14 İyun 2021, Bazar ertəsi
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfərə…

Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı olub  YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 10-da…

Prezident İlham Əliyev Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhər qəbiristanlığında Vətən…

Naxçıvanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət - FOTOLAR

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər…

“ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanışlıq YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhərində “ASAN xidmət”…

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında iştirak edib YENİLƏNİB- FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin…

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub YENİLƏNİB - FOTOLAR

Mayın 10-da Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub.  Azərbaycan…

Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verilib YENİLƏNİB- FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyev Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Culfa-Ordubad magistral avtomobil yolunun…

Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanışlıq YENİLƏNİB  - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad Su Elektrik Stansiyasının…

“Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışı olub  YENİLƏNİB-2 - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Ordubad rayon mərkəzi və…

Ordubad dəmir yolu stansiyası ilə tanışlıq YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad dəmir yolu stansiyasında…

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib  YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri mayın 10-da…

Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks Ltd.


İCTİMAİ-SİYASİ



Babək rayonunun Gərməçataq kəndinə gedən yolun sərt döngələri, aşırımları bizi qətiyyən yormur. Əksinə, tələsirik ki, Vətənin başladığı yerə – sərhədə tez çataq, orada xidmət edən hərbçilərimiz və əsgərlərlə həmsöhbət olaq. Onların addımladığı səngərə biz də ayaq basaq. Elimizi, obamızı, canımızı, Vətənimizi əmanət etdiyimiz igidlərin bir gününə şahidlik edək. Kəndə yaxınlaşdıqca yolboyu Tanrının yurdumuza bəxş etdiyi gözəlliklərə tamaşa edirik. Payız fəslinin bolluq və bərəkət dolu bu günlərində həyət-bacaların cəvizini, badamını, heyvasını toplayan insanlar düşmənin bir addımlığında qorxu-hürkü bilmədən ömür-gün sürürlər. Rayonun Yuxarı və Aşağı Buzqov, Gərməçataq kəndlərində seyr etdiyimiz mənzərələr ürəyimizə sevinc gətirməklə bərabər, ordumuza inamımızı da artırır. Düşünürəm ki, o uca zirvələrdə igid oğullarımızın düşmənin qorxulu yuxusuna çevrilməsi sayəsində torpaqlarımız qorunur. Bir vaxtlar bu uca zirvələrdə qanlı döyüşlərdə sinəsini Vətənə sipər edən oğulların yolunu bu gün Əlahiddə Ümumqoşun Ordunun əsgərləri davam etdirir.

Dağlara boyverən oğulların yuxusuz gecələrinin nəticəsidir ki, bu gün qədim yurdumuzun sərhəd kəndlərində sabitlik hökm sürür. 2013-cü ildə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordu yaradılanda bundan əməlli-başlı qorxuya düşən, hər gün müxtəlif bəyanatlar verən ermənilər bu gün dönüb Naxçıvana tərəf baxmağa belə, cürət etmirlər. Yurdumuzda yaradılan güclü ordu və hakim yüksəkliklərdə keşik çəkən vətənpərvər oğulların sayəsində evimizdə rahat yaşayır, qurub-yaradırıq. Prezident cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının yüksək səviyyədə olduğunu bildirərkən dediyi kimi: “Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır.

Ordunun qüdrəti və döyüş qabiliyyətinin yüksək olması yalnız güclü texniki təminatla ölçülmür. O ordu güclüdür ki, onun sıralarında vətənpərvər gənclər xidmət edir. Ümummilli liderimiz deyirdi ki, “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir”. Bu gün Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrdə olan birlik, vətənpərvərlik və yüksək döyüş əhval-ruhiyyəsi torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir”.

Elə bu qürur dolu düşüncələrlə dövlət sərhədinin başlandığı yerə – Gərməçataq kəndinə çatırıq. Uca dağların başında zabit və əsgərlərimizlə bərabər, səngərdə addım- addım irəliləyir və buradakı Vətən oğulları ilə həmsöhbət oluruq. Hərbi qulluqçu Sübəhən Əjdərov deyir ki, bu gün hər birimiz Azərbaycan Ordusunun gücü, qüdrəti ilə fəxr edirik. Ordumuzun 2016-cı il aprelin əvvəllərində düşmən təxribatlarının qarşısını almaq üçün həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və artıq bir aydan çoxdur ki, davam edən əks-hücumda qazanılan qələbələr hər birimizdə qürur hissi yaradıb. Ordumuzun qüdrəti və ölkəmizdə xalq-ordu birliyinin möhkəmliyi sayəsində işğal altındakı torpaqlarımız geri qaytarılır. Hər qarışı şəhid qanı ilə sulanan torpağın bir parçası belə, güzəştə gedilmir. Əlahiddə Ümumqoşun Ordu muxtar respublikanın hakim yüksəkliklərində etibarlı müdafiə sistemi quraraq düşməni nəzarətdə saxlayır və istənilən təxribatlara adekvat cavab verir. Ətrafdakı ərazilərə maneəsiz və tam nəzarət edirik. Bu gün bütün döyüş tapşırıqlarını layiqincə yerinə yetirməyə tam hazırıq.
Hərbi qulluqçu Əli Babayev Babək rayon sakinidir. O, 10 ilə yaxındır ki, Vətənin müdafiəçisi kimi şərəfli bir peşənin sahibidir. Deyir ki, hərbçi olmağa lap uşaqlıqdan can atmışam. Şükür Allaha ki, arzuma çatdım bu müqəddəs torpağın keşikçisi olmaq istəyimə qovuşdum. Harada olmağımızın fərqi yoxdur, xidmətimizi layiqincə yerinə yetirməyə səy göstərir, Vətənimizin qorunmasına öz töhfəmizi verməyə çalışırıq. O deyir ki, Vətən müharibəsi başlayan gündən bu günə kimi gördüyünüz bu kənddə vəziyyət heç dəyişməyib, hamı öz evindədir. Bunu indi də görə bilərsiniz. Baxın, evlərin hamısının həyətində əkin-biçinlə məşğul olan insanlar var. Amma bir vaxtlar bizdən qoparılıb o mənfur qonşularımıza hədiyyə edilən qarşıdakı Gülüstan kəndində bir adam belə, gözə dəymir. Bəli, onlar çox qorxaq məxluqdurlar. Burada düşmən təxribatının qarşısını almaq, Vətənimizi müdafiə etmək üçün dayanmışıq, mülki əhaliyə atəş açmaq üçün yox. Amma onlar bu münaqişənin hələ ilk günlərindən xalqımızın başına olmazın müsibətlər gətirib. Xocalıda, Daşaltıda, Ballı Qayada törətdikləri qətliamların davamını bu gün də Bərdə və Gəncədə həyata keçirirlər. Nə xalqımız, nə də ki ordumuz o mənfurların bu hərəkətindən qorxuya düşmür. Əksinə, intiqam hissimiz alovlanır. Burada əsgərlərlə birgə müzəffər Ordumuzun qalibiyyətinə sevinir, hər birimiz döyüşün qaynar nöqtələrinə can atırıq.

Döyüş növbətçiliyini öz əsgər yoldaşına təhvil verən Rüfət Məmmədovun sevincinin həddi-hüdudu yoxdur. Onun ata-baba ocağı olan Füzulu rayonunun Tuğ kəndi düşməndən azad edilib. Deyir Ali Baş Komandanımızın xalqa müraciətini dinləyərkən kəndimizin işğaldan azad edildiyini eşidəndə sevincimi atamla bölüşmək istədim, komandirimin köməyi ilə valideynlərimlə telefon əlaqəsi yaratdım. Atam səsimi eşidib qürurla: “Oğul, torpağımız azad oldu. Allah Azərbaycan əsgərini qorusun. Bizə bu günləri bəxş edən Ali Baş Komandanımıza böyük zəfərlər nəsib etsin. Xidmətini bitirib gələndə gedərik ata-baba yurdunu görərik”, – dedi. Əsgər bildirir ki, o, Füzulini, Qarabağı, ancaq ata-anasının dilindən eşitdikləri ilə təsəvvür edib və sevib. Orada doğulmasa da, Füzuli həsrəti ilə böyüyüb.
Rüfət onu da deyir ki, bu gün burada – qədim Naxçıvanın keşiyində dayananlardan biri olmaqdan qürur duyuram. Əldə silah, qəlbimizdə Vətən sevgisi ilə sərhədimizi qoruyur və nə yaxşı ki, azərbaycanlıyıq deyirik. Hansı rayonda xidmət etdiyimizin fərqi yoxdur. Hər qarışı bizimdir bu torpağın. Vətənimizdəyik və başımızı dik tutub xidmət edirik. Çünki biz qalib bir xalqın övladları, müzəffər bir ordunun fərdiyik. Lazım gəlsə, buradan Qarabağa gedər, öz canımızı torpağımıza qurban verərik.
Digər bir əsgər Cavid Ağayev əslən dağlar gözəli, qızıl yataqları, isti suyu, keçilməz meşələri ilə tanınan Kəlbəcər rayonunun Çay kəndindəndir:
– Mən Gəncədə dünyaya göz açsam da, nənəmin kəndimiz, evimiz haqqındakı nağılları ilə böyümüşəm. Kəlbəcərsiz kəlbəcərli olmuşam. Həmişə evimizdən danışanda nənəm deyərdi ki, vaxt gələcək biz o torpaqlara geri qayıdacağıq, çünki ora bizim dədə-baba yurdumuzdur. Bu gün həmin vaxtın gəldiyinə şahidlik edənlərdən biriyəm. Hər dəfə televiziya kanallarında xəbərləri izləyəndə Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində kəndimizin azad edilməsi xəbərini səbirsizliklə gözləyirəm. Vətənimizin hər qarışı bizim üçün əzizdir, doğmadır. Burada, yaşı min illərlə ölçülən qədim bir yurdda olmaq və Vətənimizin əziz bir parçası Naxçıvanda, Xalq qəhrəmanı Babəkin adını daşıyan bir rayonun keçilməz dağlarında xidmət etmək hər bir gəncin qürurudur. Əsgərimiz onu da deyir ki, burada bizim ərzaq və geyim təminatımız çox yüksək səviyyədədir. Kənd camaatı və bir çox şirkətlər də tez-tez bizə sovqat gətirirlər. Onların gəlib bizə öz övladları kimi qayğı göstərməkləri özümüzü evimizdəki kimi hiss etdirir.
Əsgər Əli Abbasov Gəncə şəhərindəndir, o, beş aydan artıqdır ki, həqiqi hərbi xidmətdədir:
– Bu qədim yurd haqqında məlumatım var idi. Amma heç ağlıma da gəlməzdi ki, hərbi xidməti keçmək üçün buraya gələrəm. Artıq beş aydır ki, bu igidlər yurdunda əsgəri xidmətdəyəm. Vətənimizin bu dilbər guşəsində olmaq, Naxçıvanı tanımaq qürurvericidir. Buradakı nizam-intizam, təmizlik, ən əsası isə qonaqpərvərlik insana öz evindəki kimi rahatlıq verir. Əsgər Abbasov onu da bildirir ki, sentyabrın 27-dən Azərbaycanın qəlbi Vətən eşqi ilə döyünən igid oğulları öz canları bahasına üçrəngli bayrağımızı Suqovuşana, Cəbrayıla, Füzuliyə, Hadruda, Zəngilana, Qubadlıya sancıb. Onlar Azərbaycan xalqının tarixini öz müqəddəs qanları ilə yazırlar. Bizə öz şərəf dolu hekayələri ilə nümunə olurlar. Ordumuzun gücü qarşısında dayana bilməyən düşmən həmişəki kimi acığını dinc sakinlərdən çıxır. Ailəm Gəncə şəhərində olsa da, ora düşmənlərimiz tərəfindən bir neçə dəfə raket atəşinə tutulsa da, mən və oradakı ailəm heç də ümidsizliyə qapılmır, bilirik ki, müzəffər Ordumuz hər bir hücumun layiqincə cavabını verib düşməni geri oturdur.
Vətənimizi hərəsi bir evin madarı, bir atanın, ananın ümid işığı, bir bacının qardaşı, bir gözəlin adaxlısı olan igid balalarımıza, onları isə Uca Tanrıya əmanət edib əsgər və zabitlərimizdən ayrılanda artıq Günəş dağların arxasına çəkilməkdə idi. Səhər saatlarından buradayıq və vaxtın necə keçdiyindən xəbərimiz olmadı. Bura zamanın hiss edilmədiyi yerdir desək, yanılmarıq. Çünki Vətən müdafiəsi o qədər müqəddəsdir ki, burada vaxtın necə ötdüyünü bilmirsən.
Əziz oxucu, sizə nə əsgərlərimizin ərzaq təminatından, geyim-kecimindən, nə də ki silah-sursatından, yataqxana, yeməkxanalarından söhbət açdım. Çünki “Görünən kənd bələdçi istəməz”, – deyiblər. Hər birimizin oğlu, qardaşı, ya da ki, qohumlarından olan gənclər həqiqi hərbi xidmət keçib. Və demək olar ki, çoxumuz ordumuzun ötən əsrin 90-cı illərindən bu günə kimi hansı şərəfli yolu keçdiyini yaxşı bilirik. Və bu gün hamımız tarixin ən şanlı günlərini yaşayırıq. Vətənimiz və müqəddəs dəyərlər üçün birgə mübarizə aparan bütöv Azərbaycanımızla fəxr edirik. Bilirik ki, şanlı Ordumuz xalqımıza tarixin ən gözəl gününü – Böyük Qələbəni yaşadacaq.

 Ramiyyə ƏKBƏROVA

  • 000.jpg
  • 00000.jpg.jpg
  • 000000000000.jpg.jpg
  • 1-2015.jpg
  • 1-20155.jpg
  • 01.jpg
  • 1.jpg
  • 2.jpg
  • 02.jpg
  • 3 li mekteb.jpg
  • 3-2015.jpg
  • 03.jpg
  • 3.jpg
  • 03_PREZIDENT-NAXCIVAN-SEFER-MUSIQI-MAKTABI-ACHILISH.jpg
  • 4-2015.jpg
  • 4.jpg
  • 5-2015.jpg
  • 5.jpg
  • 05.jpg
  • 6-2015.jpg

HƏFTƏLİK NÖMRƏLƏR

Prev Next

Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü…

14-06-2021-22-48 -Elm və təhsil

Şərur şəhər Fizika-Riyaziyyat  Təmayüllü Liseyə qəbul imtahanı keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci ...

Velosiped yarışı üzrə muxtar respublika …

14-06-2021-22-46 İDMAN

Velosiped yarışı üzrə muxtar respublika  açıq birinciliyi

15 İyun – Milli Qurtuluş Gününə həsr olunan velosiped yarı...

Qabıllı kəndində yeni futbol meydançası …

14-06-2021-22-45 İDMAN

Qabıllı kəndində yeni futbol meydançası  istifadəyə verilib

Naxçıvan Muxtar Respublikasında yeni istifadəyə verilən id...

Milli Qurtuluş Günü münasibətilə tədbirl…

14-06-2021-22-42 İCTİMAİ-SİYASİ

Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib

AMEA Naxçıvan Bölməsində 15 İyun – Milli Qurtuluş Günü mün...

“Bankçılıqda ilk addım və sığortanın mah…

14-06-2021-22-25 İQTİSADİYYAT

“Bankçılıqda ilk addım və sığortanın mahiyyəti”  təlimi üzrə yekun qiymətləndirmə mərasimi olub

Gənclər arasında maliyyə savadlılığının artırılması, eləcə...

“Böyük liderlik missiyası: Heydər Əliyev…

14-06-2021-21-13 İCTİMAİ-SİYASİ

“Böyük liderlik missiyası: Heydər Əliyevdən İlham Əliyevə”  mövzusunda konfrans keçirilib

Naxçıvan Dövlət Universitetində 15 İyun – Milli Qurtuluş G...

Şərur rayonunda “Şərq qapısı” qəzetinin …

14-06-2021-18-29 İCTİMAİ-SİYASİ

Şərur rayonunda “Şərq qapısı” qəzetinin yubiley  tədbiri keçirilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qa...

Naxçıvan Muxtar Respublikası Bəstəkarlar…

14-06-2021-18-19 İCTİMAİ-SİYASİ

Naxçıvan Muxtar Respublikası Bəstəkarlar  Təşkilatının konfransı keçirilib

İyunun 14-də Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşk...

Naxçıvan Qarnizonu Qoşunlarında keçirilə…

12-06-2021-13-46 İCTİMAİ-SİYASİ

Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən komanda-qərargah təlimi başa çatıb - VİDEO

  Naxçıvan Qarnizonu Qoşunlarında iyunun 7-də başalayan k...

Ermənistan silahlı qüvvələri Kəlbəcər is…

11-06-2021-21-10 İCTİMAİ-SİYASİ

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi növbəti dəfə atəşə tutub

İyunun 11-də saat 17.00-dan 17.30-dək Vardenis rayonu əraz...

Ermənistan silahlı qüvvələri Kəlbəcər is…

11-06-2021-20-23 İCTİMAİ-SİYASİ

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi növbəti dəfə atəşə tutub

İyunun 11-də saat 17.00-dan 17.30-dək Vardenis rayonu əraz...

15 İyun – Milli Qurtuluş Günü münasibət…

11-06-2021-20-01 -Elm və təhsil

15 İyun – Milli Qurtuluş Günü  münasibətilə tədbirlər keçirilib

İyun ayının 11-də Heydər Əliyev Muzeyi ilə muxtar respubli...

Musiqi təhsili müəllimləri üçün müsahibə…

11-06-2021-19-58 İCTİMAİ-SİYASİ

Musiqi təhsili müəllimləri üçün müsahibə mərhələsi başlayıb

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıva...

Rekordsmen diyarımız Naxçıvan

11-06-2021-19-56 İCTİMAİ-SİYASİ

Rekordsmen diyarımız Naxçıvan

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı son il...

Ailə, qadın və uşaq hüquqlarının qorunma…

11-06-2021-19-54 -Sosial

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlar...

Bələdiyyələr yerli əhəmiyyətli ekoloji …

11-06-2021-19-52 -Sosial

Bu gün ekoloji problemlərin həlli sahəsində dövlət orqanları...

Aztəminatlı ailəyə baş çəkilib

11-06-2021-19-51 -Sosial

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müda...

Mühasiblər üçün təlim keçirilib

11-06-2021-19-50 İQTİSADİYYAT

  Mühasiblər üçün təlim keçirilib

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında ...

Hər bir naxçıvanlı bu yurdun övladı olma…

11-06-2021-19-49 İCTİMAİ-SİYASİ

Hər bir naxçıvanlı bu yurdun övladı olmaqla fəxr edə bilər

Bir aydır ki, hər bir yurdsevər naxçıvanlı Azərbaycan Resp...

Hər bir naxçıvanlı bu yurdun övladı olma…

11-06-2021-19-48 İCTİMAİ-SİYASİ

Hər bir naxçıvanlı bu yurdun övladı olmaqla fəxr edə bilər

Bir aydır ki, hər bir yurdsevər naxçıvanlı Azərbaycan Resp...

Prev Next

Example of service to the Azerbaijan sta…

18-12-2020-18-12 News

Example of service to the Azerbaijan statehood

  In the early 1990s, Azerbaijan was going through difficult times in...

Armenian militants brought to Karabakh f…

25-09-2020-12-39 News

Armenian militants brought to Karabakh from Syria

A battalion of Armenian fighters from the YPG / PYD terrorist organi...

Azerbaijani and Turkish air forces hold …

16-09-2020-12-00 News

Azerbaijani and Turkish air forces hold joint flights over Nakhchivan  (2)

 On September 15,joint flights of Azerbaijani and Turkish Air Forces...

In Nakhchivan Knowledge Day celebrated w…

16-09-2020-11-40 News

In Nakhchivan Knowledge Day celebrated with the opening of a new school building

The rapid socio-economic development strategy defined by our nationa...

Meeting held in Nakhchivan with high-sco…

13-09-2020-15-05 News

Meeting held in Nakhchivan with high-scoring graduates

NAKHCHIVANTODAY.COM reports that on September 12, a meeting was held...

Certificates presented to teachers who p…

12-09-2020-15-11 News

Certificates presented to teachers who passed the certification exams successfully in Nakhchivan

Chess Center on 11th of September, Chairman of the Chess Federation ...

Determination and perseverance based on …

11-09-2020-12-00 News

Determination and perseverance based on wise ideas, unshakable political will, the value given to the human factor creates great confidence in a more prosperous future

The general picture of last month confirms this. The everlasting wi...

Meeting in the Supreme Assembly of the N…

06-09-2020-14-46 News

Meeting in the Supreme Assembly of the Nakhchivan Autonomous Republic

A delegation led by the  3rd Commander of the Army of the Republic o...

“Nakhichevan” decorated with “Genocide t…

06-02-2020-11-51 News

“Nakhichevan” decorated with “Genocide tales”, pomegranate, apricot, grapes fights, salvation army 416

(Previous in the 16th January dated newspaper) … Armenians’ claims ...

“Melted down” Nakhichevan in Don or wher…

06-02-2020-11-44 News

“Melted down” Nakhichevan in Don or where from starting of Armenians’ Nakhichevan “love”?

13 years ago, in December 2007, there were published news in Mass Me...

President Ilham Aliyev received Chairman…

20-11-2019-22-02 News

President Ilham Aliyev received Chairman of Supreme Assembly of Nakhchivan Autonomous Republic Vasif Talibov

President of the Republic of Azerbaijan Ilham Aliyev has received Ch...

This chess festival was unforgettable fo…

15-05-2019-19-34 News

This chess festival was unforgettable for me

Winner of International Chess Festival "Nakhchivan-2019" interview wit...

The International Chess Festival "N…

15-05-2019-19-27 News

The International Chess Festival "Nakhchivan-2019" has finished

The Nakhchivan-2019 International Chess Festival, dedicated to the 96t...

This festival has a special place in the…

09-05-2019-18-42 News

This festival has a special place in the calendar

The tense and stubborn struggle of the intellectuals participating in ...

The 8th round of the International Chess…

09-05-2019-18-33 News

The 8th round of the International Chess Festival was over

The 8th round of the International Chess Festival "Nakhchivan-2019" de...

Blitz Tournament

08-05-2019-08-01 News

Blitz Tournament

The Blitz Tournament was also held among the participants of the ongoi...

Chess players competed for the futsal ch…

07-05-2019-20-19 News

Chess players competed for the futsal championship

Chess players have a good break in the International Chess Festival. ...

Nakhchivan introduced himself as a chess…

04-05-2019-09-02 News

Nakhchivan introduced himself as a chess land in the world arena

As is known, the International Chess Festival "Nakhchivan-2019", dedic...

The first round of the festival has come…

02-05-2019-20-20 News

The first round of the festival has come to an end

The first round of the Nakhchivan-2019 International Chess Festival, d...

The International Chess Festival has sta…

02-05-2019-16-20 News

The International Chess Festival has started

By the symbolic move of the Minister of Youth and Sports of the Repu...

Prev Next

Проект "Север-Юг" сделал Азерб…

04-03-2020-21-55 Новости

Проект "Север-Юг" сделал Азербайджан ключевым экономическим партнером и для Европы, и для Азии

Международный транспортный коридор Север-Юг - это транспортная артер...

Президент Ильхам Алиев принял председате…

20-11-2019-22-05 Новости

Президент Ильхам Алиев принял председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики Васифа Талыбова

Президент Азербайджанской Республики Ильхам Алиев принял председател...

Этот шахматный фестиваль был незабываемы…

15-05-2019-19-33 Новости

Этот шахматный фестиваль был незабываемым для меня

Победитель Международного шахматного фестиваля "Нахчыван-2019" интервь...

Международный шахматный фестиваль "…

15-05-2019-19-29 Новости

Международный шахматный фестиваль "Нахчыван-2019" завершился

Завершился международный шахматный фестиваль «Нахчыван-2019», посвящен...

Вице-президент Международной шахматной ф…

14-05-2019-11-36 Новости

Вице-президент Международной шахматной федерации: шахматные школы в Нахчыване могут стать примером для всего мира

Международный шахматный фестиваль «Нахчыван - 2019» - турнир очень выс...

Президент Шахматной федерации Азербайджа…

14-05-2019-11-35 Новости

Президент Шахматной федерации Азербайджана: “Нахчыван - 2019” проявляет большой интерес к Международному шахматному фестивалю

Большой интерес вызывает традиционный Международный шахматный фестивал...

Этот фестиваль занимает особое место в к…

09-05-2019-18-49 Новости

Этот фестиваль занимает особое место в календаре

Продолжается напряженное и упорное соревнование интеллектуалов, участв...

8-й тур Международного шахматного фестив…

09-05-2019-18-16 Новости

8-й тур Международного шахматного фестиваля был завершен

В Шахматном центре в городе Нахчывань завершился восьмой тур Междунаро...

Фестиваль проходит на высоком уровне

08-05-2019-21-21 Новости

6-ой тур Международного шахматного фестивалья Нахчыван-2019, посвященн...

Блиц Турнир

08-05-2019-08-01 Новости

Блиц Турнир

Также проводился Блиц Турнир среди участников проходящего Международно...

Нахчыван представился шахматной ареной н…

04-05-2019-09-42 Новости

Нахчыван представился шахматной ареной на мировой арене

Международный шахматный фестиваль «Нахчыван-2019», посвященный 96-лети...

Первый тур фестиваля подошел к концу

02-05-2019-20-23 Новости

Первый тур фестиваля подошел к концу

Первый тур Международного шахматного фестиваля «Нахчыван-2019», посвящ...

Состоялась церемония открытия Международ…

02-05-2019-15-58 Новости

Состоялась церемония открытия Международного Шахматного Фестиваля "Нахчыван-2019"

1 мая в Нахчыванском Государственном Музыкально-раматическом театре со...

Стартовал международный шахматный фестив…

02-05-2019-14-39 Новости

Стартовал международный шахматный фестиваль

Международный шахматный фестиваль "Нахчыван-2019" начался с символич...

ARXİV

İyun 2021
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR