30 Noyabr 2020, Bazar ertəsi

Nəhayət, o gün gəldi. Biz hamımız xoşbəxtik. Çünki işğal altında olan torpaqlarımız azadlığına qovuşdu. Ali Baş Komandanın dili ilə desək, bu günlər, bu dəqiqələr hər bir Azərbaycan vətəndaşının həyatında ən xoşbəxt günlər, dəqiqələrdir.Milli şüarımıza çevrilmiş “Qarabağ Azərbaycandır!” gerçəyi reallaşdı. Bütün dünya, xüsusilə mənfur düşmənlərimiz bu şüarı təsdiqləməyə məcbur edildi. Azərbaycan xalqına müraciəti zamanı Ali Baş Komandan İlham Əliyev demişdir: “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrilib. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq milli bir şüara çevrildi”. Bəli, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında iki yüz ilə yaxın bir dövrdə ardıcıl olaraq torpaq itirmək bəlasından xilas olaraq ərazi bütövlüyünü təmin etdi. Bunun təməlində heç şübhəsiz xalqın öz Liderinə sonsuz inamı,yurd, torpaq sevgisi və Liderin də xalqa arxalanması dayanır.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın işğalından otuz ilə yaxın bir dövr keçməsinə baxmayaraq, Azərbaycan xalqı sabaha inamını itirmədi. Ali Baş Komandana daim inandı və güvəndi. Şükürlər olsun ki, bu inam, bu güvən öz bəhrəsini verdi. Müzəffər Azərbaycan ordusu sonsuz cəsarət və qəhrəmanlıq göstərərək torpaqlarımızı yağı düşməndən təmizlədi. O düşmən ki, ikrahla başını dik tutub qədim mədəniyyət beşiyimiz Şuşada “qondarma qurum rəhbərinin andiçmə mərasimini” keçirir, sərxoş vəziyyətdə Cıdır düzündə halay çəkib yallı gedir və yeni torpaqlar ələ keçirmək iddiası ilə bəyanatlar verirdi. O düşmən ki, ordusunun “yenilməzliyini” xüsusi təkəbbürlə söyləyirdi. O düşmən ki, ulu xalqın qüruru ilə oynamağa, səbrini daşırmağa ciddi cəhd göstərirdi. Bu məqamda Ali Baş Komandanın dahiyanə deyimini xatırlamaq yerinə düşər“...Heç kim Azərbaycan xalqının qüruru ilə oynaya bilməz!”. Bəli, buna cəhd edənlər öz nəsbini aldılar. Müzəffər Azərbaycan ordusu qısa müddət ərzində “yenilməz ordu” mifini dağıtdı. Düşməni diz çökdürdü.  10 noyabr müstəqil Azərbaycan dövlətinin qədim və zəngin tarixinə qızıl hərflərlə yazılan günə çevrildi. Mənfur düşmən Azərbaycanın diktəsi iləbiarbırçı şərtlərlə sülh bağlamağa,bəyanat verməyə məcbur edildi. Başqa sözlə desək, tarixi sənəd imzalandı. Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Bəyanatın 9-cu bəndində yer alan Naxçıvan Muxtar Respublikası ilə bağlı məqamlarda xüsusi təqdir olunmalıdır. Həmin bənddə deyilir: “...Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, Ermənistan Respublikası vətəndaşlarının nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir... Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat-kommunikasiyaların inşası təmin ediləcək”. Göründüyü kimi, bəyanatın bu bəndi  Azərbaycan dövlətinin diplomatik və hərbizəfərinin daha bir təzahürüdür. Belə ki, otuz ildən artıq bir dövrdə blokada şəraitində yaşayıb dinamik inkişaf edən, hər gün çiçəklənən Naxçıvan Muxtar Respublikasının gələcək uğurları üçün yeni-yeni perspektivlər yaranacaqdır. 

Fikirlərimi Ali Baş Komandanın aşağıdakı sözləri ilə tamamlamaq istəyirəm. “Bu bəyanat bizim şanlı qələbəmizdir.Şadam ki, bu gün bu müjdəni xalqıma verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır!Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad olunan digər torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın otuz illik həsrətinə son qoyulur”.

Bəli, həsrət sona çatır. Və Biz qayıdırıq. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın Müzəffər Azərbaycan ordusu! Qələbə günün mübarək doğma Azərbaycanım!

Rəşad ZÜLFÜQAROV,

AMEA Naxçıvan Bölməsinin elmi katibi,

filologiya üzrə fəlsəfə doktoru

 

 

 

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR