30 Noyabr 2020, Bazar ertəsi

İşğaldan azad olunan Azərbaycan ərazilərində erməni vəhşilikləri üzə çıxıb.

Bunu bu gün keçirilən mətbuat konfransında “Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov deyib.

O bildirib ki, ermənilər həmin ərazilərdə olan abidələri məhv edib, təhqir edib, dağıdıblar: "Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində müharibə cinayətləri törədib. Müxtəlif mədəniyyət abidələrini dağıdaraq qanunsuz fəaliyyət həyata keçiriblər. İşğal altında olan ərazilərin adları dəyişdirilərək erməniləşdirilməyə cəhd edilib. Həmin ərazilərdə çoxlu sayda kilsə inşa edilib, orada yüzlərlə erməni xaç nişanları quraşdırılıb. Tanınmış erməni terrorçularının xatirəsinə monumental abidələr tikilib. Ermənilər həmin ərazilərdən Azərbaycan tarixinə aid bütün əsasları silməyə cəhd ediblər".

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR