26 Noyabr 2020, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində payız-qış mövsümünün uğurla başa vurulması məqsədilə işlərə həsr olunmuş tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar nazirinin müavini Həbib Novruzov açıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə nazirliyə yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqətin artırılması, mal-material ehtiyatının yaradılması barədə tapşırıqlar verilib. Həmin tapşırıqların icrası ilə bağlı qarşıda duran vəzifələr müəyyənləşdirilib, “Tədbirlər Planı” hazırlanaraq təsdiq olunub, tabeli qurumların bu sahədə fəaliyyəti müəyyənləşdirilib.

Sonra Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin şöbə rəisi, polkovnik Emin Qasımov tədbir iştirakçılarına nazirlikdə və tabeli qurumlarında mülki müdafiə hazırlığının təşkilinə və tədbirlərin keçirilməsinə diqqətin artırılması, vəzifəli şəxslər tərəfindən mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması sahəsində müəyyən olunmuş qaydaların yerinə yetirilməsi, payız-qış mövsümünü təhlükəsiz keçirmək üçün məişətdə istifadə olunan qaz təsərrüfatı və elektrik cihazlarından düzgün istifadə, istismar qaydaları, həmçinin dəm qazının yaranma səbəbləri və ondan mühafizə üsulları barədə məlumat verib.
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin aparat rəhbəri Əziz Hümbətov bildirib ki, muxtar respublika əhalisinə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi məqsədilə mal-material ehtiyatının yaradılması başa çatdırılıb, rabitə mütəxəssisləri mövsümə uyğun geyimlə təmin olunublar. Bunlarla yanaşı, avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən generatorlara və akkumulyatorlara texniki baxış keçirilir, aşkar olunan çatışmazlıqlar qısa müddət ərzində aradan qaldırılır. Həmçinin rayon (şəhər) rabitə idarələri tərəfindən yerlərdə xətt təsərrüfatının vəziyyəti təhlil edilir, müəyyən edilmiş müxtəlif tutumlu yararsız kabel və dayaqlar yeniləri ilə əvəz olunur.
Avtomat telefon stansiyalarının fasiləsiz fəaliyyəti üçün müvafiq yanacaq ehtiyatının yaradılması da diqqət mərkəzində saxlanılır.
Qeyd olunub ki, qazanxana və istilik sistemləri üzrə yeni ixtisaslı kadrların hazırlanması üçün müvafiq peşə kurslarında onların iştirakı təmin edilib, peşə kursu keçmiş və sertifikat almış ocaqçıların işlə təmin olunması nəzərdə tutulur.
Eyni zamanda nazirlikdə və tabeli qurumlarda yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər də ardıcıllıqla davam etdirilir. Bunlarla yanaşı, səlahiyyətli nümayəndələr tərəfindən Rabitə və Yeni Texnologiyalar Nazirliyi və tabeliyində olan qurumların inzibati binalarına baxış təşkil olunub, istilik, su və kanalizasiya xətlərinin istismara yararlılığı araşdırılıb, nasazlıq aşkar edilməyib.
Fövqəlаdə Hаllаr Nаzirliyinin əməkdaşları Azadə Cəfərova və Afaq Alməmmədova dəm qazı ilə zəhərlənmə zamanı davranış və fəaliyyət qaydaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR