05 Avqust 2021, Cümə axşamı
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfərə…

Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı olub  YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 10-da…

Prezident İlham Əliyev Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhər qəbiristanlığında Vətən…

Naxçıvanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət - FOTOLAR

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər…

“ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanışlıq YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhərində “ASAN xidmət”…

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında iştirak edib YENİLƏNİB- FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin…

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub YENİLƏNİB - FOTOLAR

Mayın 10-da Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub.  Azərbaycan…

Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verilib YENİLƏNİB- FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyev Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Culfa-Ordubad magistral avtomobil yolunun…

Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanışlıq YENİLƏNİB  - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad Su Elektrik Stansiyasının…

“Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışı olub  YENİLƏNİB-2 - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Ordubad rayon mərkəzi və…

Ordubad dəmir yolu stansiyası ilə tanışlıq YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad dəmir yolu stansiyasında…

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib  YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri mayın 10-da…

Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks Ltd.


İCTİMAİ-SİYASİ



Addım-addım, qarış-qarış sənə doğru yaxınlaşırıq


Şuşa Qarabağın incisidir

Özümü dərk etdiyim gündən torpaqlarımızın bir çoxunun işğal altında olduğunu görmüşəm. O torpaqlarımızın hər bir qarışı, hər bir zərrəsinin bizim üçün nə qədər qiymətli olduğunu dərk etmişəm. Onların baş tacı isə Şuşa şəhəridir. Şuşa Azərbaycanın dilbər guşəsi olan Qarabağın incisidir. Təmiz havası, vüqarlı dağları, əsrarəngiz təbiəti, şəfalı suyu, maddi mədəniyyət nümunələri ilə dillər əzbəri olub. Məşhur Qarabağ atları isə nəinki Azərbaycanda, hətta bütün dünyada adla tanınıb. Hələ ilahi səsləri, muğamları demirəm. Suyundandır, havasındandır cənnətməkanımın bilmirəm. Bu, qarabağlı həmvətənlərimə genlə keçən fitri istedaddır desək, yanılmarıq yəqin ki...

Şuşa şəhəri Pənahəli xan Cavanşirin adı ilə bağlıdır. Belə ki, 1747-ci ildə Nadir şah öldürüldükdən sonra Pənahəli bəy xan elan edilir və Qarabağ xanlığını düşmən hücumundan qorumaq məqsədilə alınmaz bir qala tikdirməyi qərara alır. 1750-ci ildə Qarabağın səfalı guşəsində, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında yeni qalanın bünövrəsini qoyur. Pənahəli xan hasarın içərisində yeni binalar və özü üçün saray tikdirir. Yerli əhali bu şəhəri Pənahəli xanın şərəfinə “Pənahabad” adlandırır. Şiş uclu dağların əhatəsində yerləşən Pənahabad əvvəllər “Şişə”, sonralar isə “Şuşa” adlandırılır.
Çar Rusiyası dövründə də bütün Qarabağın inzibati-iqtisadi mərkəzi olmuş, inkişaf etmiş bu şəhərin mənəvi pasportu olan Cıdır düzü, memarlıq inciləri Şuşanı qədim mədəniyyət mərkəzlərindən biri kimi tanıtmışdır. Hər biri tarixin əvəzsiz yadigarı olan Xan, Qaxal mağaraları, Şuşa qalası Xurşidbanu Natəvanın, artilleriya generalı Mehmandarovun, şair, rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın və onun böyük qızı Qara Böyük xanımın qəsrləri, “Gəncə darvazaları”, Gövhər ağa məscidi, əsas ticarət mərkəzi olan “Rastabazar”, möhtəşəm qala divarları, memarlıq üslubu ilə inşa olunan digər tikililər bu qədim Azərbaycan şəhərinin gözəlliyini daha da əsrarəngiz etmişdir. Şuşa havasının təmizliyi, saflığı və müalicəvi əhəmiyyəti baxımından kurort şəhəridir. Bu baxımdan nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da öz səfalı yerlərinə, istirahət guşələrinə görə məşhur idi. Şuşada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, bu şəhərin mədəniyyətimizin ən zəngin beşiyi adlandırılmasına səbəb olmuşdur. Bu abidələrin çoxu XVIII-XIX əsrlərə aiddir.

Sən mənim könlümdə çarpan ürəksən, Şuşam...

Bir xalq olaraq Şuşamızın gözəlliyindən doya bilməmişik. Mənfur düşmən bir çox torpaqlarımızla yanaşı, 1992-ci ildə Şuşanı da bizdən alıb qoparıb, buradakı mədəniyyət abidələrimiz talan, tarixi abidələrimiz isə darmadağın edilib. Erməni murdarlarının bu ağlasığmaz hərəkətləri isə yalnız onların özünə yaraşandır. Çünki xislətləri terrorçuluqdur. Xalqımıza məxsus olan gözəl maddi mədəniyyət nümunələrimizə, bənzəri olmayan torpaqlarımıza göz dikmək, adət-ənənələrimizi adlarına çıxarmaq, riyakarlıq etmək adətidir qarı düşmənimizin.
Hər bir azərbaycanlı kimi, mənim də arzum cənnətməkanımız Şuşa şəhərinə ayaq basmaqdır. Oranı doyunca seyr edib, ətrini nəfəsimə çəkib, bir ovuc torpağını özümlə evimizə gətirməkdir. Başı bəlalı, Şuşam... Sən saysız çətinliklərdən keçsən də, qürurunu, vüqarını itirməmisən düşmən qarşısında. Çünki sən Azərbaycan torpağısan, sən azərbaycanlıların ayağı dəyən, Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Süleyman Ələsgərov kimi incəsənət xadimlərini yetirən torpaqsan...
Dilbər guşələrimizdən olan Şuşamız haqqında çox yazılıb, çox deyilib. Amma gedib öz gözlərimlə görməyi o qədər arzu edirəm ki, məhz bunun üçün yuxularım ərşə çəkilib. Yorulmuşam artıq videokadrlardan izləməkdən, fotoşəkillərinə həsrətlə baxmaqdan. Hələ balaca ikən evdə valideynlərimdən, məktəbdə isə müəllimlərimdən eşitdiklərimə görə, sənin torpağına ayaq basan kəsə mənəvi qida bəxş edirsən. Bax o mənəvi qidanı almağa möhtacam, Şuşa... Sən Azərbaycanımızın alınmaz qalası, mədəniyyət məbədimiz olan tarixi abidələr məkanısan... Sən mənim könlümdə çarpan ürəksən, Şuşam.
Artıq illərdir, dağlarının başı qara buludlu, meşələri dumanlı olan Şuşanın qürbətdə qalan sarı bülbül kimi sirdaşının səsi kəsilib, xarıbülbülünün isə boynu bükükdür. Şuşa şuşalılarsız qalıb. Erməni vandalizminin qurbanı olan, düşmən gülləsindən “yaralanan”, paytaxtda saxlanılan Bülbülün, Üzeyirin, Natəvanın heykəlləri doğma Vətəninə qayıdacağı günü gözləyir. Bir zamanlar dinc əhalisi qətl edilərək Vətənin bağrından qoparılmış torpaqlarımızı bu gün igid övladlarımız qanı-canı bahasına yenidən bizlərə qaytarır. Addım-addım, qarış-qarış, sənə doğru yaxınlaşırıq, Şuşa!

Cıdır düzü igidlərin məskəninə çevriləcək. Bunu hər yeni gün aldığımız
Qələbə xəbərləri təsdiqləyir

Bilirsiniz, Şuşa haqqında daha çox yazmaq istərdim. O torpağa ayaq basıb, öz gözlərim ilə gördüyümü yazıb qəzet səhifələrində oxucularla paylaşmaq istərdim. Və mən bu arzuma çatacağıma bütün hisslərimlə inanıram. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: “Biz hər gün qələbə gününü yaxınlaşdırırıq. Gün gələcək, Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaqdır”. Bəli, həmin günün olacağına ümidimiz sonsuzdur. Bütün ərazilərimiz kimi, Şuşa da düşmən əsarətindən qurtulacaq. Yenə qonaqlı-qaralı Cıdır düzü igidlərin məskəninə çevriləcək. Doğmalarının nəfəsinə həsrət qalan xarıbülbül əsrarəngiz gözəlliyi ilə hamını valeh edəcək. Bunu hər yeni bir gündə aldığımız Qələbə xəbərləri təsdiqləyir. Biz kiminsə torpağını istəmirik, öz doğma torpaqlarımıza qayıtmaq istəyirik. Yenidən həmin torpaqlarda yaşamaq istəyirik. Erməni murdarının doğma torpaqlarımızda nə işi? Ölkə başçısının dediyi kimi: “Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! ...Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Nəyin bahasına olursa-olsun, başda Şuşa olmaqla, bütün işğal edilmiş torpaqlarımızın azad ediləcəyinə ümidimiz sonsuzdur. Necə ki Cəbrayılımız, Füzulimiz, Zəngilanımız, Qubadlımız düşməndən geri alındı, üçrəngli bayrağımız şərəflə ucaldıldı həmin torpaqlarda. Bu şərəfli yolda hamılıqla Ordumuzun, Ali Baş Komandanımızın ətrafında daha sıx birləşmişik. Müqəddəs Vətən torpaqlarının azad edilməsi bütöv xalq olaraq hər birimizin müqəddəs və ali borcudur. Tanrı möhtəşəm qələbə sevincini bizlərə yaşadan Azərbaycan Prezidentini, bu qələbəni əldə edən şanlı, müzəffər Ordumuzu qorusun! Biz sizinlə qürur duyuruq, Ali Baş Komandanımız! Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!.. Eşq olsun Azərbaycan Ordusuna!..

Nuray ƏSGƏROVA

  • 000.jpg
  • 00000.jpg.jpg
  • 000000000000.jpg.jpg
  • 1-2015.jpg
  • 1-20155.jpg
  • 01.jpg
  • 1.jpg
  • 2.jpg
  • 02.jpg
  • 3 li mekteb.jpg
  • 3-2015.jpg
  • 03.jpg
  • 3.jpg
  • 03_PREZIDENT-NAXCIVAN-SEFER-MUSIQI-MAKTABI-ACHILISH.jpg
  • 4-2015.jpg
  • 4.jpg
  • 5-2015.jpg
  • 5.jpg
  • 05.jpg
  • 6-2015.jpg

HƏFTƏLİK NÖMRƏLƏR

Prev Next
Prev Next

Example of service to the Azerbaijan sta…

18-12-2020-18-12 News

Example of service to the Azerbaijan statehood

  In the early 1990s, Azerbaijan was going through difficult times in...

Armenian militants brought to Karabakh f…

25-09-2020-12-39 News

Armenian militants brought to Karabakh from Syria

A battalion of Armenian fighters from the YPG / PYD terrorist organi...

Azerbaijani and Turkish air forces hold …

16-09-2020-12-00 News

Azerbaijani and Turkish air forces hold joint flights over Nakhchivan  (2)

 On September 15,joint flights of Azerbaijani and Turkish Air Forces...

In Nakhchivan Knowledge Day celebrated w…

16-09-2020-11-40 News

In Nakhchivan Knowledge Day celebrated with the opening of a new school building

The rapid socio-economic development strategy defined by our nationa...

Meeting held in Nakhchivan with high-sco…

13-09-2020-15-05 News

Meeting held in Nakhchivan with high-scoring graduates

NAKHCHIVANTODAY.COM reports that on September 12, a meeting was held...

Certificates presented to teachers who p…

12-09-2020-15-11 News

Certificates presented to teachers who passed the certification exams successfully in Nakhchivan

Chess Center on 11th of September, Chairman of the Chess Federation ...

Determination and perseverance based on …

11-09-2020-12-00 News

Determination and perseverance based on wise ideas, unshakable political will, the value given to the human factor creates great confidence in a more prosperous future

The general picture of last month confirms this. The everlasting wi...

Meeting in the Supreme Assembly of the N…

06-09-2020-14-46 News

Meeting in the Supreme Assembly of the Nakhchivan Autonomous Republic

A delegation led by the  3rd Commander of the Army of the Republic o...

“Nakhichevan” decorated with “Genocide t…

06-02-2020-11-51 News

“Nakhichevan” decorated with “Genocide tales”, pomegranate, apricot, grapes fights, salvation army 416

(Previous in the 16th January dated newspaper) … Armenians’ claims ...

“Melted down” Nakhichevan in Don or wher…

06-02-2020-11-44 News

“Melted down” Nakhichevan in Don or where from starting of Armenians’ Nakhichevan “love”?

13 years ago, in December 2007, there were published news in Mass Me...

President Ilham Aliyev received Chairman…

20-11-2019-22-02 News

President Ilham Aliyev received Chairman of Supreme Assembly of Nakhchivan Autonomous Republic Vasif Talibov

President of the Republic of Azerbaijan Ilham Aliyev has received Ch...

This chess festival was unforgettable fo…

15-05-2019-19-34 News

This chess festival was unforgettable for me

Winner of International Chess Festival "Nakhchivan-2019" interview wit...

The International Chess Festival "N…

15-05-2019-19-27 News

The International Chess Festival "Nakhchivan-2019" has finished

The Nakhchivan-2019 International Chess Festival, dedicated to the 96t...

This festival has a special place in the…

09-05-2019-18-42 News

This festival has a special place in the calendar

The tense and stubborn struggle of the intellectuals participating in ...

The 8th round of the International Chess…

09-05-2019-18-33 News

The 8th round of the International Chess Festival was over

The 8th round of the International Chess Festival "Nakhchivan-2019" de...

Blitz Tournament

08-05-2019-08-01 News

Blitz Tournament

The Blitz Tournament was also held among the participants of the ongoi...

Chess players competed for the futsal ch…

07-05-2019-20-19 News

Chess players competed for the futsal championship

Chess players have a good break in the International Chess Festival. ...

Nakhchivan introduced himself as a chess…

04-05-2019-09-02 News

Nakhchivan introduced himself as a chess land in the world arena

As is known, the International Chess Festival "Nakhchivan-2019", dedic...

The first round of the festival has come…

02-05-2019-20-20 News

The first round of the festival has come to an end

The first round of the Nakhchivan-2019 International Chess Festival, d...

The International Chess Festival has sta…

02-05-2019-16-20 News

The International Chess Festival has started

By the symbolic move of the Minister of Youth and Sports of the Repu...

Prev Next

Проект "Север-Юг" сделал Азерб…

04-03-2020-21-55 Новости

Проект "Север-Юг" сделал Азербайджан ключевым экономическим партнером и для Европы, и для Азии

Международный транспортный коридор Север-Юг - это транспортная артер...

Президент Ильхам Алиев принял председате…

20-11-2019-22-05 Новости

Президент Ильхам Алиев принял председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики Васифа Талыбова

Президент Азербайджанской Республики Ильхам Алиев принял председател...

Этот шахматный фестиваль был незабываемы…

15-05-2019-19-33 Новости

Этот шахматный фестиваль был незабываемым для меня

Победитель Международного шахматного фестиваля "Нахчыван-2019" интервь...

Международный шахматный фестиваль "…

15-05-2019-19-29 Новости

Международный шахматный фестиваль "Нахчыван-2019" завершился

Завершился международный шахматный фестиваль «Нахчыван-2019», посвящен...

Вице-президент Международной шахматной ф…

14-05-2019-11-36 Новости

Вице-президент Международной шахматной федерации: шахматные школы в Нахчыване могут стать примером для всего мира

Международный шахматный фестиваль «Нахчыван - 2019» - турнир очень выс...

Президент Шахматной федерации Азербайджа…

14-05-2019-11-35 Новости

Президент Шахматной федерации Азербайджана: “Нахчыван - 2019” проявляет большой интерес к Международному шахматному фестивалю

Большой интерес вызывает традиционный Международный шахматный фестивал...

Этот фестиваль занимает особое место в к…

09-05-2019-18-49 Новости

Этот фестиваль занимает особое место в календаре

Продолжается напряженное и упорное соревнование интеллектуалов, участв...

8-й тур Международного шахматного фестив…

09-05-2019-18-16 Новости

8-й тур Международного шахматного фестиваля был завершен

В Шахматном центре в городе Нахчывань завершился восьмой тур Междунаро...

Фестиваль проходит на высоком уровне

08-05-2019-21-21 Новости

6-ой тур Международного шахматного фестивалья Нахчыван-2019, посвященн...

Блиц Турнир

08-05-2019-08-01 Новости

Блиц Турнир

Также проводился Блиц Турнир среди участников проходящего Международно...

Нахчыван представился шахматной ареной н…

04-05-2019-09-42 Новости

Нахчыван представился шахматной ареной на мировой арене

Международный шахматный фестиваль «Нахчыван-2019», посвященный 96-лети...

Первый тур фестиваля подошел к концу

02-05-2019-20-23 Новости

Первый тур фестиваля подошел к концу

Первый тур Международного шахматного фестиваля «Нахчыван-2019», посвящ...

Состоялась церемония открытия Международ…

02-05-2019-15-58 Новости

Состоялась церемония открытия Международного Шахматного Фестиваля "Нахчыван-2019"

1 мая в Нахчыванском Государственном Музыкально-раматическом театре со...

Стартовал международный шахматный фестив…

02-05-2019-14-39 Новости

Стартовал международный шахматный фестиваль

Международный шахматный фестиваль "Нахчыван-2019" начался с символич...

ARXİV

Avqust 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR