05 Avqust 2021, Cümə axşamı
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfərə…

Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı olub  YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 10-da…

Prezident İlham Əliyev Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhər qəbiristanlığında Vətən…

Naxçıvanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət - FOTOLAR

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər…

“ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanışlıq YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhərində “ASAN xidmət”…

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında iştirak edib YENİLƏNİB- FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin…

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub YENİLƏNİB - FOTOLAR

Mayın 10-da Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub.  Azərbaycan…

Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verilib YENİLƏNİB- FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyev Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Culfa-Ordubad magistral avtomobil yolunun…

Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanışlıq YENİLƏNİB  - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad Su Elektrik Stansiyasının…

“Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışı olub  YENİLƏNİB-2 - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Ordubad rayon mərkəzi və…

Ordubad dəmir yolu stansiyası ilə tanışlıq YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad dəmir yolu stansiyasında…

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib  YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri mayın 10-da…

Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks Ltd.


İCTİMAİ-SİYASİ



   

Salamlar  olsun sənə, ey Vətənə qayıdışını Şəhidlər xiyabanından salıb, şəhidini, torpaq uğrunda canlarından keçənlərini  bağrına basan, 1990-cı illərin 20 Yanvarında, Xocalı qətliamında, bir-birinin ardınca işğal olunan qol-budaqlarında can qoyub, qan tökən igid övladlarını ziyarət edib, azadlığının müjdəsini doğmalarına verib Qarabağa – ata-baba yurduna doğru yolçuluğa çıxan, Şuşa. Sənə elə bu da yaraşırdı. Axı sən qala qürurlu, şiş dağ vüqarlı, əzəmət mücəssəməsi, yenilməzlik simvolusan, Qarabağın ağsaqqalısan. Salamlar olsun sənə, ey Qarabağın gözü, döyünən ürəyi, Azərbaycanın baş tacı... Azadlığın, hürriyyətin mübarək! Ey igid oğlu dağlar, mərd qızı qayalar olan gözəlliklər məskəni, Şuşa. Bayrağının qırmızısından gözəllərinə köynək, yaşılından ətək biçən, mavisini göy üzünün buludları, dumanı-çəni ilə qarışdırıb gözəllərinə örpək edən, Şuşa, qayıdışın mübarək! Ey tarixin əzəli, mədəniyyətin beşiyi, şeiriyyətin məskəni, Şuşa!

Pişvazına Azərbaycan çıxdı, Şuşa!

Sən Qarabağa yolçuluğa çıxdın, sənin pişvazına isə bütün Azərbaycan çıxdı. Onların arasında kimlər vardı, gördünmü? Yolunun başlanğıcında Ali Baş Komandanımız, sonra Şəhidlər xiyabanında bağrına basdığın şəhidlərin ailələri, 28 il əvvəl köksündən qoparılaraq Azərbaycanın müxtəlif bölgələrinə ümid aparan qaçqın, köçkün övladların qarşıladı səni. Paytaxt Bakı, Qoca Naxçıvan çıxmışdı pişvazına. Qarabağ uğrunda yenicə mərmi yağışına tutulub neçə-neçə günahsız insanlarını itirmiş, minlərlə ev-eşiyi dağılmış, lakin düşmənə qorxusuzluğu, əyilməzliyi ilə meydan oxuyan Gəncə, Bərdə, Tərtər şəhərlərinin övladları qarşılayırdı səni. Azərbaycanın bütün rayon, şəhər, qəsəbə, kəndləri böyük coşqu ilə Bayraq meydanlarında küçələrdə, xiyabanlarda 28 il həsrət qaldığın üçrəngli bayrağımızla qarşıladı səni. Bayraq günün, bayraq vüsalın mübarək, Şuşa! 

28 il əvvəlki və 28 il sonrakı 8

Yaxşı yadımdadır, işğal olunduğun gün. Azərbaycanın başının üzərini dumanların aldığı, Naxçıvanın blokadasının ağrılı-əzablı ilk illəri idi. Hərtərəfli blokada şəraitində yaşayırdıq. Sədərəkdə döyüşlər gedirdi. Bir tərəfdən də 3-4 saatdan bir işıq yanarkən baxa bildiyimiz televizordan yalnız Qarabağdan acı xəbərlər alırdıq. Əliyalın insanların canları-qanları bahasına yurd yerlərimizin müdafiəsinə qalxmasını, onların Azərbaycan rəhbərliyindən dəfələrlə kömək istəməsini, lakin heç bir kömək ala bilmədiklərini eşitmişdik, bilirdik. Onlara heç bir köməyin gəlməyəcəyini də bilirdik. Çünki Qarabağ da, ətrafındakı rayonlar da ozamankı ölkə rəhbərləri tərəfindən imperiyaya hədiyyə olunmuşdu. Ona görə də ardıcıl şəkildə gedəcəkdilər. Getdilər də. Bizə qalan isə şəhid övladlarımız, yurdları talanmış didərginlərimiz, bir də 28 illik nisgil, həsrət oldu. Hələ Naxçıvan da sizlərin ardınızca gedəcəkdi. Bilirsən, niyə getmədi? 1990-cı ildə ulu öndərimiz Heydər Əliyev Moskvadan Bakıya gələrkən törədilən əngəllərə görə onun Bakıya deyil, Naxçıvana gəlişi qurtardı Naxçıvanı. Əgər O, Naxçıvana gəlməsəydi, indi Naxçıvan da həmin işğal olunmuş rayonların sırasında idi. Naxçıvandan Azərbaycan rəhbərliyinə işğala son qoyulması, kömək göstərilməsi üçün böyük ürək yanğısı ilə üz tutdu ulu öndər. Lakin bütün bunlara baxmayaraq, alındı əlimizdən torpaqlarımız.

İşğal altındakı torpaqlarımızı hər zaman təəssüf hissi ilə anan, onların geri qaytarılmasına böyük inam bəsləyən ümummilli liderimiz ömrünün sonunadək bu sözləri dedi: “Hər bir azərbaycanlı bilməlidir və hazır olmalıdır ki, əgər bizim bütün cəhdlərimiz nəticə verməsə, nəyin bahasına olursa-olsun, canımızın, qanımızın bahasına olsa da, işğal olunmuş torpaqlarımızı azad etməli, Azərbaycanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməliyik. Bu, qarşımızda duran vəzifədir və biz onu nəyin bahasına olur-olsun yerinə yetirəcəyik”.

Ulu öndər torpaqlarımızın geri alınması üçün beynəlxalq aləmdə böyükmiqyaslı işlər həyata keçirdi. Lakin dünya susdu. 17 ildə ölkə Prezidenti də eyni ulu öndər kimi bu istiqamətdə danışıqlar apardı, Qarabağ problemini beynəlxalq səviyyədə həll etməyə, düşmənin sülh yolu ilə torpaqlarımızdan çıxarılmasına çalışdı. Lakin dünya yenə də susdu. Mənfur düşmən isə hələ üstəlik yeni ərazilər işğal etmək xülyasına düşdü. Belə olanda isə ulu öndərimizin həm mənəvi, həm də siyasi varisi Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni yerlərində oturtmağı bacardı. Şəhər, qəsəbə və kəndlərimiz artıq ikinci aydır ki, qarış-qarış, kənd-kənd geri alınır. Biz övladlarımızı itiririk, lakin onların qanı ilə Azərbaycan tarixinin yeni səhifələrini yazırıq.
8 noyabr 2020-ci il. Qarabağın döyünən ürəyi Şuşanın azadlıq müjdəsini xalqına çatdıran Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev: “Mən bu gün, eyni zamanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, Böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!.. Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq heyifsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!”
Bəli, 28 il əvvəlki 8-in üzərindən 28 il sonrakı 8 xətt çəkdi. Şuşa əbədiyyən Azərbaycana – öz doğma anasına qaytarıldı. Artıq qovuşub iki doğma. Onlar indi Azərbaycan bayrağını çiyinlərinə salıb Şuşanın ən uca zirvəsində oturub bir-biri ilə ötənlərdən söhbət edir, biçib-tikəcəkləri yeni qırmızı köynəklərdən, yaşıl ətəklərdən, mavi kəlağayılardan danışırlar.
Zamanın o başındakı səkkizlə bu başındakı səkkiz bir-birindən nə qədər fərqli olsa da, Şuşanın taleyində o səkkizlərin hər ikisi var imiş... 

Alınmaz qaladır Şuşa

Tarix də göstərib, zaman da sübut edib ki, Şuşanın işğalı mümkün olmayan məsələdir. Bəs necə olmuşdu ki, millətdən, Vətəndən, ordudan məhrum ermənilər bunu edə bilmişdilər? Elə yuxarıda bu məsələyə yenidən qayıtmaqda məqsədim bir daha xatırlatmaq idi ki, Şuşa işğal oluna bilməzdi. Tarixə nəzər salaq: Feodal müharibələri dövründə Şuşa bir neçə dəfə tarixin sınağından uğurla çıxaraq qalib gəlib. Bu qalaya hücum edən Məhəmməd Həsən xan Qacar, Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar onu ala bilməmişlər. Qarabağ hökmdarı Pənahəli xan ərazini düşmənlərdən qorumaq məqsədilə xanlığın ən strateji mövqelərində müdafiə qurğularının tikintisinə başlamışdır. 1747-ci ildə İran hökmdarı Nadir şah Əfşarın ölümündən sonra Pənahəli xan özünü bu torpaqların xanı elan edir və xanlıq ərazisini düşmən hücumlarından qorumaq məqsədilə mükəmməl qala tikdirməyi qərara alır.1748-ci ildə Bayat qalası, 1752-ci ildə isə Şahbulaq qalası inşa edilmişdir. Lakin Pənahəli xan müharibələr dövründə əhalinin sığınması üçün daha etibarlı, üç tərəfi keçilməz sıldırım qayalarla əhatə olunmuş əlçatmaz dağ yaylasında yeni bir qala ucaltmağı qərara almışdır. Yeni qala ilk illərdə öz banisinin adı ilə “Pənahabad”, sonralar isə “Şuşa” adlandırılmağa başlanmışdır.
Beləliklə, tarixə, sərkərdələrə meydan oxuyan Şuşa alına bilməzdi, o, 1992-ci ildə düşmənə verilmişdi və 2020-ci ildə tarix yazan igidlərimiz tərəfindən geri alındı. O, tək geri alınmadı, həm də alınmaz qala olduğunu sübuta yetirdi.

8 noyabr: “Dağlarda toy”un qara bayramı

Ermənilər 1992-ci ildə Şuşanın işğalı üçün həyata keçirdikləri əməliyyatları məxfi olaraq “Dağlarda toy” adlandırıbmışlar. Tarixən Azərbaycanda gözü olan mənfur düşməndən bundan başqa nə gözləmək olardı ki? Yüzlərlə insanı himayədarlarının köməyi, yardım əli ilə qətlə yetirən, minlərlə insanı yurdsuz-yuvasız edən, evini dağıdan, insanların göz yaşı, faciəsi üzərində öz səadətini quran, hələ üstəlik bunu “toy” adlandıranlar insanlıq adına layiq deyillər.
1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri işğala məruz qoyduqları Şuşada bütün beynəlxalq hüquq normalarını pozaraq mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş və 600-ə yaxın tarixi-memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidlərini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyini, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyini, Qarabağ Dövlət Tarix Muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilmişdir.
“Dağlarda toy” əməliyyatı 30 ilə yaxın bir dövrdə davam etdirilmişdir. Ermənistanın baş nazirinin Şuşadakı “qələbə” xülyalı son rəqsi də həmin əməliyyatın bir xəttini təşkil edirdi.
Lakin Şuşa dağları əli qavallı Xan Şuşinskinin, Bülbülün, Cabbar Qaryağdıoğlunun, Hacı Hüsünün, Məcid Behbudovun, İslam Abdullayevin, Mirzə Sadığın sinəsinə basdığı tarının müşayiətindəki möcüzəli səsləri toy-bayram hesab edib hər zaman. Bu dağlar ermənilərin hər xalqdan bir not, bir akkord oğurlayıb düzənlədikləri musiqidən heç nə anlamaz. Bağrından süzülən Turşsu, İsa bulağı, Səkinə bulağı, İsti bulaq, Soyuq bulaq, Çarıx bulaq, Saxsı bulaq, Qırx bulaq, Yüz bulağın paklığı, saflığı ilə “Şüşə” adlanan Şuşanın dağları sərxoş ermənilərin murdar rəqsindən heç nə anlamaz. Bu dağlar öz insanının ayaq səslərini, toxunuşlarını toy-bayram bilir, yad tapdağından heç nə anlamaz. Elə bütün bunlara görə də bu dağlarda “Dağlarda toy” əməliyyatını Ali Baş Komandanımız və Azərbaycan Ordusu noyabr əməliyyatı – Şuşanın azadlığı ilə ermənilərin qara bayramına çevirdi.
Ölkəmizin rəhbəri dəmir yumruğunu düşmənin başına endirməklə, bu dağlara təşnəsi olduğu Azərbaycan toyunu bəxş etdi: “Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində – 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.
Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda, bəlkə də, ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

P.S. Erməni xalqı 8 rəqəmini bundan sonra dünya durduqca “Dağlarda toy” əməliyyatı ilə başlayıb qara bayramla bitən “müqəddəs” rəqəm kimi xatırlayacaqlar. Qara bayramları davamlı olsun!
Bayramın mübarək, Şuşan mübarək, qələbən mübarək, əziz xalqım!

Mətanət MƏMMƏDOVA

  • 000.jpg
  • 00000.jpg.jpg
  • 000000000000.jpg.jpg
  • 1-2015.jpg
  • 1-20155.jpg
  • 01.jpg
  • 1.jpg
  • 2.jpg
  • 02.jpg
  • 3 li mekteb.jpg
  • 3-2015.jpg
  • 03.jpg
  • 3.jpg
  • 03_PREZIDENT-NAXCIVAN-SEFER-MUSIQI-MAKTABI-ACHILISH.jpg
  • 4-2015.jpg
  • 4.jpg
  • 5-2015.jpg
  • 5.jpg
  • 05.jpg
  • 6-2015.jpg

HƏFTƏLİK NÖMRƏLƏR

Prev Next

İctimai təhlükəsizliyin qorunmasına cid…

05-08-2021-17-54 İCTİMAİ-SİYASİ

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi iyul ayı...

Növbəti aktivlər təqdim olunub

05-08-2021-17-52 -Sosial

Növbəti aktivlər təqdim olunub

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdaf...

Muxtar respublikada əhalinin səmərəli m…

05-08-2021-17-49 İQTİSADİYYAT

Muxtar respublikada əhalinin səmərəli  məşğulluğu diqqət mərkəzindədir

Muxtar respublikada iqtisadi və sosial sahələrdə həyata ke...

Naxçıvanlı steamçılar “Yay məktəbi”ndə

05-08-2021-17-39 -Elm və təhsil

Naxçıvanlı steamçılar “Yay məktəbi”ndə

Yaşadığımız bu digital dünyada gündən-günə bizə yeni texno...

Uşaqların müayinə və müalicəsi üçün hərt…

05-08-2021-17-31 -Səhiyyə

Uşaqların müayinə və müalicəsi üçün hərtərəfli şəraitin  yaradılması diqqət mərkəzindədir

Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mühüm istiqa...

Ermənistan silahlı qüvvələri tərəfindən …

05-08-2021-15-05 İCTİMAİ-SİYASİ

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub

Avqustun 4-ü saat 14:50-dən 00:00-dək Ermənistan silahlı qüv...

Magistraturaların boş qalan yerlərinə qə…

05-08-2021-10-55 İCTİMAİ-SİYASİ

Magistraturaların boş qalan yerlərinə qəbul elan edilir

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 5-dən 11-dək 2021/20...

Azərbaycan "BE-200ÇS" tipli am…

05-08-2021-10-52 İCTİMAİ-SİYASİ

Azərbaycan "BE-200ÇS" tipli amfibiya təyyarəsini Türkiyəyə yola salıb

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ...

İmtahanlar keçirilib

04-08-2021-20-13 -Elm və təhsil

İmtahanlar keçirilib

Avqustun 4-də Dövlət İmtahan Mərkəzi tərəfindən rezidentur...

Vətən sevgisi – Şəhidlik zirvəsi

04-08-2021-20-09 İCTİMAİ-SİYASİ

Vətən sevgisi – Şəhidlik zirvəsi

Beşyaşlı bir oğul, atasının doya-doya qucaqlaya bilmədiyi,...

Xalq təqvimində “qora bişirən ay”

04-08-2021-20-04 -Mədəniyyət

Xalq təqvimində “qora bişirən ay”

Lap qədim zamanlardan üzü bəri ömrünü torpağa bağlayan əcd...

Gənc istedatlara göstərilən dövlət qayğı…

04-08-2021-19-24 -Elm və təhsil

Gənc istedatlara göstərilən dövlət qayğısı

Muxtar respublikamızın uğurlu inkişaf siyasəti bütün sahəl...

Naxçıvan Dövlət Universiteti ilə Türkiyə…

04-08-2021-19-21 -Elm və təhsil

Naxçıvan Dövlət Universiteti ilə Türkiyə universitetləri arasında beynəlxalq əməkdaşlıq gücləndirilir

Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələrin geni...

Taxıl tədarükü mövsümü uğurla başa çatıb

04-08-2021-19-04 İQTİSADİYYAT

Taxıl tədarükü mövsümü uğurla başa çatıb

Sahələrdən 103 min 372 ton məhsul götürülüb Daha bir təsə...

Naxçıvan Dəmir Yolu iqtisadiyyatımızın g…

04-08-2021-18-49 İQTİSADİYYAT

Naxçıvan Dəmir Yolu iqtisadiyyatımızın gəlirli sahəsinə, maraqlı səyahət marşrutuna çevriləcək

Son dövrlərdə Avroasiya məkanında gedən sürətli inteqrasiy...

Azərbaycan MN: "Dövlət sərhədi isti…

04-08-2021-18-44 İCTİMAİ-SİYASİ

Azərbaycan MN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 4-ü saa...

Standartlara uyğunluq təmin edilir

04-08-2021-18-32 İQTİSADİYYAT

Standartlara uyğunluq təmin edilir

İstehsal və xidmət sferasının bütün sahələrində müasir key...

Naxçıvanda meyvəçiliyin və tərəvəzçiliyi…

04-08-2021-18-29 İQTİSADİYYAT

Naxçıvanda meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə  Dövlət proqramı uğurla icra olunur

Kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə mövcu...

“Gələcək üçün maliyyə” layihəsi çərçivəs…

04-08-2021-18-06 İQTİSADİYYAT

“Gələcək üçün maliyyə” layihəsi çərçivəsində  təlimlər davam edir

        Ölkəmizdə, eləcə də muxtar respublikada uğurla həya...

Azərbaycan və Yaponiya XİN başçıları ara…

04-08-2021-17-09 İCTİMAİ-SİYASİ

Azərbaycan və Yaponiya XİN başçıları arasında telefon danışığı olub

      4 avqust 2021-ci il tarixində Azərbaycan Respubli...

Prev Next

Example of service to the Azerbaijan sta…

18-12-2020-18-12 News

Example of service to the Azerbaijan statehood

  In the early 1990s, Azerbaijan was going through difficult times in...

Armenian militants brought to Karabakh f…

25-09-2020-12-39 News

Armenian militants brought to Karabakh from Syria

A battalion of Armenian fighters from the YPG / PYD terrorist organi...

Azerbaijani and Turkish air forces hold …

16-09-2020-12-00 News

Azerbaijani and Turkish air forces hold joint flights over Nakhchivan  (2)

 On September 15,joint flights of Azerbaijani and Turkish Air Forces...

In Nakhchivan Knowledge Day celebrated w…

16-09-2020-11-40 News

In Nakhchivan Knowledge Day celebrated with the opening of a new school building

The rapid socio-economic development strategy defined by our nationa...

Meeting held in Nakhchivan with high-sco…

13-09-2020-15-05 News

Meeting held in Nakhchivan with high-scoring graduates

NAKHCHIVANTODAY.COM reports that on September 12, a meeting was held...

Certificates presented to teachers who p…

12-09-2020-15-11 News

Certificates presented to teachers who passed the certification exams successfully in Nakhchivan

Chess Center on 11th of September, Chairman of the Chess Federation ...

Determination and perseverance based on …

11-09-2020-12-00 News

Determination and perseverance based on wise ideas, unshakable political will, the value given to the human factor creates great confidence in a more prosperous future

The general picture of last month confirms this. The everlasting wi...

Meeting in the Supreme Assembly of the N…

06-09-2020-14-46 News

Meeting in the Supreme Assembly of the Nakhchivan Autonomous Republic

A delegation led by the  3rd Commander of the Army of the Republic o...

“Nakhichevan” decorated with “Genocide t…

06-02-2020-11-51 News

“Nakhichevan” decorated with “Genocide tales”, pomegranate, apricot, grapes fights, salvation army 416

(Previous in the 16th January dated newspaper) … Armenians’ claims ...

“Melted down” Nakhichevan in Don or wher…

06-02-2020-11-44 News

“Melted down” Nakhichevan in Don or where from starting of Armenians’ Nakhichevan “love”?

13 years ago, in December 2007, there were published news in Mass Me...

President Ilham Aliyev received Chairman…

20-11-2019-22-02 News

President Ilham Aliyev received Chairman of Supreme Assembly of Nakhchivan Autonomous Republic Vasif Talibov

President of the Republic of Azerbaijan Ilham Aliyev has received Ch...

This chess festival was unforgettable fo…

15-05-2019-19-34 News

This chess festival was unforgettable for me

Winner of International Chess Festival "Nakhchivan-2019" interview wit...

The International Chess Festival "N…

15-05-2019-19-27 News

The International Chess Festival "Nakhchivan-2019" has finished

The Nakhchivan-2019 International Chess Festival, dedicated to the 96t...

This festival has a special place in the…

09-05-2019-18-42 News

This festival has a special place in the calendar

The tense and stubborn struggle of the intellectuals participating in ...

The 8th round of the International Chess…

09-05-2019-18-33 News

The 8th round of the International Chess Festival was over

The 8th round of the International Chess Festival "Nakhchivan-2019" de...

Blitz Tournament

08-05-2019-08-01 News

Blitz Tournament

The Blitz Tournament was also held among the participants of the ongoi...

Chess players competed for the futsal ch…

07-05-2019-20-19 News

Chess players competed for the futsal championship

Chess players have a good break in the International Chess Festival. ...

Nakhchivan introduced himself as a chess…

04-05-2019-09-02 News

Nakhchivan introduced himself as a chess land in the world arena

As is known, the International Chess Festival "Nakhchivan-2019", dedic...

The first round of the festival has come…

02-05-2019-20-20 News

The first round of the festival has come to an end

The first round of the Nakhchivan-2019 International Chess Festival, d...

The International Chess Festival has sta…

02-05-2019-16-20 News

The International Chess Festival has started

By the symbolic move of the Minister of Youth and Sports of the Repu...

Prev Next

Проект "Север-Юг" сделал Азерб…

04-03-2020-21-55 Новости

Проект "Север-Юг" сделал Азербайджан ключевым экономическим партнером и для Европы, и для Азии

Международный транспортный коридор Север-Юг - это транспортная артер...

Президент Ильхам Алиев принял председате…

20-11-2019-22-05 Новости

Президент Ильхам Алиев принял председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики Васифа Талыбова

Президент Азербайджанской Республики Ильхам Алиев принял председател...

Этот шахматный фестиваль был незабываемы…

15-05-2019-19-33 Новости

Этот шахматный фестиваль был незабываемым для меня

Победитель Международного шахматного фестиваля "Нахчыван-2019" интервь...

Международный шахматный фестиваль "…

15-05-2019-19-29 Новости

Международный шахматный фестиваль "Нахчыван-2019" завершился

Завершился международный шахматный фестиваль «Нахчыван-2019», посвящен...

Вице-президент Международной шахматной ф…

14-05-2019-11-36 Новости

Вице-президент Международной шахматной федерации: шахматные школы в Нахчыване могут стать примером для всего мира

Международный шахматный фестиваль «Нахчыван - 2019» - турнир очень выс...

Президент Шахматной федерации Азербайджа…

14-05-2019-11-35 Новости

Президент Шахматной федерации Азербайджана: “Нахчыван - 2019” проявляет большой интерес к Международному шахматному фестивалю

Большой интерес вызывает традиционный Международный шахматный фестивал...

Этот фестиваль занимает особое место в к…

09-05-2019-18-49 Новости

Этот фестиваль занимает особое место в календаре

Продолжается напряженное и упорное соревнование интеллектуалов, участв...

8-й тур Международного шахматного фестив…

09-05-2019-18-16 Новости

8-й тур Международного шахматного фестиваля был завершен

В Шахматном центре в городе Нахчывань завершился восьмой тур Междунаро...

Фестиваль проходит на высоком уровне

08-05-2019-21-21 Новости

6-ой тур Международного шахматного фестивалья Нахчыван-2019, посвященн...

Блиц Турнир

08-05-2019-08-01 Новости

Блиц Турнир

Также проводился Блиц Турнир среди участников проходящего Международно...

Нахчыван представился шахматной ареной н…

04-05-2019-09-42 Новости

Нахчыван представился шахматной ареной на мировой арене

Международный шахматный фестиваль «Нахчыван-2019», посвященный 96-лети...

Первый тур фестиваля подошел к концу

02-05-2019-20-23 Новости

Первый тур фестиваля подошел к концу

Первый тур Международного шахматного фестиваля «Нахчыван-2019», посвящ...

Состоялась церемония открытия Международ…

02-05-2019-15-58 Новости

Состоялась церемония открытия Международного Шахматного Фестиваля "Нахчыван-2019"

1 мая в Нахчыванском Государственном Музыкально-раматическом театре со...

Стартовал международный шахматный фестив…

02-05-2019-14-39 Новости

Стартовал международный шахматный фестиваль

Международный шахматный фестиваль "Нахчыван-2019" начался с символич...

ARXİV

Avqust 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR