30 Noyabr 2020, Bazar ertəsi

8 noyabr tarixi sən necə də gözəl gəldin.Necə də əbədi həkk olundun yaddaşlarımıza. Səhər saatları idi. Yeni günə yenicə başlamışdıq.Bir anlıq qəribə hisslərə hakim kəsilmişdim. Qəlb atışlarımın daha da artdığını hiss edirdim. Nahara az bir zaman qalırdı ki, Ali Baş Komandanımızın xalqımıza qıssa bir zamanda müraciəti olacağını efir vasitəsilə gördüm. Elə bu zaman niyə bu qədər təlaş içərisində olduğumu başa düşdüm. Budur cənab Prezidentimiz, Ali Baş Komandanımız xalqımıza müraciətində dedi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi!Şuşa bizimdir!Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!

 Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir!Qarabağ bizimdir!Qarabağ Azərbaycandır!”

        Elə bu xəbəri alar-almaz qeyri ixtiyarı sevinc göz yaşlarımı saxlaya bilmədim. Bu yuxudurmu, gerçəkdirmi deyə özümə sual edirdim...Bilirsiniz  həyatımın ən sevincli anını, bənzəri olmayan həyəcanını 33 yaşımda yaşamaq qismətimdəimiş.  Çünki, illərdir həsrətində olduğumuz torpaqların baş tacı idi Şuşa.Şuşa bizim qürur yerimizdir. Şuşa bizim nəfəsimizdir,nəfəsimizi igid əsgərlərimiz qanı bahası ilə bizlərə yenidən bəxş etdi,Şuşa bizim olmazsa olmazlarımızdan idi. Bu gün biz haqq yolunda haqqımız olanı aldıq. Əziz Şuşam necə xoşbəxt nəsilik ki, bu kəlməni hayqıraraq deyə bilirik. Şuşam artıq sən doğmalarına, əzizlərinə qayıtdın. Sən bizim 28 ildir göynəyən yaralarımıza məlhəm oldun gəlişinlə, azadlığınla. Artıq uzun həsrətdən sonra gəlişin möhtəşəm  oldu.

    Şuşam artıq dağlarında olan qara duman geri çəkildi. Şuşam sən minarələrini görə bilmədiyimiz, torpağında azan səsini eşitməyə həsrət qaldığımız cənnətməkansan.Şuşam sən Xan Qızının çəkdirdiyi bulağın şırıltısını artıq eşidə biləcəyimiz yerimizsən.Sən bizim həsrətimizin zəfər nöqtəsisən.

      Əziz Şuşam bir neçə gün bundan əvvəl səni vəsf etmişdim qəzet səhifələrində,yuxularımın ərşə çəkildiyini dilə gətirmişdim və tez bir zamanda sənə qovuşacağımıza əminlik hissimi ifadə etmişdim.Bəli, bu gün artıq xəyalını qurduqlarım gerçəkləşdi.Sənin bir qarış torpağında belə düşmənin ayaq izini saxlamadıq. Cəbrayılda, Zəngilanda, Füzulidə, Suqovuşanda, Hadrutda,Qubadlıda, Xudafərin körpüsünün üzərində şanlı bayrağımızı dalğalandıran qəhraman oğullarımız Şuşa qalasında da üçrəngli qürurumuzu öz zirvəsinə yüksəltdi. Ölkə başçımızın dediyi kimi:”Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik,28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləckdir.Bir neçə il bundan əvvəl 2016-cı ilin aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə,memarlıq üslubuna  görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyikvə bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır.Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır”.

         Şuşa xəbərimizin qürurunu yaşarkən bu gün gecə 3.00 radələrində cənab Prezidentimizin xalqa müraciəti oldu. “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli  bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar. Bu müjdəli xəbəri biz illərdir gözləyirdik.Nəhayət bu xoşbəxt günləri görmək bizlərə, bizim övladlarımıza nəsib oldu. Bu QÜRURU, bu FƏXARƏTİ, bu QƏLƏBƏNİ bizlərə yaşadan Ali Baş Komandanımız və igid əsgərlərimizlə qürur duyuruq. Təşəkkürlər gözlərini dünyaya əbədi olaraq yuman oğullar!!!Təşəkkürlər oğlanlarının qoxsunu bir daha duya bilməyəcək  olan analar,təşəkkürlər ata deyə bir daha səslənə bilməyəcək olan körpə balalar.Hamınızın qarşısında baş əyirik.Hər bir Azərbaycan vətəndaşı sizlərə borcludur.

      Dünən gecə saatlarından başlayaraq böyükdən-kiçiyə hərkəs böyük bayram ab-havası yaşayır.Meydanlara axışır,zəfər nəğmələrini uca səslə hayqırırlar. İnsanların sevincini təsəvvür etmək çox çətindi.Şəhərimizin sakinləri də Qarabağ müharibəsində qazanılan qələbəni qeyd edirlər.Gecə saatlarından başlayaraq əllərində üçrəngli bayrağımızla küçələrə çıxan insanlar qələbəni böyük sevgi və coşqu hissi ilə qarşılayıblar.Hazırda da küçələrə çıxan sakinlərin zəfər aksiyaları davam edir. Yürüş iştirakçıları “Qarabağ Azərbaycandır”, “Qarabağ bizimdir”, “Ordumuza eşq olsun” şüarları səsləndirilirdi.  Artıq çətin, ağrılı,acılı günlərimiz geridə qaldı. Pis günün ömrü az olar deyiblər. Doğurdan da belə oldu.Oğullarımız yeni tarixə  imza ataraq işğalda olan torpaqlarımızın hər qarışını azad etdi, Qələbə sevincini yaşadı.Sənə Qələbə yaraşır Vətən! Zəfərimiz mübarək Azərbayan, əzəmətli QƏLƏBƏMİZ mübarək Azərbaycan!Qürur günümüz mübarək Azərbaycan! Qarabağ Azərbaycandır!Eşq olsun şanlı ordumuza.

Nuray ƏSGƏROVA

 

 

 

 

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR