşdülər. 27 sentyabr 2020-ci ildə sərhədlərimizi atəşlə pozan erməni terrorçuları Azərbaycan Ordusunun gözlənilməz hücumu ilə qarşılaşdılar. Əks hücuma geçən müzəffər Azərbaycan Ordusu bir-birinin ardınca yaşayış məskənlərimizi azad etməyə başladı. 44 günlük hərbi əməliyyat nəticəsində Ordumuz nəinki torpaqlarımızın böyük hissəsini, o cümlədən Azərbaycan mədəniyyətinin beşiyi Şuşanı azad etdi.Ordumuzun qalibiyyətli yürüşü həmçinin düşməni təslim olmağa məcbur etdi. Artıq hərbi potensialı tükənən və Azərbaycan Ordusu ilə vuruşmaq qabiliyyəti olmayan Ermənistan 10 noyabr 2020-ci ildə təslim aktını imzalamağa məcbur oldu. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan Bəyanatla torpaqlarımız işğaldan azad oldu. Bu böyük qələbə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeritdiyi düzgün siyasət və Azərbaycan Ordusunun qələbələri nəticəsində mümkün oldu. Bu qələbə münasibəti ilə xalqımızın sevincinə qoşulur, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevi və Azərbaycan əsgərlərini alqışlayırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Qarabağ Azərbaycandır!

Vəli Baxşəliyev

AMEA-nın müxbir üzvü

 

 

 

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR